37
baĢladı. Üslub deyib yapışdıqları şey yalnız xüsusi
bir iz buraxmamağımıza şərait yaradan xətadır.
Yağan qarın aydınlığı olmasaydı da, buranı
tapardım. Bura iyirmibeĢillik dostumu qətlə
yetirdiyim yanğın yeridir. Qar mənim imzam kimi
görünə biləcək bütün izləri örtüb, yox eləyib. Bu,
Allahın da üslub-imza məsələsində mənimlə və
Behzadla eyni fikirdə olduğunu üzə çıxarır. Dörd
gecə əvvəl, o ağılsızın iddia elədiyi kimi,
bağıĢlanmaz bir günahı düĢünmədən belə kitabı
nəqĢ eləyəndə iĢləmiĢ olsaydıq, Allah biz
nəqqaĢlara bu sevgini göstərməzdi.
O axĢam Zərif əfəndiylə bu yanğın yerinə
girəndə hələ qar yağmırdı. Uzaqlardan yanğılı-
yanğılı gələn it ulartılarını eĢidirdik.
«Niyə bura gəldik?» – o bədbəxt soruĢurdu.
«Bu vaxt burada mənə nə göstərəcəksən?»
«Ġrəlidə quyu, ondan da on iki addım o
tərəfdə neçə illərdir basdırıb gizlətdiyim pulum
var», – dedim. «Bu danıĢdıqlarımı bir kimsəyə
söyləməsən, ƏniĢtə əfəndi də, mən də səni
sevindirərik».
«Deməli, qəbul eləyirsən ki, baĢdan bəri
neylədiyini bilirdin...» – həvəslə dilləndi.
«Qəbul eləyirəm», – çarəsizliklə yalan
söylədim.
38
«Çəkdiyiniz rəsm çox böyük günahdır,
bilirsənmi?» – sadəlövhlüklə dedi. «Kimsənin cürət
eləmədiyi küfrdür, kafirlikdir. Cəhənnəmin lap
dibində yanacaqsınız. Əzabınız, əziyyətləriniz heç
bitməyəcək. Məni də Ģərik elədiniz».
Bu sözləri eĢidəndə dəhĢətlə anlayırdım ki,
bir çox adam ona inanacaqdı. Niyə? Çünki bu
sözlərin elə gücü, elə cazibəsi vardı ki, istər-istəməz
insan maraq duyur, dediklərinin baĢqa alçaqlar
haqqında gerçək çıxmasını istəyir. Əslində,
hazırlatdığı kitabın gizliliyi və verdiyi pullar
üzündən ƏniĢtə əfəndi haqqında bu cür dedi-
qodular çox çıxırdı. Üstəlik baĢ nəqqaĢ Ustad
Osman da ona nifrət eləyirdi. Müzəhhib
1
həmkarımın bilə-bilə öz iftirasını hiyləgərcəsinə
həmin həqiqətlərin üzərində qurduğunu da
düĢünmüĢdüm. Nə qədər səmimiydi?
Bizi bir-birimizə qarĢı qoyan iddialarını ona
təkrarlatdım. Sözü çək-çevir eləyib gəvələmədi.
Sanki birlikdə keçirdiyimiz Ģəyirdlik illərimizdə
özümüzü Ustad Osmanın Ģilləsindən qorumaq üçün
məni bir qəbahətin üstünü örtməyə çağırırdı.
Səmimiliyinə o vaxtlar inanırdım. ġəyirdlik
vaxtında da gözlərini belə geniĢ açardı, amma
1
Bəzəkçi, qızıl suyu ilə naxıĢ salan
39
həmin vaxt hələ o gözlər təzhibdən
1
kiçilməmiĢdi.
Ancaq ona heç sevgi duymaq istəmədim, çünki hər
Ģeyi baĢqalarına söyləməyə hazır idi.
«Bax», – məcburi ustalıqla dedim. «Xətt
salırıq, səhifə qıraqlarının naxıĢını tapırıq, cədvəl
çəkir, səhifələri rəngli qızılla al-əlvan naxıĢlayırıq.
Ən gözəl rəsmləri biz çəkir, dolabları, qutuları
Ģənləndiririk. Neçə illərdir bunları eləyirik. Bu,
bizim iĢimizdir. Bizə rəsm sifariĢ eləyirlər, deyirlər,
bu çərçivənin içinə gəmi, ceyran, padĢah yerləĢdir,
bu cür quĢlar, bunlara oxĢayan adamlar olsun,
hekayənin bu məclisini çək, filankəs belə dursun,
biz də çəkirik». «Bax bu dəfə istədiyin bir at çək
bura», – ƏniĢtə əfəndi dedi. Üç gün istədiyim at
rəsminin nə olduğunu dərk eləmək üçün qədim
böyük ustadlar kimi yüz dəfələrlə at cızdım». Əlimi
alıĢdırmaq üçün kobud səmərqəndi kağızda
cızdığım bir yığın atı çıxarıb ona göstərdim.
Təsirlənib kağızı aldı, solğun Ay iĢığında gözlərini
yaxınlaĢdırıb qara-ağ atlara tamaĢa eləməyə
baĢladı. «ġirazlı, heratlı qədim ustadlar, – dedim, –
Allahın istədiyi və gördüyü əsl at rəsmi çəkmək
üçün nəqqaĢın əlli il durub-dayanmadan at cızmalı
olduğunu deyir, həm də ən yaxĢı at rəsmini
1
Qızıl suyu, yaxud yağlı boya ilə əlyazma kitablara naxıĢ salma
40
qaranlıqda
çəkməyin
mümkün
olduğunu
təsdiqləyirdilər. Çünki əlli ildə əsl nəqqaş çalışa-
çalışa kor olur, əli də çəkdiyi atı əzbərləyir».
Üzündəki ta uĢaqlıq illərimizdə onda
gördüyüm məsum ifadəylə gözlərini mənim
atlarıma zilləyib fikrə getmiĢdi.
«Bizə sifariĢ eləyirlər, biz də ən gizli,
əlçatmaz atı qədim ustadların çızdıqları kimi
çəkməyə çalıĢırıq, vəssalam. Sonra sifariĢ elədikləri
Ģeydən ötrü bizi günahlandırmaları haqsızlıqdır».
«Bilmirəm, bu, doğrudurmu?» – dedi.
«Bizim də cavabdehliyimiz, iradəmiz var. Mən
Allahdan baĢqa kimsədən qorxmuram. O da bizə
yaxĢıyla pisi ayırd eləmək üçün ağıl verib».
Yerində verilən cavab idi.
«Allah hər Ģeyi görür, bilir», – ərəbcə dedim.
«Sənin,
mənim,
bizim
bu
iĢi
bilmədən
gördüyümüzü də baĢa düĢəcək. ƏniĢtə əfəndini
kimə satacaqsan? Bu iĢin arxasında PadĢahımız
həzrətlərinin olduğuna inanmırsanmı?»
Susdu.
DüĢündüm: doğrudan, bu qədər quĢbeyin
idimi,
yoxsa
səmimi
Allah
qorxusundan
soyuqqanlığını itirib sarsaqlayırdımı?
Quyunun yanında dayandıq. Elə bil
qaranlıqda bir anlığa gözlərini görüb qorxduğunu
baĢa düĢdüm. Ona yazığım gəldi. Ox yaydan
Dostları ilə paylaş: |