686
masaları, taxtdan qalan taxta parçalarını yox,
tavandakı hiss ləkələrini iĢıqlandırdı.
DöĢəkcələri üst-üstə qoyub, uzanıb qəndili
götürdüm. ĠĢığında yerdə yatan vücudları sezdim.
Üzünün qan içində olduğunu görəndə baxa
bilməyib, o birinə yaxınlaĢdım. Ġkinci vücud
inildəyirdi, lampamı görəndə ağzından uĢaq kimi
səs çıxdı, geri çəkildim.
Ġçəri bir nəfər də girmiĢdi. Əvvəlcə çəkindim,
amma Qara olduğunu hiss elədim. Yerdə uzanmıĢ
üçüncü vücuda bir yerdə yaxınlaĢdıq. Lampanı
üzünə yaxınlaĢdıranda ikimiz də ağlımızın bir
guĢəsiylə elə çoxdan bildiyimiz Ģeyi gördük:
məddahı öldürmüĢdülər.
Boyalarla qadına oxĢadılmıĢ üzündə qan izi
yox idi, amma çənəsi, gözü, qırmızı boyanmıĢ ağzı
əzilmiĢ, gömgöy olmuĢ boynu sıxılmıĢdı. Əlləri iki
yandan arxaya doğru uzanmıĢdı. Bir nəfər qadın
paltarı geyinmiĢ qocanın iki əlini arxadan tutanda o
birilərin
onun
sifətinə
yumruq
vura-vura
döydüklərini, sonra boğduqlarını müəyyən eləmək
çətin deyildi. «Bunun vaiz Xoca əfəndi həzrətlərinə
böhtan atan dilini kəsin», – deyib bu iĢi görməyə
giriĢmiĢdilərmi?
«Lampanı buraya gətirsənə», – Qara dedi.
Ocağın qırağında tökülmüĢ qəhvənin palçığı
içindəki qırıq qəhvəüyüdənlərə, ələklərə, tərəzi və
687
fincan parçalarına əlimdəki lampanın iĢığı düĢdü.
Məddahın hər axĢam rəsmlərini asdığı guĢədə Qara
lampa iĢığında ölən adamın iĢ alətlərini, qurĢağını,
dəsmalını, əsasını axtarırdı. Üzümə əlimdən aldığı
qəndilin iĢığını tutub fikrində rəsmlər olduğunu
dedi: bəli, təbii ki, iki dənəsini də yoldaĢlıq
ovqatıyla mən rəsm eləmiĢdim. Təkcə rəhmətliyin
tərtəmiz qazıtdığı baĢına qoyduğu Əcəm iĢi təsəyini
tapa bildik.
Dar keçiddən çatdığımız arxa qapıdan
kimsəyə rast gəlmədən gecənin qaranlığına çıxdıq.
Basqında içəridəki camaat və nəqqaĢlar, güman ki,
bu qapıdan çıxıb qaçmıĢdılar, amma yıxılmıĢ
küplər, yumalanmıĢ qəhvə çuvalları burada döyüĢ
olduğunu da göstərirdi.
Qəhvəxanaya
basqın
edilməsi,
ustad
məddahın qəddarcasına öldürülməsi, gecənin
qorxunc qaranlığı Qarayla bizi bir-birimizə
yaxınlaĢdırdı. Aramızda da buna görə sükut
olduğunu güman eləyirdim. Ġki küçə keçdik, Qara
əlindəki qəndili aparmaq üçün mənə verdi, sonra
xəncərini çəkib xirtdəyimə dayadı:
«Sənin evinə gedəcəyik, – dedi, – oranı
axtarmaq istəyirəm. Ürəyim rahat olsun deyə».
«Onsuz da axtardılar», – deyib susdum.
Ġçimdən qəzəb yox, etinasızlıq keçmiĢdi.
Haqqımda çıxarılan iyrənc dedi-qodulara inanması
688
Qaranın da sıravi qısqanclardan biri olduğunu
göstərmirdimi?
Xəncərini
də
özünə
çox
güvənmədən tuturdu.
Evim qəhvəxananın arxa qapısından çıxıb
getdiyimiz küçənin tamamliə əks-istiqamətindədi.
Buna görə də tünlüklə rastlaĢmamaq üçün
məhəllələr arasındakı küçələrdə bir sağa, bir sola
dönüb, islaq və tənha ağacların kədərli qoxusu
gələn boĢ bağlardan keçib, geniĢ dövrə vurduq.
Qayıtdığımız qəhvəxananın ətrafında oradan gələn
gurultu heç kəsilmirdi. Küçələrdə də ərzurumilərin
və onların arxasında yeniçərilərin, məhəllə
gözətçilərinin, gənclərin qaçıĢdıqlarını eĢidirdik.
Yolun yarısını keçib, bir yerə çatmıĢdıq ki:
«Ġki gündü Ustad Osmanla xəzinə otağında
qədim ustadların möcüzələrinə baxırdıq», – Qara
dilləndi.
Uzun müddət susdum. Xeyli sonra az qala
qıĢqırdım:
«Bu yaĢdan sonra nəqqaĢ Behzadla eyni rəhlə
arxasında otursa da, gördükləri təkcə gözünü
sevindirər, ruhuna rahatlıq və həyəcan verər, amma
bacarığını zənginləĢdirməz. Çünki naxış gözlə yox,
əllə çəkilir və əl nəinki Ustad Osman yaĢında, hətta
mənim yaĢımda belə artıq çox çətin öyrənir».
Əli xəncərli, özünə vurulmuĢ bu bədbəxt
səfehi ciddi qəbul elədiyimə görə yox, məni
689
gözlədiyini yaxĢı bildiyim gözəl arvadım tək
olmadığımı baĢa düĢüb, Qarayla üzbəüz gəlməsin
deyə qıĢqıra-qıĢqıra danıĢırdım.
Həyət qapısından keçəndə elə bil evin içində
Ģölə saçan lampanın iĢığını görmüĢdüm, amma indi,
Ģükür, içəridə hər yer qaranlıqdı. Bütün vaxtımı və
günlərimi Allahın xatirələrini axtarıb nəqĢ eləyə-
eləyə, gözüm yorulanda da dünyalar gözəli
cananımla seviĢə-seviĢə keçirdiyim cənnət evimə
əlixəncərli bir heyvanın məcburiyyətiylə girmək
məhrəmiyyətimə elə qəddar təcavüz kimi göründü
ki, Qaradan intiqam almağa and içdim.
Kağızlarıma,
tamamlamaqda
olduğum
səhifəyə – borc zəncirlərindən qurtulmaq üçün
yalvardıqları padĢahdan ehsan alan məhkumlar –
boyalarıma,
rəhlələrimə,
bıçaqlarıma,
qələmitiləyənlərimə, fırçalarıma, yazı taxtamın
qırağında hər Ģeyə, yenə kağızlara, möhrələrimə,
qələmyonanlarıma, qələm və kağız qutularının
arasına, yer dolabına, sandıqlara, döĢəkcələrin
altına, kağız yumaqlarımdan birinə, yumyumĢaq
qırmızı döĢəkcəmin, sonra xalının altına, yenə
dönüb-dolaĢıb eyni yerlərə əlindəki qəndili hey
yaxınlaĢdıra-yaxınlaĢdıra baxdı. Xəncərini çəkəndə
dediyi kimi, evimi yox, nəqĢ elədiyim otağı
axtarırdı. Gizlətmək istədiyim Ģeyi sanki arvadımın
bizi indi pusduğu otaqda gizlədə bilməzdimmi?
Dostları ilə paylaş: |