ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə27/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   23   24   25   26   27   28   29   30   ...   204

107

 

 



107

 

iran aşıqlarının dastanları    



 

 

 



nigarxanımıda çəkdi qəratın tərkinə qızlar biz getdik deyib 

çənli  belə  yola  düşdülər.  Butərəfdən  nigarxanımın 

qaçırılmasını  qızlar  qaçıb  xəbərini  xodkara  verdilər. 

Xodkar  o  dəyqə  fərman  verdi  qoşun  atlandı  düşdülər 

koroğlunun dalıycan. Koroğlu şəhərdən bir az aralanmışdı 

gördu qoşun yetirha yetirdədi. Koroğlu atın başını çövürdü 

qoşunan davıya başlasın , nigarxanım dedi nə iş görürsən? 

Koroğlu dedi istirəm dava eliyəm bir az atanın qoşunundan 

qıram  sonra  gedək.  Nigarxanım  dedi  ay  koroğlu  gərək 

məni  gətirmiyeydin,  indiki  gətirmisən  götür  məni  get 

çənlibelə  sənin  gücün  məni  atamın  qoşununa  çatmaz  sən 

bir  nəfərsən  atamın  saysız  hesabsız  qoşunu  var  tutub  səni 

həlak  edərlər.  Koroğlu  dedi  nigarxanım  mənsəni  bucur 

apara  bilmərəm.  Nigar  dedi  niya?  Koroğlu  dedi  mən  səni 

belə  aparsam  dəlilərim  diyərlər  Koroğlu  getdi  xodkarın 

qızını qaçırdı gətdi. Mən gərək burda bir yaxşı dava edəm 

qoşundan  qıram,  qan  tökəm,  paşa  öldürəm  sonra  səni 

aparam mən belə sədəcə səni aparmacıyam. Koroğlu bunu 

deyib  qılıncını  çəkib  nigarxanımda  tərkində  qoşuna  bir  

vəlvələ  düşdü  ku  eləbil  bir  sürü  Çobansız  qoyuna  bir  ac-

göz canavar girən kimi, Koroğlu sağdan verıb soldan çıxır, 

soldan verıb sağdan çıxmağda olsun sizə xəbər verim çənli 

beldən.  Dəlilər  bu  fikrə  düşdülər  ki  Koroğlu  nigar  xanımı 

gətirməyə  tək  getdi  birdən  tutular  elər  başsız  qalarıx 

Koroğlunun  dalıycan  getmək  lazimdi.  Dəlilərin  bir  neçəsi 

çənli beldəqaldi  qalanı  Koroğlunun  dalıycan  yoladüşdülər. 

Dəlilər  ozaman  Koroğlunun  yanına  çatdılar  ki  Koroğlu 

qoşunun  içində  sağa  sola  qılınc  vırmağdaydı  ama  qoşun 

Koroğlunu atıya alıb tut ha tutdaydı. Bu zaman dəlilər nərə 

çəkər özlərini qoşuna vırdılar . qoşun dəliləri belə görəndə 




108

 

 



108

 

iran aşıqlarının dastanları    



 

 

 



Koroğlunun başında aralandılar.  Bu zaman Koroğlu baxdı 

ki dəlilər qoşuna qan uddurmaxdadı ama nigar xanım ürəyi 

dolub  aölamağdadı.  Burda  Koroğlu  nigarxanıma  nə  deyir 

tərəfindən diyək sizdə qulaq asın. 

 

Ağlama telli nigarım 



Gəldi dəlilərim gəldi 

Xodkar qızı gözəl yarım 

Gəldi dəlilərim gəldi 

 

Qurbanam mərdin adina 



Dostunu salar yadina 

Bu gün bir ər imdadina 

Gəldi dəlilərim gəldi 

 

Igidin gərək ğovğası 



Həmişə olar davas 

Koroğlunun qoç arxası 

Gəldi dəlilərim gəldi. 

 

Bu  sözlərdən  sonra  koroğlu  bir  dəli  nara  çəkib  bəlilər 



dahada gücə gəldilər. Koroğlu özü bir yandan dəliləridə bir 

tərəfdən  xodkarın  qoşununu  yarıdan  keçırdilər  qoşunun 

öləni  öldu  qalanı  qaçıb  koroğlunun  əlindən  canlarını 

qurtardılar.    Koroğlunun  tərkində  nigar  xanım  dəlilərdə 

ətrafında başladılar çənli belə doğru gəlməyə . çox dağlar-

dərələr  ,  düzlərdən  keçib  gəldilər  çənli  belə  çatdılar. 

Nigarxanım baxdıki bir güllü-çiçəkli bir ə 



109

 

 



109

 

iran aşıqlarının dastanları    



 

 

 



Razidə  bir  əl  çatmaz  ün  yetməz  bir  dağın  belində 

dayandılar.  Nigarxanım  dedi:  koroğlu  çənli  bel  buradı: 

burda götürüb görək nə cavab verir. 

 

Çiskinli dağların başı 



Nigar çənlibel budur bu. 

Igitlər açar savaşı 

Nigar çənlibel budur bu. 

 

Çəkib bazirgan soyduğum 



Qafilələr boş qoyduğum 

Paşalar gğzü oyduğum 

Nigar çənlibel budur bu. 

 

Ohaıardan oha dağı 



Hərgiz gələ bilməz yağı 

Koroğlunun tək oylağı 

Nigar çənlibel budur bu. 

 

 



 

ĞƏDİR XOM DASTANI 

SÖYLÜYƏNİ AŞIQ SƏLCUQ 

ŞƏHBAZİ 



110

 

 



110

 

iran aşıqlarının dastanları    



 

 

 



 

Ustad  larımızdan  eşitdiyimizə  görə  dastanı  başlamadan  

əvvəl  üç  ustad  namə  deməliyik.  Mən  burda  Aşıq  Abbas 

Tufarqanlıdan bir şirin kalam sizin qulluğunuza çatdırıram.  

 

Ay həzarət, bir zamana gəlibdir



 

Ala qarğa şux tərlanı bəyənməz

 

Oğullar atanı, qızlar ananı 



 

Gəlinlər də qaynananı bəyənməz

 

 

Adam var, çox işlər eylər irada



 

Adam var ki, yetə bilməz murada

 

Adam var ki, çörək tapmaz dünyada



 

Adam var yağ yeyər,balı bəyənməz 

 

Adam var ki, adamların naxşıdı



 

Adam var ki, anlamazdı, naşıdı

 

Adam var ki, heyvan ondan yaxşıdı



 

Dindirərsən, heç insanı bəyənməz

 

Ustadlar  ustadnaməni  bir  yox  iki  deyiblər  bizdə  diyək  iki 



olsun. 


111

 

 



111

 

iran aşıqlarının dastanları    



 

 

 



 

Dəli könlüm məndən sənə əmanət 

Demə bu dünyada qalım yaxşıdı. 

Bir gün olar qohum qardaş yad olar  

Demə ulusum var elim yaxşıdı. 

 

Məclisə varanda özünü öymə 



Şeytana bac verib kimsəyə söymə 

Quvvətli olsanda yoxsulu döymə 

Demə var quvvətim qolum yaxşıdı. 

 

Xəstə qasım kimə qılsın dadinı 



Canı çıxsınözü çəksin odunu 

Yaxşı igid yaman etməa adinı 

Çün ki yaman addan ölüm yaxşıdı. 

 

Ustadlar  ustadnaməni  iki  yox  üç  deyiblər  bizdə  diyək  üç 



olsun düşmənizin ömrü puç olsun. 

 

əzizim güləllər 



ağ biləklər gül əllər 

dərya tək ağlun olsa 

yoxsul olson güllər. 

 

əzizim gül ənbarı 



gül əkdim, gül ənbarı 

nə güləndi nə güldürən 

nədə qoyur güləmbarı. 

 

əzizim kasa dolmaz 




Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə