ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə20/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   16   17   18   19   20   21   22   23   ...   204

73

 

 



73

 

iran aşıqlarının dastanları    



 

 

 



 

 

Mirzənin əlində kalam 



Salam verdim əleyk alam 

Gündüz gəldim gecə qalam 

Yar sənun qoynun içində. 

 

Hamama gətirib rəşti 



saçların doldurub təşti 

tahirin xoş günü keşti 

yar sənun qoynuniçində. 

 

Tahirin belə oxumağına qızların ağızları açılı qalmışdı. Amma 



hamamdan çıxmax vaxtı çatmışdı. Bu zaman Tahir firsəti əldən 

vermiyib bu qızların ön sırasında gəlıb girdi Zöhrəxanımın otağında 

pərdənin dalında gizləndi. Qızlar gəldilər dedilər güldülər gün batdı  

qaş Qaraldı hərə getdi öz otağına amma ağca qızınan Mələk sima 

xanım qaldılar Zöhrə xanımın yanında. Amma Zöhrə xanım yata 

bilmir. Deyir bəs mənim əmim oğlu nə oldu elə bir gün kimi çıxdı ay 

kimi batdı. Görəsən indi harda qalıb ey allah. Zöhrəxanım bu 

fikirdəydı ki yavaş-yavaş yuxuya getdi və bu qızlarda çəkilib hərəsi 

otağın bir quşəsində yatdılar. Bu zaman Tahir gördü vaxtıdı  pərdəni 

vırdı kanara baxdı gördü Zöhrə xanım yatıb Tahir bu zaman sazını 

götürüb yavaş-yavaş necə zəmzəmə edirki Zöhrə eşıtsin amma qızlar 

bilməsin. Burda buları deyir. 

 

Baş götürüb ayağına gəlmişəm 



Oyan oyan yar başına döndüyüm. 

Yoxdur sənə lay-lay çalan a zöhrə 

Lay-lay çallam yar başına döndüyüm. 

 

Bu səsə qızlarda oyandı zöhrəxanımda. Qızlar dedılər xanım nə səs 



gəldi? Xanım dedı o hamamda oxuyan Aşıqın səsiydı qulağımızda 

qalıb gedin yatın. Tahir yenə başladı mıçıllamağa. Görək nə deyir. 

 



74

 

 



74

 

iran aşıqlarının dastanları    



 

 

 



Çıxırsız qapıya yada bacıya 

Dan ulduzu gəldi çıxdı ucuya 

Sarılmışam zöhrə yarım buruya 

Oyan mənim Zöhrə yarım sən oyan. 

 

Bu səs gənə gızları yuxudan oyatdı qızlar dedılər vallah elə bil burda 



Cinən ya Al arvadinna zatdan var belə ki iş olmaz. Bular səslərini 

oğurladılar görələr səs genə gəlir ya yox burda Tahir bir az dayandı 

bular yuxuya gedəndən sonra götqrqb belə deyir. 

 

Indi məndə kəmənd atdım 



Atıb məqsuduma çatdım 

Oxuyub yarı oyatdım 

Oyan zöhrə yarım oyan. 

 

Pərdə dalında yatmışam 



Toza-torpağa batmışam 

Yuxudakən oyatmışam 

Oyan zöhrə yarım oyan. 

 

Bu sözləri oxuyanda Ağcaqız dedı ay xanım bax pərdənin dalından 



səs gəlır pərdəni çəkdilər Tahir mirzə göründü qızların və 

Zöhrəxanımın sevincinin həddi –hududu yoxudu bu iki əmıqızı-əmi 

oğlu bir yerdə olmaxlarına görə qızlarda dedılar Zöhrəxanım siz 

burda deyin-danışın biz gedək o biri otaxların birinə bular gedəndən 

sonra tahir baxdə Zöhrənin üzünə burda görək necə deyir. 

 

Gəlıb çıxdım yar bağına 



Yarı gördüm ayaq üstə. 

Bir güldü ətrin dağıdır 

Dodaqlardan yanaq üstə. 

 

Bizim yerin bağə budur 



Hər yanı süsən-sünbüldü 

Yanaqları qızıl güldü 




75

 

 



75

 

iran aşıqlarının dastanları    



 

 

 



Tel tökülüb buxaq üstə. 

 

Hər kəs adin qoyur adam 



Yar təşnəyəm ləbin dadam 

Dişlər inci dilin badam 

Bal tökülür dodaq üstə. 

 

Tahir diyər aho zarım 



Bu zülmü götürməz tarım 

Qısmət oldu nazlı yarım 

Dodaq qoyaq dodaq üstə. 

 

Bular iki sevgi bir biriynən sabah açılıncan dedilər güldülər 



danışdılar sabah açıldı ağca qızınan mələk sima xanımda gəldilər 

xanıma göz aydinlığı verdilər. Bu zaman Zöhrə xanım dedı Tahir 

atam gəlsə və ya bu əhvalatı eçitsə bilirsən başımıza nə bəla gətirər. 

Burda Tahir dedı onda mən durum gedım amma getməmişdən əvvəl 

icazə ver bir neçə kəlmə deyim sonra ayrılaq. Burda belə deyir. 

 

Könül necə tab eyləsin 



Mən səndən ayrılım gedim. 

Otur başına dolanım 

Qol boynuna salım gedım. 

 

Gözəl nə baxırsan yandan 



Ölüncən dönmərəm səndən 

Bekef olsan əgər məndən 

Qalım könlun alım gedım. 

 

Hətəmdir Tahirə yağı 



Keçsin rəğibin çırağı 

Dodağların gül budağı 

Şan dodaqdan alım gedım. 

 



76

 

 



76

 

iran aşıqlarının dastanları    



 

 

 



Zöhrə dedı Tahir sən burdan çıxan kimi biləcəklər . genə aramıza 

ayrılıq düşəcək. Mən baxıram bu biz olan qalanın dörd dövrəsin 

qoruyurlar.  Ağca qız dedi xanım mən bir yaxşı yol bilirəm . dedı 

nədi o yol ? dedı: xanım bu qalanın arxa tərəfi Qızıl Üzən çayıdı 

Tahiri qoyax bir sandığa atax çaya inan ki Tahirin sandığın çay 

aparıb bir yerdə atacax kanara və ona sahıb çıxan çox olar və bu 

işinəndə biz ölümdən qurtararıx bu zaman Tahir baxdı 

Zöhrəyə,Zöhrədə baxdı Tahirə. Zöhrə dedı ürəyimə bir neçə xanə söz 

gəldi qoy onu deyim sonra görək alla bizə nə yol göstərəcək. Burda 

Zöhrə xanım belə deyir. 

 

Daha zöhrə doydu cana 



Sağ gedəsən tahir mirzə. 

Ürəyim dönübdür qana 

Sağ gedəsən tahir mirzə. 

 

Elə keçsən öldürərlər 



Bildiklərin bildirərlər 

Qanlı yaşım sildirərlər 

Sağ gedəsən tahir mirzə. 

 

 



Düşmənin qalsın avara 

Ürəyim olubdur yara 

Qorxuram çəkələr dara 

Sağ gedəsən tahir mirzə. 

 

 

Qohum qardaşlar gələrlər 



Yaxşı yamanı dilərlər 

Düşmən çoxdur öldürərlər 

Sağ gedəsən tahir mirzə. 

 

Necə səni atım çaya 



Zöhrə yalvarır allaha 


Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə