18
kimi, Ģəfqətlə loğmalarıma göz qoya-qoya mənə
qulluq eləyən sahibinin danıĢdıqlarını diqqətlə
dinlədim. Ondan aldığım ilham və elədiyi təsvirlə
küçələr əməlli-baĢlı qaralandan sonra Əsir
bazarının arxa tərəfindəki dar küçələrdən birinə
burulub burada qəhvəxananı tapdım.
Ġçərisi tünlük və bürküydü. Təbrizdə, Əcəm
Ģəhərlərində lap çox oxĢarlarını gördüyüm,
qəhvəxanada məddah yox, pərdədar adlanan
hekayəçi arxada, ocağın yanındakı hündür yerdə
oturmuĢdu. Qabağında bircə rəsm, qaba kağızda
tələsik, amma bacarıqla çəkilmiĢ bir it rəsmi asıb,
arabir rəsmdəki itə iĢarə eləyə-eləyə hekayəsini
həmin itin dilindən söyləyirdi.
20
3. MƏN İTƏM
Gördüyünüz kimi, azı diĢlərim o qədər iti və
uzundu ki, ağzıma zorla sığır. Bunun mənə dəhĢətli
görkəm verdiyini bilirəm, amma xoĢuma gəlir. Bir
kərə bir qəssab azı diĢlərimin böyüklüyünə baxıb:
«ƏĢi, bu, it deyil, donuzdu», – demiĢdi.
Onu baldırlarından elə qapdım ki, diĢlərimin
ucunda, yağlı ətinin qurtardığı yerdə omba
sümüyünün sərtliyini hiss elədim. Ġt üçün heç bir
Ģey diĢlərini içdən gələn qəzəb və hirslə iyrənc
düĢməninin ətinə batırmaq qədər ləzzətli olammaz.
Belə bir fürsət düĢəndə, qapmağa haqqım olan
qurbanım sallana-sallana qabağımdan keçəndə
ləzzətdən gözlərim qaralır, diĢlərim sanki sızıldaya-
sızıldaya qamaĢır, özüm də bilmədən boğazımdan
sizi qorxudan mırıltılar çıxarmağa baĢlayıram.
Mən itəm, siz də mənim qədər mağıl varlıqlar
olmadığınıza görə: «Heç it də danıĢarmı?» –
deyirsiniz. Amma o biri yandan özünüzü ölülərin
danıĢdığı, qəhrəmanların onlara naməlum sözləri
söylədikləri barədə hekayəyə inandırırsınız. Ġtlər
danıĢır, amma dinləməyi bacarana.
Əvvəl zaman içində, xəlbir saman içində, bir
vaxtlar bir paytaxtın ən böyük camelərindən birinə,
tutaq ki, adı Bəyazid camesidi, bir əyalət
Ģəhərindən naĢı vaiz gəlibmiĢ. Adını bəlkə
21
gizlətmək, ona, məsələn, Nüsrət Xoca demək
lazımdı, amma baĢqa yalan söyləmək də olar,
həmin adam kütbeyin bir vaizmiĢ. Amma beynində
nə qədər az ağıl-kamal varmıĢsa, dilində də,
maĢallah, o qədər qüdrət varmıĢ. Hər cümə camaatı
elə coĢdurur, elə ağladırmıĢ ki, gözləri quruyub
bayılanlar, halı pisləĢənlər olurmuĢ. Amandı, heç də
səhv baĢa düĢülməsin; o heç əvvəlki dilli-dilavər
vaizlər kimi ağlamazmıĢ; tamam əksinə, hamı
ağlayanda onun kirpiyi belə tərpənməz, camaatı
töhmətləyirmiĢ kimi danıĢmağa daha da güc
verərmiĢ. Danlanmağı sevdiklərindən, deyəsən,
bütün mühafizəçilər, əsilzadələr, halvaçılar, aĢağı
təbəqənin adamları və özü kimi bir çox vaizlər
həmin adama qul, kölə olublar. Eh, o da it deyilmiĢ
ki, çiy süd əmmiĢ insan oğluymuĢ; həmin heyran
tünlüyü qarĢısından keçir və görür ki, camaatı
ağlatmaq qədər qorxutmağın da bir ləzzəti var.
Üstəlik bu iĢdə daha çox çörək ola bilər. Buna görə
də ipin ucunu əməlli-baĢlı itirib baĢlayırmıĢ ki:
«Bahalığın, vəbanın, məğlubiyyətin yeganə
səbəbi Həzrəti Peyğəmbər zamanındakı Ġslamı
unudub, müsəlmanıq deyə baĢqa kitablara və
yalanlara uyub inanmamızdı. Həzrəti Peyğəmbər
zamanında mövlud oxutmaqmı vardı? Ölüyə qırx
mərasimi düzəltmək, ruhu üçün halva və yemək
biĢirməkmi vardı? Həzrəti Məhəmməd zamanında
22
Qurani-Kərimi nəğmə kimi avazla oxumaqmı
vardı? Minarəyə çıxaraq «səsim nə qədər gözəldi,
ərəbcə lap ərəb kimi danıĢıram» deyib, lovğalana-
lovğalana, qadınsayaq əzilib büzülə-büzülə avazla
azan oxumaqmı vardı? Qəbirlərin üstünə gedib
yalvarırlar, ölülərdən mədəd umurlar, türbələrə
gedib bütpərəstlər kimi daĢa səcdə eləyirlər, çit
bağlayırlar, nəzir deyirlər. Bu ağılı verən
təriqətçilərmi
vardı
Həzrəti
Məhəmməd
zamanında? Təriqətçilərin baĢbiləni Ġbn Ərəbi
Fironun imanla öldüyünə and içməklə günahkar
olub.
Təriqətçilər,
mövləvilər,
xəlvətilər,
qələndərilər çalğı çala-çala Qurani-Kərim oxuyub,
uĢaq- oğlan hamısı birgə «dua eləyirik» deyə rəqs
eləyib, oynayanlar – bunlar kafirdilər. Təkkələr
yıxılmalı, təməlləri yeddi arĢın qazılmalı, çıxan
torpaq dənizə tökülməlidir ki, ancaq oralarda namaz
qılmaq mümkün olsun.
Həmin Nüsrət Xoca daha da qızıĢıb ağzından
qığılcım saça-saça: «Ey möminlər, qəhvə içmək
haramdı», – deyirmiĢ. Həzrəti Peyğəmbərimiz
bunun zehni uyuĢdurduğunu, mədəni deĢdiyini, bel
boĢluğu və qısırlıq yaratdığını bildiyinə, qəhvənin
Ģeytan oyunu olduğunu dərk elədiyinə görə
içməmiĢdi. Bundan baĢqa, indi qəhvəxanalar kef
əhlinin, zövq düĢkünü olan varlıların diz-dizə
oturub, hər cür ədəbsizlik elədikləri yerlərdi, hətta
Dostları ilə paylaş: |