33
artıq heç birini görmək istəmirəm. Bir-birilərini
görüb, dedi-qodu eləmədən bir iĢ görə bilməyən
qardaĢlarımın həyatında, buradakı rəzil əyləncə
havasında məni utandıran çox Ģey var. Məni
yekəxana hesab eləyib iynələməsinlər deyə məddah
üçün bir-iki rəsm də mən çəkdim, amma bu
rəsmlərin dostlarımın qısqanclığının qabağını
alacağına da inanmadım.
Amma qısqanmaqda çox haqlıdırlar. Rəng
qarıĢdırmaqda,
cədvəl
hazırlamaqda,
səhifə
bəzəməkdə, mövzu seçməkdə, üz çəkməkdə,
kütləvi savaĢ və ov məclislərini yerləĢdirməkdə,
heyvanları, padĢahları, gəmiləri, atları, savaĢçıları,
aĢıqları rəsm eləməkdə, nəqĢin içinə ruhun Ģeirini
tökməkdə, hətta qızıl suyuna çəkməkdə də ən usta
mənəm axı. Bunu sizə öyünmək üçün yox, məni
baĢa düĢməyiniz üçün söyləyirəm. Qısqanclıq –
zaman keçdikcə usta nəqqaşın həyatında mütləq bir
şeyə çevrilir.
Rahatsızlıqdan getdikcə uzanan gəzintilərin
ortasında bəzən sadəlövh, bəzən məsum din
qardaĢlarımdan biriylə göz-gözə gəlirəm, birdən
içimdə bu qəribə düĢüncə baĢ qaldırır: indi qatil
olduğumu fikirləĢsəm, qarĢımdakı bunu üzümdən
anlayacaq.
Beləcə, dərhal özümü baĢqa Ģeylər barədə
düĢünməyə məcbur eləyirəm: lap ilk gənclik
34
illərimdə namaz qılanda qadınlar haqqında
fikirləĢməmək üçün utanc içində qıvrıla-qıvrıla
özümü məcbur elədiyim kimi. Amma ikiləĢməyi
ağlımdan heç cür çıxara bilmədiyim o gənclik
böhranlarının əksinə olaraq, indi işlətdiyim cinayəti
unuda bilirəm.
Dərk
eləyirsiniz
ki,
bütün
bunları
vəziyyətimlə bağlı olduğu üçün danıĢıram. Bir Ģeyi
ağlımdan belə keçirsəm, hər Ģeyi baĢa düĢərsiniz.
Bu da məni aranızda xəyal kimi gəzən adsız,
Ģəxsiyyətsiz qatil olmaqdan çıxarır, yaxasını ələ
vermiĢ, üzü bəlli olan, boynu vurulacaq adi
günahkar vəziyyətinə salır. Ġzin verin ki, hər Ģeyi
düĢünməyim, özüm üçün bəzi Ģeyləri gizlədim:
sizin kimi nəcib adamlar da ayaq izlərinə baxıb
oğrunu tapan kimi, sözlərimdən və rənglərimdən
mənim kim olduğumu aĢkara çıxarmağa çalıĢsınlar.
Bu da bizi indi çox dəbdə olan üslub məsələsinə
gətirib çıxarır: nəqqaşın şəxsi üsulu, özünəməxsus
rəngi, səsi varmı, olmalıdımı?
Ustalar ustası, nəqĢin piri Behzadın bir
rəsmini götürək. Cinayət rəsmi olduğu üçün özündə
üslubu da ehtiva edən bu möcüzəli Ģey mənim
vəziyyətimə də uyğun gəlirdi. Rəhmsiz taxt
davasında öldürülmüĢ bir Əcəm Ģahzadəsinin
kitabxanasından çıxmıĢ Herat iĢi olan doxsanillik
bir qüsursuz kitabın Xosrov və ġirinin hekayəsini
35
səhifələrində nəql elədiyi ilə nə vaxtsa
rastlaĢmıĢdım. Xosrov və ġirinin sonunu bilirsiniz;
Firdovsinin yox, Nizaminin nəql elədiyini deyirəm:
Ġki aĢiq nə macəralar və fırtınalardan sonra
evlənir, amma Xosrovun əvvəlki arvadından olan
oğlu gənc ġiruyə Ģeytana oxĢayır, onları rahat
buraxmır. Həmin Ģahzadənin atasının taxtında və
gənc arvadı ġirində gözü var. Nizaminin «Ağzı
Ģirlər kimi pis qoxuyardı» dediyi ġiruyə bir yol
tapır, atasını əsir alıb taxtında oturur. Bir gecə
atasının ġirinlə yatdığı otağa girir, qaranlıqda ora-
bura toxuna-toxuna onları yataqda tapır, xəncərini
atasının ciyərinə sancır. Atasının qanı səhərə qədər
axacaq, yanında rahatca uyuyan gözəl ġirinlə
yatdıqları yataqda öləcək.
Böyük Ustad Behzadın rəsmi bu hekayə
qədər illərdən bəri içimdəki əsl qorxunu da üzə
çıxarırdı: gecəyarısı qaranlıqda oyanıb göz gözü
görməyən otaqda taqqıltı salan baĢqa adamın
olduğunu bilməyin dəhĢəti! O baĢqa adamın bir
əlində xəncər olduğunu, o biri əliylə sizin
boğazınızdan yapıĢdığını təsəvvürünüzə gətirin.
Otağın zərif naxıĢlar çəkilmiĢ divarı. Pəncərə və
çərçivə naxıĢlarının, sıxılmıĢ xirtdəyinizdən çıxan
səssiz fəryad rəngindəki qırmızı xalının ilmə və
düyünlərinin, qatilinizin sizi öldürəndə yalın və
iyrənc ayağıyla heyfi gəlmədən basdığı tayı-
36
bərabəri olmayan yorğana ağlagəlməz zərifliklə,
nəĢəylə iĢlənmiĢ sarı və bənövĢəyi çiçəklərin
hamısı eyni məqsədə xidmət eləyir: bir yandan
baxdığınız rəsmin gözəlliyini nümayiĢ etdirir, o biri
yandan da içində öldüyünüz otağın, artıq tərk
elədiyiniz dünyanın nə qədər gözəl yer olduğunu
xatırladır. Rəsmə baxanda – rəsmin və dünyanın
gözəlliyinin sizin ölümünüzə etinasızlığı, yanınızda
arvadınız da olsa, öləndə tək-tənha olmağınız –
beynimizi dəng eləyən əsl mənanı tapırsan.
«Behzadındı», – iyirmi il qabaq titrəyən
əllərindəki kitaba mənimlə birgə baxan usta
demiĢdi. Üz-gözü baĢımız üstündəki Ģamdan yox,
görmə zövqündən iĢıqlanmıĢdı. «O qədər
Behzadındı ki, imzaya ehtiyac yoxdu».
Behzad da bunu bildiyinə görə imzasını
rəsmin gizli bir guĢəsinə belə atmamıĢdı. Ġxtiyar
qocaya görə, Behzadın bu əməlində abır və sıxıntı
vardı. Əsl hünər və ustalıq həm bənzərsiz möcüzə
rəsm eləmək, həm də həmin möcüzədə nəqqaşın
kimliyini ələ verən bir iz buraxmamaqdı.
Biçarə qurbanımı can hövlüylə, bildiyim
kimi və kodud üsulla öldürdüm. Əsərimdən məni
ələ verəcək insani hər hansı iz qalıb-qalmadığını
araĢdırmaq üçün gecələr bu yanğın yerinə gəldikcə
üslub məsələləri beynimə daha çox girməyə
Dostları ilə paylaş: |