Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə189/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   182   183   184   185   186   187   188   189   190

 

 

782 



 

boynuna qədər iri yara vardı. Köynəyinin üstü, hər 

yeri  qandan  qıpqırmızı  qızarmıĢdı.  Yuxulardakı  ər 

kimi ən axırda evə qayıda bildiyindən mənə qeyri-

müəyyən halda gülümsəyirdi. 

         «Gir içəri», – dilləndim. 

         «UĢaqları çağır», – dedi. «Evə qayıdırıq». 

         «Sənin evə qayıtmağa halın yoxdu». 

         «Artıq  ondan  qorxma»,  –  dedi.  «Əcəm 

Vəlican əfəndiymiĢ». 

         «Zeytun...» 

– 

dedim. 



«O 

bədbəxti 

öldürdünmü?» 

         «Kadırğadan 

çıxan  gəmiylə  Hindistana 

qaçdı»,  –  dedi,  iĢini  yarımçıq  gördüyünü  bildiyinə 

görə bir anlığa nəzərlərini qaçırtdı. 

         «Evə 

piyada  gedə  biləcəksənmi?»  – 

soruĢdum. «Sənə at çıxartsınlar». 

         Evə  qayıdanda  öləcəyini  hiss  elədim,  ona 

yazığım  gəldi.  Yalnız  öləcəyinə  görə  yox,  heç  bir 

xoĢbəxtlik  görmədiyi  üçün  də  yazığım  gəldi.  Bu 

yad  evdə  ölmək  istəmədiyini,  əslində,  bu  dəhĢətli 

vəziyyətiylə  kimsənin  gözünə  görünmədən  yox 

olmaq  istədiyini  də  gözlərindəki  kədər  və 

qətiyyətdən görürdüm. Onu zorla ata mindirdilər.  

         Əllərimizdə  bağlamalarımız  ara  küçələrdən 

keçib  yola  düĢəndə  uĢaqlar  əvvəlcə  at  belindəki 

Qaranın  üzünə  baxa  bilmirdilər.  Amma,  bununla 

belə,  Qara  babanı  öldürən  alçaq  qatilin  oyununu 



 

 

783 



 

necə 


pozduğunu, 

onunla 


qılıncla 

necə 


vuruĢduqlarını  ağır-ağır  yeriyən  atın  belindən 

onlara  danıĢa  bildi.  Ona  bir  az  isindiklərini  görür, 

Allahıma yalvarırdım ki, Qara ölməsin.  

        Evə  qayıdanda  Orxan  elə  sevinclə  «Evə 

gəldik!»  deyib  qıĢqırdı  ki,  Əzrayılın  bizə  rəhm 

eləyəcəyi,  Allahın  hələ  vaxt  verəcəyi  ürəyimə 

həmin  anda  damdı.  Amma  yenə  də  ulu  Allahın 

kimin  canını  niyə  və  nə  vaxt  alacağının  heç  bəlli 

olmadığını  təcrübəylə  bildiyimə  görə  artıq  ümid 

bəsləmədim.  

          Qaranı  çətinliklə  atdan  düĢürtdük,  hamımız 

birgə  yuxarı  çıxartdıq,  atamın  mavi  qapılı  otağına 

salıb yatırtdıq. Xeyriyyə su qaynadıb gətirdi. Ətinə 

yapıĢmıĢ qanlı köynəyini, qurĢağını, ayaqqabılarını, 

alt  paltarlarını,  donuna  qədər  hər  Ģeyini 

Xeyriyyəylə  cırıb,  qayçıyla  kəsib  çıxartdıq. 

Pəncərələri  açanda  bağçadakı  budaqlarda  oynaĢan 

ilıq qıĢ günəĢi otağa doldu, cürdəklərdə, qazanlarda, 

yapıĢqan 

qutularında, 

hoqqalarda, 

ĢüĢə 


parçalarında, qələmyonanlarda bərq vurub Qaranın 

ölüm  rənginə  çalan  dərisini,  viĢnə  və  ət  rəngində 

olan yaralarını iĢıqlandırdı.  

         Sabun sürtdüyüm mələfəlik qumaĢ parçalarını 

isti suyla isladıb Qaranın bədənini qiymətli, köhnə 

xalını  təmizləyən  sayaq  diqqətlə,  oğullarımdan 

birinə  baxan  kimi,  Ģəfqətlə  və  istəklə  sildim. 



 

 

784 



 

Üzündəki  göyərmiĢ  yerlərə  toxunmadan,  burun 

deĢiyindəki  kəsiyi  sıxmadan  çiynindəki  dəhĢətli 

yarığı həkim təki təmizlədim. Balaca olduqları vaxt 

uĢaqları təmizləyəndə elədiyim kimi bir tərəfdən də 

avazla  ona  zarafatyana  sözlər  deyirdim.  Sinəsində, 

qollarında  da  kəsiklər  vardı.  Sol  əlinin  barmaqları 

diĢlənib  gömgöy  olmuĢdu.  Əlimdəki  əsgilər 

vücudunun  üstündə  gəziĢdikcə  qana  batırdı. 

Sinəsinə  toxundum;  qarnının  yumĢaqlığını  əlimlə 

hiss  elədim;  Ģeyinə  uzun-uzadı  baxdım:  aĢağıdan, 

həyətdən  uĢaqların  səsi  gəlirdi.  Buna  bəzi  Ģairlər 

niyə qamıĢ qələm deyirlər?  

         Esterin yeni xəbərlərlə gəldiyi vaxtdakı Ģən və 

Ģaqraq  səsi,  sirli  ovqatıyla    mətbəxə  girdiyini 

eĢidəndə aĢağı endim. 

         Ester  elə  həyəcanlıydı  ki,  məni  qucaqlayıb 

öpmədən  danıĢdı:  Zeytunun  kəlləsi  nəqqaĢxananın 

qapısında, əvvəlki günahlarını sübut eləyən rəsmlər 

və  düyünçəsiylə 

birgə 

tapılıb.  Hindistana 



qaçacaqmıĢ,  amma  deyib,  son  dəfə  nəqqaĢxanaya 

gedim.  


         ġahidlər  varmıĢ:  Zeytunu  orada  görən  Hasan 

qırmızı qılıncını çəkib, baĢını bir zərbəylə kəsib.  

         O  danıĢanda  mən  bədbəxt  atamın  harada 

olduğu  barədə  düĢünürdüm.  Qatilinin  öhdəsindən 

gəlindiyini  öyrənmək  məni  əvvəlcə  bir  qorxudan 

qurtardı.  Həm  də  hiss  elədim  ki,  intiqam  insan 




 

 

785 



 

qəlbinə  xoş  rahatlıq  və  ədalət  duyğusu  gətirir. 

Atamın  olduğu  yerdə  bu  duyğunun  necə 

yaĢandığıyla  həmin  anda  çox  maraqlandım,  birdən 

bütün  aləm  mənə  bütün  qapıları  bir-birinə  açılan 

saysız-hesabsız  otaqlı  saray  kimi  göründü.  Bir 

otaqdan  o  birinə  ancaq  xatırlaya-xatırlaya, 

təsəvvürümüzə  gətirə-gətirə  keçə  bilirdik,  amma 

əksəriyyətimiz  tənbəllikdən  bunları  çox  az  eləyib, 

elə eyni otaqda gözləyirdik.  

         «Ağlama,  canım»,  –  Ester  dilləndi.  «Bax  hər 

Ģey axırda yaxĢılıqla qurtardı». 

         Ona  dörd  qızıl  verdim.  Bir-bir  onları  ağzına 

alıb ehtirasla, istəklə, ancaq bacarıqsızlıqla diĢlədi.  

         «Hər  tərəfi  venesiyalı  kafirin  qəlp  qızılı 

bürüyüb», – gülümsəyə-gülümsəyə dedi. 

         O  gedər-getməz  Xeyriyyəyə  dedim  ki, 

uĢaqları  yuxarı  buraxmasın.  Yuxarı  çıxdım,  qapını 

kilidlədim,  Qaranın  çılpaq  bədəninə  ehtirasla 

yaxınlaĢdım,  bədbəxt  atamın  öldürüldüyü  gecə 

asılmıĢ  yəhudinin  evində  məndən  eləməyimi 

istədiyi  Ģeyi  ona  istəkdən  çox  maraqla,  qorxudan 

çox ehtiyatla elədim. 

        Əsrlərdən  bəri  Əcəm  Ģairlərinin  o  aləti  qamıĢ 

qələmə  bənzətdikləri  kimi,  biz  qadınların  ağzını 

niyə  hoqqaya  oxĢatdıqlarını,  əzbərdən  təkrarlana-

təkrarlana  əsli  unudulan  təĢbihlərin  arxasında  nə 

olduğunu  –  ağzın  kiçikliyi?  hoqqanın  sirli  sükutu? 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə