ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə16/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   12   13   14   15   16   17   18   19   ...   204

55

 

 



55

 

iran aşıqlarının dastanları    



 

 

 



Yaman qaldım davasına 

Quşda gedər yuvasına 

Fələk verdi bada məni. 

 

Tahir mirzə qan ağladı 



Sinəsin çarpaz dağladı 

Hər kəs sevdi yar sağladı 

Hətəm gətdi dada məni. 

 

Xanverdi sevdagər dedı oğlan sənin yarın kimdi? Tahir mirzə belə 



cavab verir. 

 

Tahi mirza deyir özü 



Aləmə şəms olub sözü 

Zöhrə Hatəm Sultan qızı 

Salıb çöldən – çölə məni. 

 

Xanverdi dedı: bəs o Tarım, Məncil də deyilən Qəhrəmanlı Mahmud 



Tacirin oğlu Tahirmirzə sənsən? 

Oranın hiləgər Mirzası sənun sevdicəyində gözü olduğundan sənun 

ata- anovu öldürtdürüb , mal-dövlətini talatdırıb, sənun başuva 

bəlalər gətirtdirib,sən onun əlindən bu çöllərə düşübsən. 

Xanverdi sevdagər Tahiri götürüb gətirdi dedi yaxşı oldu bu dədə- 

babadan tacir oğludu bunun ağlı-kamalı çox olar bunu sağaldaram və 

qızım Bulqar xanımıda verərəm buna . 

Bular düşüb yola şəhərə yaxınlaşırlar.tahiri qoymuşdular dəvənin 

ustünə bunuda yuxu tutmuşdu bir onda gözünü açdı gördü az qalır 

şəhrə camatın gözünü yacalıyıb dəvədən düşdü özünü verdi bağa. 

Amma karvan gəldi çatdı karvansaraya. Xanverdi dedi oğlanı gətirin 

mənim otağıma dedilər oğlan harda dəvədən ənib qaçıb yoxdu 

oğlan.əlir bu macəranı evində danışır. Bunun qızı Bulqar xanım 

Tahiri görmədən bilmədən ona Aşıq olur. Bulqarxanım daha 

dözəbilmir cürə sazını götürüb gəlır bağına. Bağda Tahirmirzanın 

eşqində gəzəndə birdən gözü sataşır çal hovuzun başında bir oğlana 

yaxınlaşanda görür elə atası diyən oğlan olacax. Bulqar xanı deyir 



56

 

 



56

 

iran aşıqlarının dastanları    



 

 

 



oğlan sən kimin icazəsilə mənim bağıma giribsən. Mənim bağımın 

meyvələrin niyə dərib dağıdıbsan? Tahir deyir xanım meyvə yox 

amma çoxlu ağac kötüyü yemişəm. 

Bulqar xanım oğlana diqqət edıb dedı oğlan səni kim vırıb bu hala 

salıb. Tahir sazını alıb sinəsinə görək nə deyir. 

 

Nə bağbandan sual etdim 



Ö ümü bu bağa saldım. 

əlimdə ki düyünümü 

dişimlə dırnağa  saldım. 

 

 



əcəb yerd bir gülüydüm 

Süsən iydim sünbülüydüm 

Mən yarıma bülbülüydüm 

Özümü uzağa saldım. 

 

Qız dedı oğlan Zöhrə kimdi? Tahir qızın cavabında belə deyir. 



 

Səhər çıxar dan ulduzu 

Gecə aydı, gündür üzü 

Zöhrə mənim əmim qızı 

Özümü bu bağa saldım. 

 

Ovçulardı gəzir dağda 



Bülbüllər seyr edər bağda 

Neçə filtə yanar yağda 

Özümü dağ yağa saldım. 

 

Tahiri saldı araya 



Düşdüm bu şum sitaraya 

Bir baxın mən biçaraya 

Özümü irağa saldım. 

 



57

 

 



57

 

iran aşıqlarının dastanları    



 

 

 



Bu sözlərdən sonra bulqarxanım dedi tahirmirza atam sənun haxda 

evdə çox danışdı sən onun ürəyinə çox yatıbsan əgər getsək evə o 

sənı görsə sevinər. Bular gəldilər evə çatanda bu iki cavanı 

görənXanverdi sevdagər çox şad olub dedi ay bala mən səni 

gətirirdim sənun yaralarını sağaldam, bu evə səni yeznə elyəm bəs 

sən hara getdin. Bu sözləri eşidən tahir götürüb görək nə cavab verir. 

 

Baş götürüb ayağına gəlmişəm 



Hər yandan üzülüb əlacım mənım. 

Asnanı səcdə gahım bilmişəm 

Həqq qəbul eyləsin meracım mənım. 

 

Zalım olan zalimliyin bildirdi 



Dəstmal aldı göz yaşımı sildirdi 

Govur mirza fəy atamı öldürdü 

Üzülüb əlimdən əlacım mənım. 

 

Hər barına yetirmədim barını 



Sidqilə çağırdım xaliq tarını 

Kimlər çalır sevgilimin tarını 

Dağıldı çapıldı taracım mənım. 

 

Tanrı bilir düyünlüyəm dağlıyam 



Aləm bilir düz ilQara bağlıyam 

Tahir mirza Əhməd Vəzir oğluyam 

Misirdən gəlırdı xəracım mənim. 

 

Xanverdi sevdagər dedı oğul mən malımı təbrizə aparıb və orda 



satmalıyam. Sənə gör nə deyirəm . mənim qırx dənə bağımvar oların 

açarların vermişəm Bulqar xanıma o açarları al və hər gün bir bağı 

gəz həm yaraların sağalsın həmdə darıxmazsan amma qırxıncı bağa 

girmə ta mən gəlincən. Tacır bu fikirdəydi ki bu qırx gün burda qalsa 

bu qıza alışar və hər nəyi unudar elə burda qalar.  

Bular burda qalsın tacir təbrizə sarı yollandı. 




58

 

 



58

 

iran aşıqlarının dastanları    



 

 

 



Amma tahir mirza hər gün bir bağı gəzib qırxımıncı gün dedi bulqar 

xanım o bağında açarını ver gedim gəzim görüm nəvar. Bulqar 

xanım dedı yox o bağın icazəsi məndə deyil o bağı tam özünə 

saldırıb. Bu zaman tahir dedi onda man burda qala bilmərəm mən 

gedirəm. Bulqar xanım gördü ayağını yerə bərk dayasa bu gedəcək 

və atası gəlb narahat olacax məc bur qalıb onunda açarını verdi 

tahirə. 

Sabah tahir gəldi bağı açdı gördü bağ nə bağ . bubağda bütün güllər 

bir birini səsləyir bülbüllərin cəhcəhi bu bağa bir sənfuni gətirib tahir 

heyran qaldı.amma dərdi tuğyan eylədi. Bu zaman gözü düşdü gördü 

bir qarğa gəldı bir gülün budağını qırdı və onun gülünüdə pərpər edıb 

saldı yerə. Amma butərəfdən bunu görən bülbül başladı qarğanı 

dimdigiynən dalamağa . amma qarğda bülbülü lala qan etmişdi sön 

nəticədə bülbülün dimdiyi dəydi qarğanın başına qağa həlak oldu 

düşdü yürə. Bülbül başladı bu sınan budağı apardı qoydu yerinə 

amma budağ gənə düşdü yerə. Bu işi bülbül təkrarladı amma bir 

xeyir olmadı axırda bülbülün sinəsi ilişdi bir tikana bülbüldə öldü. 

Tahir bu hadsənı görüb Zöhrəsi yadina düşdü burda götürüb nə deyir. 

 

əzizinəm yaz bağda 



 gül döşənər yaz bağda 

bülbülün hicran ğəmin  

al qələmin yaz bağda. 

 

Aşıq başına bağlar 



Zülfün başına bağlar 

Bülbül öldü gül soldu 

Qaldı başına bağlar. 

 

Bu sözlərdən sonra tahir dedı bax mən bir bülbül kimidə öz 



istədiyimin qeydinə qalabilmədim bax bülbül özünü bir güldən ötrü 

gör necə həlak elədi amma mənim sevgilim qalım yaqınin əlində 

mən özüm bağda baxçada arsız- arsız gəzirəm. Burda daha qərarı 

gəlmiyib götürüb nə deyir. 

 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə