694
«Cökə qaynadaq qonağıma!» – deyə məni
yamsıladı, əlini qamıĢıma atdı.
Açdığı yatağımın lap yaxınlığındakı yer
dolabının dibində, gül qoxulu mələfələr arasındakı
qəbzəsi əqiq daĢlı qılıncımı götürdüm, qınından
çəkib çıxartdım. Bu qılıncın tiyəsi o qədər iti idi ki,
üstünə ipək parça atsan, iki kəsər, qızıl təbəqə
atsan, kəsdiyi parçalar xətkeĢlə kəsilmiĢ kimi
düzgün çıxar.
Qılıncımı
gizlədib naxıĢ otağına geri
qayıtdım. Qara əfəndi məni sorğu-suala tutmaqdan
o qədər məmnun idi ki, əlində xəncəri qırmızı
döĢəkcənin ətrafında hələ var-gəl eləyirdi.
DöĢəkcənin üstünə yarısı nəqĢ edilmiĢ bir səhifə
qoydum.
«Buna bax», – dedim.
Maraqla çökdü, baĢa düĢməyə çalıĢdı.
Arxa tərəfinə keçdim, qılıncımı çəkdim, bir
həmlədə belinə minib onu yıxdım. Xəncəri düĢdü.
Saçlarından tutub baĢını yerə basanda xəncərimi
xirtdəyinə dayadım. Ağır gövdəmlə üzüqoylu
uzatdığım Qaranın arıq vücudunu əzir, çənəm və
əlimlə baĢını qılıncın iti tiyəsinə dəyənəcən
basırdım. Bir əlim kirli saçlarıyla doluydu, digər
əlim qılıncı xirtdəyinin nazik dərisinə dayamıĢdı.
Ağıllı tərpənib heç qımıldanmadı, çünki qanını
dərhal axıda bilərdim. Qıvrım-qıvrım saçlarına,
695
baĢqa vaxt olsa, kobudluqla Ģapalaq vurmaq
istədiyim gəl-gəl deyən ənsəsinə, çirkin qulaqlarına
bu qədər yaxın olmaq əsəbimi daha da pozmuĢdu.
«Səni buradaca öldürməməkdən özümü zorla
saxlayıram», – sirr verən kimi qulağına pıçıldadım.
Sözəbaxan uĢaqlar təki heç səsini çıxarmadan
məni dinləməsi xoĢuma gəldi.
«Əfsaneyi-Şahnamə»dən
bilirsən»,
–
pıçıldadım. «Ataları Firudin Ģah yanlıĢ iĢ görüb,
ölkəsini üç yerə böləndə ən pis ölkələri iki böyük
oğluna, ən yaxĢısı Ġranı da kiçik Ġrəcə verir. Ġntiqam
almağa can atan Tur qısqandığı kiçik qardaĢı Ġrəci
aldadır, xirtdəyini üzməmiĢdən qabaq saçlarını
eynilə mənim indi elədiyim kimi tutur, eynilə indi
mənim elədiyim kimi bütün bədəniylə qardaĢının
belinə minir. Bədənimin ağırlığını üstündə hiss
eləyirsənmi?»
Cavab vermədi, amma qurbanlıq qoyun kimi
baxan gözlərindən dinlədiyini baĢa düĢürdüm, bu
dəfə ilham da gəlmiĢdi:
«Mən yalnız rəsmdə deyil, qılıncı xirtdəyə
dayayıb baĢı ləzzətlə kəsməkdə də Əcəm üslub və
üsuluna sadiqəm. Bu çox sevilən məclisin bir baĢqa
cürünü də ġah SiyavuĢun ölümündən danıĢan
rəsmlərdə görmüĢəm».
Sakitcə məni dinləyən Qaraya SiyavuĢun
qardaĢlarının intiqamına necə hazırlaĢdığını, necə
696
bütün sarayını, malını-mülkünü yandırıb, arvadıyla
halallaĢıb, atını minib orduyla səfərə çıxdığını,
döyüĢü necə uduzduğunu, meyitlərlə örtülü döyüĢ
meydanının tozu-torpağı içində necə saçlarından
tutub, yerdə sürüklənib, özünün yatdığı kimi
üzüqoylu yatırılıb, axırda boynuna xəncərin
dayandığını, əfsanəvi Ģah bu vəziyyətdə olanda
dostları və düĢmənlərinin aralarında necə
«öldürəkmi, bağıĢlayaqmı» mübahisəsinə girdiyini,
üzü torpağa basdırılmıĢ məğlub Ģahın bütün bu
mübahisəni
dinləməsini
uzun-uzadı
danıĢıb
qurbanımdan soruĢdum:
«O rəsmi sevirsənmi?» – dedim. «Yerə
uzanmıĢ
SiyavuĢun
mənim
kimi
arxadan
yaxınlaĢıb, üstünə yıxılıb, xirtdəyinə qılıncı
dayayan Geruy tərəfindən saçları belə dartılıb,
xirtdəyi kəsilir. Az sonra axacaq qırmızı qanı
əvvəlcə Ģoran torpaqda qara duman çıxaracaq,
sonra orada çiçək açacaq».
Bir az susdum, uzaqlarda, küçə aralarında
fəryad qopara-qopara qaçan ərzurumilərin səsinə
qulaq asdıq. EĢikdəki fəlakət və dəhĢət yerdə üst-
üstə yatan bizi dərhal bir-birimizə daha da
yaxınlaĢdırdı.
«Amma bütün o rəsmlərdə, – Qaranın
ovcumun içindəki saçlarını daha bərk sıxıb dedim,
– vücudları bir-birinə qarıĢmıĢ, həm də bir-birinə
697
nifrət eləyən iki kiĢini zərifliklə çəkməyin
çətinlikləri hiss olunur. Sanki o sehrli və Ģahanə baĢ
kəsmə anından əvvəlki xəyanət, qısqanclıq,
döyüĢlərin qarğaĢası o rəsmlərə bir az artıq çöküb.
Qəzvinin ən böyük ustadları belə üst-üstə olan iki
kiĢini çəkəndə çətinlik çəkir, hər Ģeyi bir-birinə
qarıĢdırır. Ona görə bax biz səninlə daha ətli-qanlı,
daha zərifik».
«Qılınc kəsir», – inildədi.
«DanıĢdığına görə təĢəkkür eləyirəm, canım,
amma kəsmir. Diqqət verirəm, duruĢumuzdakı bu
gözəlliyi pozacaq heç bir Ģey eləmirəm. Qədim
böyük ustadlar bütün o eĢq, ölüm və döyüĢ
məclislərində bir-birinə qarıĢan bədənləri sanki
bircə bədən kimi çəkəndə bizim gözlərimizə ancaq
yaĢ gətirə biliblər. Bax: baĢım boynunun ardına
sanki sənin bədəninin bir parçası kimi yaxınlaĢıb.
Saçlarının və boynunun ardının qoxusunu duyuram.
Qıçlarım qıçlarının hər iki tərəfində elə yerli-
yerində uzanıb ki, görən bizi dördayaqlı zərif
heyvan saya bilər. Kürəyinin və qıçının üzərində
ağırlığımın tarazlığını duyursanmı?» Sükut çökdü,
amma
qılıncı
basmadım,
qanada
bilərdi.
«DanıĢmasan, bu qulağını diĢləyərəm», – o
qulağına pıçıldayıb dedim. Gözlərindən danıĢmağa
hazır olduğunu görəndə eyni sualı bir də verdim:
«Üstündə ağırlığımın tarazlığını duyursanmı?»
Dostları ilə paylaş: |