ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə26/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   22   23   24   25   26   27   28   29   ...   204

102

 

 



102

 

iran aşıqlarının dastanları    



 

 

 



 

Koroğlu  sazınan  dediyi  kimidə  sözünəndedi  və  dedi  ay 

qoca xodkarın qızı nigar xanımı aparmağa gəlmişəm. Onu 

necə  ələ  keçirə  bilərəm?  Qoca  dedi  ay  oğul  sən  tək  bir 

oğlansan  nigar  xanımı  bir  qoşun  qoruyur.  osmanlı 

qoşununa bata bilməzsən və nigarxanımı apara bilməzsən. 

Kor  oğlu  dedi  qoca  sən  nigar  xanımı  mənə  göstər 

aparmağıynan işin  olmasın.  Dəyirmançının  arvadı dedi  ay 

oğul  mən  nigarxanımı  sənə  göstərə  bilərəm  ama  xodkar 

eşidər  bilər  adam  göndərər  gələr  bizim  bu  dəxməmizidə 

başımıza  uçurdar  sən  nigarı  görmək  istəsən  sabah  cümədi 

nigar xanım hər cümə başında qırx kənizinən gəlir gülşən 

bağına  get  orda  gör  apara  bilsəndə  bilməsəndə  özun  bil.  

Koroğlu  gecəni  dəyirmançının  evində  yatıb  sabah  açıldı  , 

sabah  dəyirmançının  arvadı  gülşən  bağını  Koroğluna 

göstərdi Koroğlu qiratı gülşən bağına sarı sürüb gəldi çatdı 

bağa  .  bağbanı  çağırıb  dedi  ay  bağban  xotkarın  qızı 

nigarxanımın gülşən bağını mənə nişan ver. Bağban gördü 

bu  oğlanın  boyu-  buxunu  enli  kürəyi  atı  əynində  geyimi 

yaraqlanıb  –  yasaqlandığı  silahı  bu  bağbanın  çox  xoşuna 

gəldi.  Bağban  dedi:  güllü  bağı  sənə  nişan  verəbilərəm 

əvvəl de görüm sən kimsən?  Bu boyun bu buxaq bu geyim 

və bu atın üstündə belə durub əmir verdiyinən sənə səltənət 

sahabı olmağ yaraşır de görüm sən kimsən? Burda Koroğlu  

 

bağbanın cavabında belə deyir. 



Uca dağ başında tutaram cəngi 

Nigarı xodkardan allam inşallah 

Qırram osmanlını hindi firəngi 

Istanbulda qılınc çallam inşallah. 




103

 

 



103

 

iran aşıqlarının dastanları    



 

 

 



 

Qır atımı bəsləmişəm qəhrində 

Heç at görməmişəm onun təhrində 

Cümə günü istanbulun şəhrində 

Xodkarı təxdindən sallam inşallah 

 

Qarışmayın koroğlunun işinə 



Qalib gəlləm yüzünə yüz beşinə 

Quzğun qonar cəmdəyinə leşinə 

Səltənət sahibi ollam innşallah. 

 

Bağban  dedi oğul  sən  gəzdigin  nigar xanımın  bağı  elə  bu 



bağdı  məndə  bağbanıyam.  Və  nigar  xanım  bugün  bağa 

gəzməyə  gələcək.    Koroğlu  dedi  a  bağban  mən  bağa  girib 

nigarxanımı bağda gözlüyə bilərəm? Bağban dedi: xodkar 

bilə  mən  səni  bağa  yol  vermişəm  məni  doğram-doğram 

etdirər.  Amma  səndən  çox  xoşum  gəldi  qıymıram  sən  əli 

boş  qayıdasan  çək  atını  bir  yanda  bağla  bir  kas  görməsin 

get  gir  bağa  indi  nigarxanım  gələcək  orda  nigarı 

görəbilərsən.  Koroğlu  elədə  elədi  bağda  oturub  nigarın 

yolunu  gözləyirdi  ki  gördü  nigarxanım  başında  qırx  incə 

qızənan  daxil  oldu  bağa.  Koroğlu  qıza  yaxınlaşıb  salam 

verdi,  nigarxanım  baxdı  bir  cavan  oğlan  yaraqlı-yasaqlı 

ucaboylu  bir  çiynindədə  bir  saz  heç  bunu  saymadı  bu 

Koroğluya çox ağır gəldi burda Koroğlu götürüb görək nə 

deyir. 


 

Salam verrəm salam almaz 

Görüm kəssin salam səni 

Ağçasız pulsuz aşığam  




104

 

 



104

 

iran aşıqlarının dastanları    



 

 

 



Pulum yoxdu alam səni. 

 

Xəzinəm yox ağzın açam 



Dövlətim yox tökəm saçam 

əlac budur alam qaçam 

çənli belə salam səni. 

 

Hansı dağların qarısan 



Hansı bağların barısan 

Nigar koroğlu yarısan 

Bilir küllü aləm səni. 

 

Nigar  bu  sözləri  Koroğludan  eşidən  kimi  qəhqəhə  çəkin 



güldü.  Dedi  ay  Aşıq  sən  bir  Aşıq  mən  bir  xodkar  qızı  axı 

səndə bir pul varki məni alasan? Koroğlu nigarın cavabında  

 

götürüb görək nə deyir. 



Uca-uca dağlar başı 

Çənli olar çənsiz olar 

Cəhd eylə bir işdə tapıl 

Sənlı olar sənsiz olar. 

 

Ağ üzdə busa tək gərək 



ərənlər isa tək gərək 

gözəllər nessa tək gərək 

tellidə olar telsizdə olar. 

 

Koroğlunun atı gərək 



Dəmir polad qtı gərək 

Bir igidin zatı gərək 




105

 

 



105

 

iran aşıqlarının dastanları    



 

 

 



Pulluda olar pulsuzda olar. 

 

Nigər  xanım  dedi  ay  oğlan  tutağki  mən  sənun 



pulsuzduğunada  dözdüm  sən  məni  xodkarın  əlindən  decə 

alıb  apara  bilərsən?  Nigarxanımın  cavabında  Koroğlu 

götürüb görək nə cavab verir. 

 

Ala gözlü nigar səni 



Mən çənli belə aparram. 

ÇəKərəm qır at belinə  

Dönərəm yelə aparram. 

 

Mayiləm qələm qaşına 



Uğrayaram savaşına 

Durub dolannam başına 

Tutaram dilə aparram. 

 

Türək tərlam qorxma sardan 



Səni zorunan xodkardan 

Könül ayrılmaz nigardan 

Alaram belə  aparram. 

 

Saymaram xodkarı xanı 



Qoşuna verməm amanı 

Meydan içində al qanı 

Döndərrəm selə aparram. 

 

Koroğlu gəlib damağa 



Rəhm etməz sltana ağa 

Qıratı saldırram dağa 




106

 

 



106

 

iran aşıqlarının dastanları    



 

 

 



Çərdaxlı elə aparram. 

 

Nigar  xanım  dedi  çox  yekə-yekə  danışırsan  sən  məni 



çardaxlı  çənli belə  nəyinən  apararsan?  Koroğlu dedi   səni 

qırata  mindirib  aparacam.  Nigarxanım  dedi:  sənin  qıratın 

necə  bir  atrır?  Koroğlu  dedi:  ay  nigarxanım  qulaq  as  mən 

deyim mənim atım qırat necə bir atdı. 

 

 Uca dağ başında yel kimi əsər 



Bu günümdə mənə kömək qıatım. 

Bir aylıq yolları bir gündə kəsər 

Köhlən bəsləmişəm gərək qıratım. 

 

Yolların tozunu göyə qaldırar 



Muxənnəs üstünü birdən aldırar 

Meydənın içində nüşmən aldırar 

Olar yiyəsinədirək qıratım. 

 

Qoç koroğlu qonar olsa yəhərə 



Yaği düşmənləri salar qəhərə 

Obaşdan aparram qoymam səhərə 

Dara düşsəm mənə kömək qıratım. 

 

Nigarxanım dedi: ay oğlan sənki bir belə qıratını təriflədin 



gedək görək doğurdanda o at sən diyən tərifə dəyir ya yox. 

Koroğlu  dedi:  nigarxanım  gedək  baxın  əyər  mən  diyən 

olmasa onda mənə ğəzəb eyləyin. Nigarxanım başında qırx 

incə  qızınan  Koroğluda  yanlarında  bağdan  çıxıb  gəldilər 

qıratın  yanına.  Bu  zaman  koroğlu  gördü  məqamını  firsəti 

fota  ferməyib  tez  atıldı  mındi  qıatın  üstünə  və  əl  atdı 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə