Orxan pamuk



Yüklə 4,51 Mb.
Pdf görüntüsü
səhifə184/190
tarix16.11.2017
ölçüsü4,51 Mb.
#10430
1   ...   180   181   182   183   184   185   186   187   ...   190

 

 

762 



 

onu öldürüb atdığım quyunun dibinə dəyəndə çıxan 

səsi yenidən eĢitdiyimi deyəcəkdim, demiĢəm. Qatil 

olmamıĢdan  əvvəl  necə  xoĢbəxt  idim,  hamı  kimi 

idim,  bünü  xatırladığıma  görə  deyəcəkdim, 

demiĢəm. Gözlərimin qabağında uĢaqlıq çağlarımda 

yoxsul  məhəlləmizdən  keçən  bir  kor  canlanmıĢdı; 

iyrənc  paltarlarının  altından  daha  da  iyrənc  mis 

cürdəyini  çıxarır,  məhəllə  bulağının  yanında 

uzaqdan  tamaĢa  eləyən  biz  uĢaqlara  tərəf  deyərdi 

ki:  «Bala,  hansınız  bu  kor  əminin  cürdəyinə 

bulaqdan  su  dolduracaq?»  Heç  kəs  getməyəndə 

belə  deyərdi:  «Savabdı,  bala,  savabdı!»  Göz 

gilələrinin  rəngi  solub  getmiĢdi,  gözlərinin  ağıyla 

eyni rəngdəydi. 

         O  kor  əmiyə  oxĢamaq  təlaĢıyla  ƏniĢtə 

əfəndiyə necə qıydığımı da tələm-tələsik, heç zövq-

filan  almadan  danıĢdım.  Nə  artırdım,  nə  də 

əskiltdim. Ġkisi arasında qəlbimi daha sıxmayan bir 

cizgi tapanda gördüm ki, ƏniĢtə əfəndini öldürmək 

üçün  ora  getmədiyimi  baĢa  düĢdülər:  onu  lap 

əvvəlcədən  niyyət  eləyib  öldürmədiyimi  dərk 

elədikləri kimi, «pis niyyət yoxdusa, insan heç vaxt 

cəhənnəmə  getməz»  deyəndə  özümə  bəhanə  və 

üzrxahlıq tapdığımı da baĢa düĢdülər. 

        «Zərif  əfəndini  Allahın  mələklərinə  təslim 

eləyəndən  sonra,  –  fikirli  halda  dilləndim,  –  son 

vaxtlarda  mərhumun  mənə  söylədiyi  sözlər  qurda 




 

 

763 



 

çevrilib  içimi  gəmirməyə  baĢladı.  Son  rəsm  üçün 

əlimi  qana  bulamağım  həmin  rəsmi  gözümdə 

böyütmüĢdü. Kitabdan ötrü artıq heç birimizi evinə 

çağırmayan  ƏniĢtənin  yanına  o  rəsmi  mənə 

göstərmədiyinə  görə  getdim.  Rəsmi  göstərmədiyi 

kimi,  mənimlə  elə  davrandı  ki,  elə  bil  heç  nə 

olmayıb.  Nə  uğrunda  adam  öldürməyə  dəyən  sirli  

rəsm,  nə  də  baĢqa  bir  Ģey  varmıĢ!  Məni  bu  qədər 

alçaltmasın,  qiymətləndirsin  deyə  Zərif  əfəndini 

öldürüb  quyuya  atdığımı  etiraf  elədim.  Məni 

qiymətləndirdi,  amma  alçaltmağa  davam  elədi. 



Oğlunu  alçaldan  ata  ola  bilməz.  Böyük  Ustad 

Osman  bizə  çox  hirslənərdi,  çox  döyərdi;  amma 

bizi  heç  alçaltmazdı.  Ona  xəyanət  eləməklə  səhvə 

yol vermiĢik, qardaĢlarım». 

         Ölüm  yatağında  son  sözlərimi  dinləyən  kimi 

gözlərimə diqqət kəsilən qardaĢlarıma gülümsədim. 

Ölən  qardaĢın  hiss  eləyəcəyi  təki,  mən  də  onların 

getdikcə  bulanıqlaĢıb  məndən  uzaqlaĢdıqlarını 

görürdüm.  

        «Ġki  Ģeyə  görə  öldürdüm  ƏniĢtəni.  Böyük 

Ustad  Osmanı  firəng  nəqqaĢı  Sebastianonu 

meymun kimi təqlidə məcbur elədiyinə görə. Bir də 

zəiflik  göstərib  ondan  «üslubum  varmı?»  deyə 

soruĢduğuma görə». 

        «Nə dedi?»  



 

 

764 



 

        «VarmıĢ.  Amma  ondan  ötrü,  təbii  ki,  bu, 

təhqir  yox,  tərif  idi.  Yadımdadı  ki,    qəfildən 

düĢündüm ki, görəsən, özüm üçün də fikirləĢdiyim 

tərifdimi:  həm  üslubu  bir  növ  alçaqlıq,  Ģərəfsizlik 

hesab  eləyirəm,  həm  də  içimi  qurd  gəmirir. 

Üslubumun  olmasını  istəyirəm,  amma  həm  də 

Ģeytan təhrik eləyir, maraqlanıram». 



«Hamı gizlincə üslubunun olmasını istəyir»,– Qara 

yekəxanalıqla  dilləndi.  «Hamı  PadĢahımızın 

arzuladığı kimi portretinin çəkilməsini də istəyir».  

         «Bu 

qarĢısıalınmaz 

xəstəlikdimi?» 

– 

soruĢdum.  «Bu  xəstəlik  yayıldıqca  heç  birimiz 



firəng ustadlarının üsullarına qarĢı çıxmayacağıq». 

         Amma  mənə  heç  kəs  qulaq  asmırdı:  Qara 

Ģahın qızına eĢqini erkən elan elədiyinə görə on iki 

il  diyari-Çinə  sürgünə  gedən  bədbəxt  türkmən 

bəyinin hekayəsini danıĢırdı. On iki il xəyallarında 

yaĢatdığı  sevgilisinin  bir  portreti  də  olmadığına 

görə çinli gözəllər arasında onun üzünü də unudur, 

eĢq  əzabı  Allahın  çəkdirdiyi  dərin  əziyyətə 

çevrilirdi.  Amma  bu  danıĢdığının  öz  hekayəsi 

olduğunu hamımız bilirdik. 

         «ƏniĢtənin  sayəsində  artıq  hamımız  bu 

portret  sözünü  öyrəndik»,  –  dedim.  «Bir  gün 

həyatımızı qorxmadan öz həyatımız kimi danıĢmağı 

da öyrənərik, inĢallah». 



 

 

765 



 

«Bütün  nağıllar  insanın  özünün  yox,  hamının 

nağılıdı», – Qara dilləndi.  

«Bütün naxış da Allahın naxışıdı», – mən də heratlı 

Ģair  Hatifinin  misralarını  tamamladım.  «Amma 

firəng  ustadlarının  üsulları  yayıldıqca  hamı 

baĢqalarının  nağılını  öz  hekayəsi  kimi  danıĢmağı 

qabiliyyət sayacaq». 

        «ġeytanın da istədiyi elə budu». 

        «Daha  məni  buraxın»,  –  var  gücümlə 

qıĢqırdım. «Son dəfə də aləmə tamaĢa eləyim». 

        Bağırlarının  yarıldığını  görəndə  qəlbimdə 

inam yarandı.  

        Əvvəlcə Qara özünü yığıĢdırdı.  

        «Son rəsmi çıxaracaqsanmı?» 

        Qaraya  elə  baxdım  ki,  dərhal  çıxaracağımı 

baĢa  düĢdü,  məni  buraxdı,  ürəyim  sürətlə 

döyünməyə baĢladı. 

        Guya  gizlətməyə  baĢladığım  Ģəxsiyyətimi 

çoxdan  baĢa  düĢmüsünüz.  Yenə  də  heratlı  qədim 

ustadlar  kimi  davranmağıma  heç  təəccüblənməyin. 

Onlar  imzalarını kim  olduqları  bilinməməsinə görə 

yox,  ustalarına  və  qaydalarına  olan  hörmətlərinə 

görə  gizlədərdilər.  Əlimdə  qəndil  təkkənin 

qapqaranlıq  otaqları  arasında  öz  solğun  kölgəmə 

yol  aça-aça  həyəcanla  gəzdim.  Gözlərimə 

qaranlığın  kölgəsi  enməyə  baĢlamıĢdımı,  yoxsa  bu 

otaqlar,  dəhlizlərmi  bu  qədər  qaranlıq  idi?  Kor 



Yüklə 4,51 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə