23
təkkələrdən əvvəl qəhvəxanalar bağlanmalıdı.
Kasıbın qəhvə içməyə pulumu var? Qəhvəxanalara
gedir, qəhvəylə beyinlərini dumanlandırır, ipin
ucunu elə itirirlər ki, orada itin, köpəyin
danıĢdıqlarını doğru zənn eləyib dinləyirlər; həmin
Nüsrət: «Ġtdi, indi də mənə və dinimizə küfr
eləyir», – deyirmiĢ».
Ġcazənizlə o vaiz əfəndinin son sözünə cavab
vermək istəyirəm. Hacı-xoca-vaiz-imam dəstəsinin
biz itləri heç sevməməsi, əlbəttə, məlumunuzdu.
Mənə qalsa, məsələ – Həzrəti Məhəmmədin
üstündə yatmıĢ bir piĢiyi oyatmamaq üçün ətəyini
kəsməsiylə bağlıdı. PiĢiyə göstərilən bu nəzakətin
bizə göstərilmədiyi xatırlanıb, nankor olduğunu ən
səfeh adam oğlunun belə bildiyi həmin məxluqla
əzəli davamız üzündən «Rəsulullahın itlərlə
düĢmənçiliyi vardı» demək tələb olunur. «Abdəsti
pozar» deyə camelərə buraxılmamağımız, yüz
illərdir came həyətlərində təəssübkeĢlərin sırıqlı
süpürgələrindən yediyimiz zərbələr pis niyyətlərlə
yaradılmıĢ bu yanlıĢ təfsirin nəticəsidir.
Sizə Qurani-Kərimin ən gözəl surələrindən
olan «Kəhf» surəsini xatırlatmaq istəyirəm: bu
gözəl qəhvəxanada, aramızda Qurani-Kərim
oxumayan kitabsızlar olduğuna görə yox, belə
hafizələri
təzələmək
üçün.
Həmin
surədə
bütpərəstlər arasında yaĢamaqdan bezmiĢ yeddi
24
cavandan söhbət açılır. Onlar bir mağarada
daldalanıb yatırlar. Allah bir-bir cavanların
qulaqlarına möhür vurub onları düz üç yüz doqquz
il yatırdır. Oyananda aradan bu qədər vaxt
keçdiyini həmin yeddi cavandan biri adamlar
arasına qarıĢanda əlindəki yaramayan sikkədən baĢa
düĢür: cavanlar çox heyrətlənirlər. Ġnsan oğlunun
Allaha bağlılığından, onun möcüzələrindən,
zamanın ötəriliyindən, dərin yuxunun Ģirinliyindən
söhbət
açan
surənin
istər-istəməz
sizə
xatırladacağım on səkkizinci ayəsində həmin yeddi
cavanın yatdığı Əshabi-Kəhf adlı mağaranın
giriĢində yatan itdən bəhs edilir. Təbii ki, hər kəs
Qurani-Kərimdə öz adının olmasıyla fəxr eləyə
bilər. Bir it kimi həmin surəylə öyünür, deyirəm ki,
düĢmənlərinə yava it deyən ərzurumilərin ağıllarını,
inĢallah, baĢlarına gətirər.
Onda itlərə qarĢı bu düĢmənçiliyin əsli-əsası
nədir? Niyə «it murdardır» deyirsiniz, niyə evinizə
it
girəndə
hər
yeri
baĢdan-ayağa
silib-
süpürürsünüz? Bizə toxunanın abdəsti pozulurmu?
Koftanızın ucu bir itin nəm tüklərinə azacıq
toxunsa, niyə koftanı baĢdanxarab əsəbi qarılar
kimi yeddi kərə yumağı Ģərt qoyursunuz? Ġtin
qazanı yalamağına görə qazanın ya atılmalı, ya
qalaylanmalı olduğundan ancaq qalayçılar, bəlkə də
piĢiklər baĢ aça bilər.
25
Nə
vaxt
ki
adamlar
obalardan,
düzəngahlardan, köçəbəlikdən əl çəkib Ģəhərə
köçdülər, çoban itləri obada qaldı, onda biz itlər
murdar olduq. Ġslamiyyətdən əvvəl iki aydan biri it
ayı idi. Ġndisə it oldu uğursuz. Bu axĢam bir az ibrət
dərsi almaq istəyən siz dostlarımı kədərləndirmək
istəmirəm, mən vaiz əfəndinin qəhvəxanalarımızı
söyüb-yamanlamasına hirslənirəm.
Bu ərzurumlu Nüsrətin atasının naməlum
olduğunu söyləsəm, nə deyərlər? Mənə də
demiĢdilər ki, sən nə cür itsən, ustan qəhvəxanada
rəsm asıb, hekayə danıĢan məddah olduğuna görə
sən onu qorumaq üçün, budur ha, vaiz əfəndiyə
böhtan atırsan. Nə danıĢırsınız, böhtan atmıram.
Mən qəhvəxanalarımızı çox sevirəm. Bilirsinizmi
ki, rəsmim belə ucuz kağız üzərində nəqĢ
olunduğuna, ya da it olduğuma görə kədərlənmirəm
də, mən sizlərlə birgə adam kimi oturub qəhvə
içmədiyimə heyifsilənirəm. Biz qəhvəmiz və
qəhvəxanalarımız üçün ölürük... Amma bu nədir
belə... Ustam bax mənə cəzbedici qəhvə verir. «Heç
rəsm də qəhvə içərmi?» deməyin; baxın. Baxın,
köpək laqqalaqla qəhvə içir.
Ooh, gözəl, çox yaxĢı təsir elədi, içimi isitdi,
gözlərimi itiləĢdirdi, beynimi açdı və görün ağlıma
26
nə gəldi. Venesiya doçu
1
PadĢahımızın qızı
Nurhəyat sultana hədiyyə kimi Çin ipəyindən, top-
top qumaĢlardan, üstü mavi çiçəkli Çin
köynəklərindən baĢqa nə yollayıb, bilirsinizmi?
Tükləri ipəkdən, qunduz tükündən yumĢaq olan
iĢvəli bir firəng iti. Həmin it yaman nazlıymıĢ, bir
də qırmızı ipəkdən əlbəsəsi varmıĢ. Bizim
tanıĢlardan biri onu rahatlayıb, ondan bilirəm.
Həmin firəng ölkəsində az qala köpəklərin hamısı
bu cür əlbəsə geyərmiĢ. Orada guya kübarlar kübarı
bir firəng qarısı çılpaq itmi görüb, yoxsa
köpəyinkinimi görüb, daha onu bilmirəm, deyirlər,
«ayy, heyvan çılpaqdı!» qıĢqıraraq yıxılıb özündən
gedib.
Firəng gavurlarının ölkəsində az qala hər itin
bir sahibi varmıĢ. Zavallı itlər boyunlarında zəncir,
ən səfil kölələr kimi zəncirlənmiĢ halda, hərdənbir
sürütlənə-sürütlənə
küçələrdə
gəzdirilirlərmiĢ.
Həmin adamlar sonra o zavallı itləri zorla evlərinə
soxar, hətta onları yataqlarına da salarlarmıĢ. Bir it
o biriylə imsiləĢib-seviĢmək nədi, yanaĢı belə
gəzməzmiĢ. ZəncirlənmiĢ halda belə miskin
vəziyyətləriylə küçədə qarĢılaĢsaydılar, hüznlü
gözləriylə bir-birilərini uzaqdan xeyli süzərlərmiĢ.
1
Knyaz, hakim, hökmdar
Dostları ilə paylaş: |