ÖZÜ VƏ ustadi haqda məlumat



Yüklə 5,35 Mb.
Pdf görüntüsü
səhifə19/204
tarix25.06.2018
ölçüsü5,35 Mb.
#51160
1   ...   15   16   17   18   19   20   21   22   ...   204

69

 

 



69

 

iran aşıqlarının dastanları    



 

 

 



Saza söhbətə qulaq as 

Kərəm eylə bir qədəm bas 

Bir dəfə gül nərgiz xanım. 

 

Bu sözlərdən sora nərgiz xanım dedı Aşıq sənun mərəzun nədir sən 



nə axtarırsan sən nə gəzirsən?  Niyə mənən evlənmirsən? Tahir 

başının əhvalatın nərgiz xanıma danışdı və nərgiz xanım Aşıqı yola 

salıb Tahir mirzə yola düşüb gəldi məncilin dağlarında Murad 

Çobanını gördu ki bunun sürüsünü otarır.  Amma Çoban Tahir 

Mirzanı tanımadı. Çenkü şəhərdə demişdilər ki Tahi mirza ölüb və 

Zöhrə Xanımıda tadərik görürlərki verələr Zöhrənin müəllimi Mirza 

müəllimə. Tahir gördü Çoban bunu tanımadı dedı lap gözəl tahir dedı 

salam ayÇoban qardaş əleyk alan tahir dedı bir az danış görüm bura 

haradı bu sürü kimindi bu şəhərin sərdarı kimdi? Necə adamdı. 

Çoban dedi Aşıq yoldan gəlib yorulubsan bilirəm acıxıbsanda sən bir 

sazını çal qoy qoyunlar südə gəlsinlər məndə sənə bir Qara qoyun 

südündən bir qovurtmac pişirim sonra danışaram. Bu zaman tahir 

sazını çıxardıb görək Çobana nə deyir. 

 

Başına döndüyüm gülüzlü Çoban 



Kimin ölüb səndə Qara geyibsən? 

Yağıbdı başuva bərf biyaban 

Kimin ölüb səndə Qara geyibsən? 

 

Bu zaman Çoban gəldi dedi Aşıq ulaq as gör mən necə deyirəm. 



 

Çoban: 


Başına döndüyüm gül üzlü Aşıq 

Ağam ölüm ocur Qara geymişəm. 

Ğeyrət ola bilməz hər bir adamda 

Ağam ölüm ocur Qara geymişəm. 

 

Tahir: 


əlifi oxudum nə cimdi nə mimdir 

yaradan buları söylə bəs kimdir 




70

 

 



70

 

iran aşıqlarının dastanları    



 

 

 



söylə görüm sənin ağan bəs kimdir 

 Kimin ölüb səndə Qara geyibsən? 

 

Çoban: 


Bu sözləri xəbər alma amandır 

Dağlar başın çəm bürüdür dumandır 

Təxti dönmüş düşmənimiz Sultandır 

Ağam ölüm ocur Qara geymişəm. 

 

Tahir: 


Qızıl gülü dəstə- dəstə dəreydim 

Dərib dərib zinəxdanda səreydim 

Hətəm xanın nəşin yerə səreydım 

Kimin ölüb səndə Qara geyibsən? 

 

Çoban: 


Murad deyir xudam səni saxlasın 

Qoy dolansın fələk səni yoxlasın 

Ola bilməz bi kas səni oxlasın 

Tahir ölüb məndə Qara geymişəm. 

 

Aşıq dedı tahir kimdi: Çoban dedı Tahir mənim ağamdı. Aşıq dedı 



yəni sənin dədəndi: Çoban dedi yox o bütün bu qoyun-quzunun 

sahabıdı.Hətəm sultan onun ata-anasın öldürdü və özündə şəhərdən 

didərgin saldı deyirlər çollərdə itib batıb. O şəhərdən gedəndən 

məndə şəhərə getmirəm. 

Aşıq dedı Çoban o bəxti yatmış tahir mirzə elə mənəm. 

Bu zaman çonan düşdü ağasının ayaxlarına dedı ağa gəl burdan qayıt 

get o hiləgər Mirzə müəllim bu yaxınlıqlarda Zöhrə xanımınan toy 

edəcəklər mirzə bilə sən qayıdıb gəlıbsan sənı tutarlar dəruva saman 

təpərlər. 

Tahir dedı murad ölsəmdə bu yoldan dönən deyiləm.Çoban dedı 

onda sən bu qılıqsa şəhərə döson səni tanıyarlar. Gəl bu Çoban 

kürkünü sal çiynuva hər kimdə soruşsa sən kimsən denən mən Çoban 




71

 

 



71

 

iran aşıqlarının dastanları    



 

 

 



muradım əmisi oğluyam. Belə qərara gəldilər davarları saldılar bir 

mağara ağzınıda bağladılar ikisi gəldilər Çoban muradin evinə. 

Çobanın anası dedı oğul bu qonaq kimdi? Çoban dedı ana bu qonaq 

TahirMirzədi tacir Əhmədin oğlu. Ana dedı ay oğul o mirzə 

müəllimin Qara xəbəri gəlsin. Hətəm sultanın vay xəbəri gəlsin bəs 

olar şəhərə çu salmışdılar ki TahiMirzə ölüb! Nə yaxşı ki sən sağsan. 

Tahir dedı qarı nənə mən bir məktub yazıram sən onu Zöhrəxanıma 

çatdıra bilərsən? Qarı nənə dedı oğul ölsəmdə bu işi görüb öləciyəm. 

Tahir bir namə yazdı qarınənə o dəyqə naməni çatdırdı 

ZöhrəXanıma.  ZöhrəXanım hər bir əhvalatdan xəbərdar olub sazını 

aldı sinəsinə belə dedı: 

 

Eşqin odu tökülübdür sərimə 



Nazlı yardan namə gəlıb şük olsun.  

Ola bilməz heçkim mənim yerimə 

Nazlı yardan namə gəlıb şük olsun.  

 

Gecə gündüz mən eylərəm ah-zar 



Bu muştuluq məni etdi biqərar 

Bala tutu özü gedər oxuyar 

Nazlı yardan namə gəlıb şük olsun.  

 

Ayrılığı düşmən saldı araya 



Allah bilir mən dözmüşəm cəfaya 

Rəhm dilədim duz səpdilər yaraya 

Nazlı yardan namə gəlıb şük olsun.  

 

Gələn bazırgandır gedən xocadır 



Yarsız mənə gündüzümdə gecədir 

Zöhrə deyir Tahir halın necədir 

Nazlı yardan namə gəlıb şük olsun.  

 

Sabah günü ZöhrəXanım sağında Ağcaqın, solunda Mələk 



sima,otuzsəkkiz qıziylə qarı nənənin qapısından keçəndə Tahirin 


72

 

 



72

 

iran aşıqlarının dastanları    



 

 

 



gözü sataşdı ZöhrəXanıma daha dayana bilməyib burda görək nə 

deyir. 


 

Ağlaram-ağlaram fəğan eylərəm 

Fələk şal başıma sal indən belə 

Keçən günü yada salıb ağlaram 

Dərdi-ğəmi məndən al indən belə. 

 

Gedən yoxdu namə yazam yara mən 



Geyinmişəm Qara şala ağa mən 

Fələk qoydu həsrət qaldım yara mən 

Ağla-ağla indi ğəmindən belə. 

 

Bülbül olub qızıl gülə qonanda 



Saralıban heyva kimi solanda 

Qırx incə qıziylə bağda olandabaşuva salgınan şal indən belə. 

 

Tahir mirzə deyır doğru bu sözü 



Aləmi yandırır kababı közü 

Görüm Qara olsun mirzanın üzü 

Qırx incə qıziylə gəz indən belə. 

 

Bu zaman Tahir bir qız paltarı geyinib qoşuldu qızlara gəldilər toy 



hamamına. Qızlar Tahiri bir-bir itələdilər arxıya Tahir lam gəldi 

hamamın qapısını yanına. Qızlar hamamda çımdılər bir-bir çıxdılar. 

ZöhrəXanımda çıxıb geyinəndə bu qızların biri dedı ay Zöhrə xanım 

nə olardı indi burda bir Aşıq olaydı bir az oxudaydıx. Bu zaman 

Tahir dedı qızlar mənim atam aşığıdı məndə bir az ondan 

öyrəşmişəm istəsəz oxuyaram. Dedılər oxu . buzaman Tahir sazı 

basıb sinəsinə götürüb görək nə deyir. 

 

Məktəb mirzəsinin əlində xət var 



Hər könüldə bir mətləb var 

Səkkiz qapılı cənnət var 

Qız sənun qoynun içində. 



Yüklə 5,35 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə