ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə14/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   10   11   12   13   14   15   16   17   ...   204

47

 

 



47

 

iran aşıqlarının dastanları    



 

 

 



aləm başına dar gəldi. Zöhrə kənizlərinə dedı qızlar görun 

tahirdən mənə bir xəbər gətirə bilərsiz ki görəm o yazıx 

harda gizlənib. Kənizlərdən biri dedı xanım mən axtardım 

yerini öyrəndim istirsən aparım tahirin gizləndiyi yeri 

göstərim. Bular gəldilər tahirin gizləndiyi yerə. Tahir bir 

tayada gizlənmişdi. Zöhrə tahirin başının üstünə gələndə 

gördü ey baba tahir huşdan gedib.zöhrə əl atıb tahirin 

sazını götürüb basıb sinəsinin üstünə görək nə deyir. 

 

Atanı çəkdilər dara 



Günahkarsan tahi mirza. 

 

 



Indi callad yolluyarlar 

Qollaruvu bağlıyarlar 

Məhkəmədə saxlıyarlar 

Nə deyirsən tahir mirza. 

 

Başına döndüyüm mirza 



Oyan mirza oyan mirza 

Sözlərimdir tamam doğru 

Oyan mirza oyan mirza. 

 

Qızıl gülü dərdirdilər 



Güllər üstə sərdirdilər 

Xan atanı öldürdülər 

Oyan mirza oyan mirza 

 

Bulud kişnər dağ üstündə 



Bülbül əsər bağ üstündə 


48

 

 



48

 

iran aşıqlarının dastanları    



 

 

 



Cigər yanar dağ üstündə 

Oyan mirza oyan mirza. 

 

Zöhrə diyər mən neylərəm 



Ipək şaltami peylərəm 

Dərdiməçarə eylərəm 

Oyan mirza oyan mirza 

 

Bu zaman tahir huşa gəldi  amma elə bu anda calladlar 



yetişdilər tahirin əllərini bağlıyıb apardılar hətəm sultanın 

yanına. Sultan heç nəyi yoxlamadan çağırdı cəllad! 

Cəlladlar hazır oldular. Istədi tahiri dara çəksin şəhərin 

ağsaqqalları dedilər sultan sən bu yazığın ata- anasını öz 

yurd-yuvalarından gətirdin bulara bu şəhər qəribə bir 

şəhəridi oların malların pulların taladin özlərində 

öldürtdürdun heç olmasa bu yazığı öldürmə. Amma tahirin 

dizləri titrəyirdi ayağı üstə dura bilmirdi. Tahirin əl-ayağı 

əsə-əsə dedi sultan indiki sən məni bigünah öldürürsən heç 

olmasa bir imkan ver bir neçə kəlmə söz deyim sonra məni 

dara çəkdir. Buzaman tahir sazını götürüb görək nə dedyir. 

 

Nədən məni öldürursuz qazilər 



Yox təqsirim yox günahım xan əmi. 

Yaradandan başqa yoxdur pənahım 

Zülm evini yıxar ahım xan əmi. 

 

Mən qurbanam bağçasının mövünə 



Heç olmadı ğəmlı köyanıma 

Bir od düşsün şeytan molla evinə 

Kəsilib həryandan rahım xan əmi. 



49

 

 



49

 

iran aşıqlarının dastanları    



 

 

 



 

 

Ellər gəlib yığışıbdır yanıma 



Aləm dua edir mənim canıma 

Namərd mirza nahaq girib qanıma 

Arxasızam yox pənahım xan əmi. 

 

Dövrəmizi alıb bir böyük nadan 



Imdadıma yetiş ya şah mərdan 

Tahir Zöhrə nakam gedir dünyadan 

Yetiməm yox dadıxahım xan əmi. 

 

Hətəm sultan dedı camaat baxdinız görun bu hayazızı 



mənim yanımda belə deyir gör daldalarda nə diyər. Mən 

gərək bu yaramazı camaatın gözünün qabağında dara 

çəkəm ta bəlkə bir neçəsinədə göz ola. 

Butərəfdəndə mirza mərəkəni qızışdırırdı. Amma Zöhrə 

bilmir canını hara qoysun. Zöhrə gördü əl-əllin üstə qoysa 

iş-işdən keçəcək. Tez qayıtdı kənizlərindən bir dəstəsini 

kişi paltarında əllərində şikar silahları özünü yetirdi 

meydana. Cəlladlar Tahiri dar ağacına gətirən zaman Zöhrə 

bir callad dayan deyib özünü yetirdı hətəm sultanın taxtının 

yanına dedı sultan sağ olsun mən qonşu padşahının 

oğluyam. Bu ətrafda şıkarda  oldux qulağımıza təbl səsi 

gəldi bizdə dedik gələk görək sizin məhkəməniz necə 

ədalətli keçir. 

Sultan dedı bəli bu yaramaz mənim qızıma məktub yazıb 

və mənim ədalətimdə belə bir iş olmaz. 

Zöhrə dedı sultan sağ olsun eşq bir tərəfli olmaz bəlkə elə 

sənun qızunda bu işdə əli ola gələsən bu cavanın günahıda 



50

 

 



50

 

iran aşıqlarının dastanları    



 

 

 



olsa bağışlıyasan. Məndə gedib öz məmləkətimdə diyərəm 

mənim xahişiminən bir sultan bir cavanı dardan buraxdı. 

Bəlkə birgündə sənun bizim məmləkətdə bir adamun zadun 

olsa bizdə sənə kömək edərik. Mirza dedı sultan gələsən 

bunu dara çəkmiyək bunu salax zindanda qala acından 

üzülə . sultan dedi mirza bu ağıla sığan bir sözdü elə edək.  

Tahiri saldılar zindana. Bu zindanda qalmaxda olsun sizə 

xəbər verim Zöhrə xanımdan. 

Zöhrə kənizlərinə əmr verdi saraydan zindana bir tünül 

verdılar. Butünüldən Tahirə hər bir yemək içmək aparırlar 

vaxtı vaxtındada Zöhrə xanım gedir Tahirin yanına hər bir 

xəbərləri Zöhrə xanım Tahirə çatdırı ki çöldə nə var nə 

edıram nə edəciyəm Tahir bu adı zindan olan sarayda kefə 

baxır. Bir gün sultan dedı gedin zindanan mənə bir xəbər 

gətirun görüm o yaramaz ölüb ya hələ diri dir? 

Gəldilər gördülər Tahir əvvəlkinnənda diri başlıdı. Bu 

zaman sultan dedı bir neçə qazı hazır olsun Tahiri 

danışdırandan sonra dara asdıracıyam. Qazilər dedılar 

Tahir bu neçə müddəti sənə zindanda necə baxdılar və 

zindan haxda və orda nə baş verdi bizə de . burda Tahir nə 

diyəcək biz diyək sizə can sağlığı. 

 

əllər hənalıydı bayram günündə 



gözüm bir sonanı gördü qazılar. 

Alma yanağından gül buxağından 

Verdi bizə bir cüt busa qazılar. 

 

Dedim zöhrə bizim elə gələsən 



Ipək şəttə incə belə dola sən 

Mən öləndə qəbrim qstə gələsən 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə