698
«Əlbəttə».
«Gözəldimi?» – dedim. «Biz gözəlikmi?» –
soruĢdum. «Biz qədim ustadların möcüzələrində
bir-birini zərif tərzdə öldürən əfsanəvi qəhrəmanlar
qədər gözəlikmi?»
«Bilmirəm», – Qara dilləndi. «Özümüzü
güzgüdə görə bilmirəm».
Ġçəri otaqdan pusan arvadımın bir az o
tərəfimizdə yerdə duran qəhvəxana qəndili iĢığında
bizi necə gördüyünü xəyalımda canlandıranda
həyəcanla Qaranın qulağını, doğrudan, diĢləməkdən
qorxdum.
«Evimə və məhrəmiyyətimə xəncərinlə girib
məni sorğu-suala çəkən Qara əfəndi, – dedim, –
indi üstündə mənim gücümü hiss eləyirsənmi?»
«Haqlı olduğunu da hiss eləyirəm».
«Ġndi yenə soruĢmaq istədiyini soruĢ».
«Mənə Ustad Osmanın səni necə sığalladığını
danıĢ».
«ġəyirdlik illərimdə, mən indikindən daha da
arıq, zərif, gözəl olanda indi mənim sənin üstünə
çıxdığım
kimi
üstümə
çıxardı,
qollarımı
sığallayardı, bəzən əziyyət də verərdi, amma onun
biliyinə, bacarığına və gücünə heyran olduğuma
görə bunlar mənim xoĢuma gələrdi, pislik barədə
fikirləĢməzdim, çünki onu sevirdim. Ustad Osmanı
sevmək mənim üçün nəqĢ eləməyi, rəngləri, kağızı,
699
qələmi, rəsmin gözəlliyini, rəsm edilən hər Ģeyi,
beləcə, aləmi və Allahı sevməyə açılan bir yoldu.
Ustad Osman mənim üçün atadan üstündü».
«Çox döyürdümü?» – soruĢdu.
«Atanın döyməli olduğu sayaq yerində, ədalət
duyğusuyla döydüyü kimi, ustanın döyməli olduğu
təki, əzab verib, cəzalandırıb öyrətmək üçün də
döyərdi. Bu gün dırnaqlarıma vurduğu xətkeĢlərin
ağrısına və qorxusuna görə bir çox Ģeyi daha yaxĢı
və daha artıq öyrəndiyimi dərk eləyirəm. ġəyirdlik
illərimdə
kəkilimdən
yapıĢıb
divara-divara
vurmasın deyə boyanı daĢırmaz, qızıl suyunu
xərcləməz, atın ayağındakı cizgini beynimə nəqĢ
eləyər, xətkeĢin xatasını örtər, fırçalarımı vaxtında
təmizləyər, bütün diqqətimi, ruhumu səhifəyə
verməyi öyrənərdim. Bacarığımı və ustalığımı
yediyim qapazlara borclu olduğuma görə indi
Ģəyirdlərimi könül rahatlığıyla döyürəm. Hətta
haqsızlıqla vurulmuĢ bir Ģillənin belə əgər Ģəyirdin
qürurunu sındırmırsa, ən axırda uĢağa faydalı
olacağını bilirəm».
«Amma yenə də gözəl üzlü, Ģirin baxıĢlı,
mələk xasiyyətli bir Ģəyirdi döyəndə öz kefin üçün
aradabir ipin ucunu buraxanda böyük Ustad
Osmanın da sənə eyni Ģeyi elədiyini baĢa düĢürsən,
yox?»
700
«Bəzən mərmər möhrəylə qulağımın ardından
elə vurardı ki, günlərlə qulağım güyüldəyər, məni
dəli eləyərdi. Bəzən elə Ģapalaq vurardı ki,
həftələrlə yanağım gözlərimdən yaĢ gətirib yanardı.
Bunları xatırlayıram, amma üslubumu da
sevirəm».
Qara dilləndi:
«Yox, ona acığın tutardı. Qəlbində çox dərin iz
salmıĢ qəzəbin intiqamını ƏniĢtənin firəng təqlidi
kitabı üçün nəqĢ eləyib alırdınız».
«Sən nəqqaĢları heç tanımırsan. Tamamilə
əksinə. UĢaq vaxtlarında ondan aldığı Ģillələr
nəqqaĢı ustasına ölənə qədər dərin eĢqlə bağlayır».
«Ġrəcin, SiyavuĢun xirtdəklərinin, indi sənin
mənə elədiyin kimi, arxadan qılınc dayayıb
zalımcasına və xaincəsinə kəsilməsi qardaĢ
qısqanclığı üzündəndi. QardaĢların qısqanclığını isə
«Şahnamə»də həmiĢə ədalətsiz ata hazırlayır...»
«Düzdü».
«Sizi bir-birinizin üstünə salan ədalətsiz atanız
indi də sizə xəyanətə hazırlaĢır», – kobudluqla
dedim. «Ah, eləmə, kəsir», – inildədi. Əzabla bir az
qıĢqırdı. «Əlbəttə, xirtdəyimi kəsib, qanımı
qurbanlıq qoyun kimi axıtmağın bir anlıq iĢdi», –
dedi. «Amma bu danıĢacaqlarıma qulaq asmadan
bunu eləsən – onsuz da eləyəcəyinə inanmıram da,
ahh,bəsdi– fikrin illərlə indi sənə deyəcəyim Ģeydə
701
qalacaq. Qılıncı bir az geri çək». Çəkdim. «UĢaqlıq
çağlarınızdan bəri hər addımınıza, hər aldığınız
nəfəsə göz qoyub, Allah vergisi qabiliyyətinizin öz
diqqətiylə bahar çiçəyi kimi açıb bacarığa
çevrilməsinə xoĢbəxtliklə göz qoyan Ustad Osman
indi sizinlə birgə bütün həyatını həsr elədiyi
nəqqaĢxanasını və üslubunu qorumaq üçün sizə
arxa çevirir».
«Üslub deyilən Ģeyin necə iyrənclik olduğunu
baĢa düĢəsən deyə Zərif əfəndini basdırdığımız gün
sənə üç rəvayət danıĢmıĢdım».
«Onlar nəqqaĢın üslubu haqqındaydı», – Qara
ehtiyatla dilləndi. «Ustad Osmanın təlaĢı isə
nəqqaĢxananın üslubunu qorumaqdı».
Zərif əfəndini və ƏniĢtəni öldürən alçağın
tapılmasını padĢahın necə vacib saydığı, bu
məqsədlə onlara əndərun xəzinəsinin qapısını belə
açdığı, Ustad Osmanın bu fürsətdən ƏniĢtənin
kitabını baltalamaq, özünə xəyanət yoluna qədəm
qoyub firəng ustadlarının təqlidçiliyinə baĢlayanları
cəzalandırmaq üçün istifadə eləyəcəyi barədə uzun-
uzadı danıĢdı. Burnu kəsik atı, üslubuna görə
Zeytundan Ģübhələndiyini, amma baĢ nəqqaĢ kimi
günahkarlığından əmin olduğu Leyləyi cəlladların
əlinə verəcəyini söylədi. Qılıncın təzyiqi altında
düz danıĢdığını hiss eləyib, hekayəsinə uĢaq təki
aludə
olduğundan
onu öpmək
istəyirdim.
Dostları ilə paylaş: |