690
«ƏniĢtəmin hazırlatdığı kitabın son rəsmi
varmıĢ», – dedi. «Onu öldürən həmin rəsmi
oğurlayıb».
«Digərlərindən fərqliydi», – dərhal dedim.
«Rəhmətlik əniĢtən bir küncündə də mənə ağac
rəsmi çəkdirmiĢdi. Arxada bir yerə... Ortada və
irəlidə bir adamın rəsmi olacaqdı, hər halda,
PadĢahımızın zahiri. Çox böyük olan yeri hazırdı,
amma çəkilməmiĢdi. Firənglərin çəkdiyi kimi, bu
rəsmlə arxadakı cismlər kiçildiyinə görə ağacı kiçik
çəkməyimi tapĢırmıĢdı. Rəsm irəlilədikcə elə
təsəvvür yaranırdı, sanki rəsmə də yox, pəncərədən
dünyaya baxırsan. Firənglərin perspektiv üsuluyla
çəkilən rəsmin cədvəlləri və təzhibinin pəncərənin
çərçivəsinin yerini tutduğunu onda baĢa düĢdüm.
«Çərçivəni və naxıĢı Zərif əfəndi çəkirdi?»
«Bunu
soruĢursan, onu öldürmədiyimi
demiĢdim».
«Adam bir kəsi öldürsə də, öldürdüyünü
deməz», – tələsik dillənib qəhvəxanaya basqın
olanda orada neylədiyimi soruĢdu.
Qəndili oturduğum döĢəkcənin azca irəlisinə,
kağızların, nəqĢ elədiyim səhifələrin arasına elə
qoymuĢdu ki, üzümü iĢıqlandırırdı. Özüsə otağımın
içində, qaranlıqda kölgə kimi ora-bura vurnuxurdu.
Sizə
danıĢdığım
Ģeyləri,
əslində,
qəhvəxanaya çox az getdiyimi, oradan təsadüfən
691
keçdiyimi söyləməkdən baĢqa, divarda asılan
rəsmlərdən ikisini çəkdiyimi, amma qəhvəxanada
baĢ verənlərdən, doğrusu, xoĢum gəlmədiyini də
dedim.
«Çünki, – dedim, – naxıĢ gücünü nəqqaĢın
bacarığından, naxıĢ eĢqindən və Allaha qovuĢma
istəyindən də yox, həyatın iyrəncliklərini kiçiltmə,
cəzalandırma istəyindən alırsa, axırda öz-özünü
kiçiltmiĢ, cəzalandırmıĢ olur. Kiçiltdiyi istər
ərzurumlu vaiz olsun, istər Ģeytanın lap özü. Üstəlik
o qəhvəxana ərzurumilərlə dolmasaydı, bu gecə
bəlkə də basqın edilməzdi».
Alçaq dilləndi:
«Amma yenə də oraya gedirdin».
«Gedirdim, çünki orada həm də əylənirdim».
Nə qədər dəqiq danıĢdığımı baĢa düĢürdümü? «Biz
Adəm oğulları vicdanımızla, ağlımızla bir Ģeyi
yaramaz və səhv hesab eləməyimizə baxmayaraq, o
Ģeydən zövq ala bilirik», – əlavə elədim. «O ucuz
rəsmlərdən,
təqlidlərdən,
əruzsuz,
qafiyəsiz
kobudcasına söylənmiĢ Ģeytan, pul, köpək
hekayələrindən zövq aldığıma görə həm də
utanırdım».
«Onda o imansızlar qəhvəxanasına niyə
gedirdin?»
«YaxĢı, – içimdən gələn səsə uyub dedim, –
bəzən mənim də içimi qurd kimi gəmirən Ģübhə
692
var, onu söyləyim: nəqqaĢxananın ustaları arasında
ən hünərlisi, ən bacarıqlısı olduğum yalnız Ustad
Osman tərəfindən yox, PadĢahımız tərəfindən də
görüləndən
bəri
o
biri
nəqqaĢların
qısqanclıqlarından elə qorxmağa baĢladım ki, məni
bir qaĢıq suda boğmasınlar deyə onların getdiyi
yerlərə bir az da olsa, gedir, onlarla oturub-durur,
onlara oxĢamağa çalıĢıram. BaĢa düĢürsənmi?
Mənim
ərzurumi
olduğumu
söyləməyə
baĢladıqlarından bəri də o səfil imansızlar
qəhvəxanasına ona görə gedirdim ki, bu Ģayiəyə
kimsə inanmasın».
«Ustad Osman bir çox Ģeyi sənin hünər və
bacarığından üzr diləmək üçün elədiyini söylədi».
«Mənim haqqımda baĢqa nə dedi?»
«NaxıĢ uğrunda həyatdan əl çəkdiyinə
inansınlar deyə düyü üzərində, dırnaq üzərində
kiçik əyləncəli rəsmlər nəqĢ elədiyini. Allahın
verdiyi qabiliyyətindən utandığına görə elə hey
xoĢa gəlməyə çalıĢdığını söylədi».
«Ustad Osman Behzadın mərtəbəsindəydi», –
səmimiyyətlə dedim. «BaĢqa?»
Alçaq dedi:
«Nöqsanlarını da çəkinmədən dedi».
«Nöqsanlarımı de».
«Qabiliyyətinə baxmayaraq, naxıĢ eĢqinə
görə yox, gözə girmək üçün nəqĢ elədiyini dedi.
693
NəqĢ eləyəndə səni ən sevindirən Ģey rəsmə
baxanların alacağı zövqü təsəvvürünə gətirməkmiĢ.
Amma nəqş eləmənin öz zövqü üçün nəqş eləyə
bilməlisənmiş».
Həyatını naxıĢa yox, katiblik, məktubçuluq
və söz gəzdirməyə həsr eləyəcək tinətdə adama
Ustad Osmanın mənim haqqımda fikirləĢdiyi
Ģeyləri bu qədər tərbiyəsizcəsinə açıb danıĢmağı
ürəyimi yaraladı. Qara sonra da dedi:
«Qədim böyük ustadların bütün həyatlarını
verib əldə elədikləri üslub və üsullardan yeni Ģahın
gücünə, yeni Ģahzadənin kefinə, ya da baĢqa
zamanın zövqlərinə boyun əymək üçün qətiyyən əl
çəkmədiklərini, buna görə də üsul və üslublarını
dəyiĢdirməyə məcbur olmamaqdan ötrü özlərini
qəhrəmancasına kor elədiklərini söylədi. Ona görə
«padĢahımız belə istəyir» bəhanəsiylə siz mənim
əniĢtəmin kitabının səhifələri üçün firəng
ustadlarını
həvəslə,
Ģərəfsizcəsinə
təqlid
eləmisiniz».
«BaĢ nəqqaĢ Ustad Osman pis bir Ģey demək
qəsdində olmayıb», – dedim. «Cökə qaynadaq
qonağıma».
Yan otağa keçdim. Cananım əynində boğçaçı
Ester arvaddan aldığı ipəyi Çindən gecə paltarı
üstümə atıldı.
Dostları ilə paylaş: |