61
Bildiyimiz kimi, iki növ yoxsulluq vardır:
a) səfalət və tənbəlliyin səbəb olduğu yoxsulluq;
b) ya Allah yolunda çalışmaq, ya az halalı çox haramdan
üstün tutmaq, ya da qeyri-qanuni qazancdan, rüşvətdən,
“ağa”ların hədiyyələrindən imtina etmək nəticəsində yaranan
yoxsulluq.
Birinci növ yoxsulluq asilikdir, ikincisi isə tərifəlayiqdir.
Böyük ümmətimizin fərdləri və kütlələri üçün əksər hallar-
da birinci növ yoxsulluq səciyyəvidir.
Müsəlmanların yoxsul yaşayıb borca batmalarının, verən
əllərin alan əllərdən az olmağın səbəbini həyatın çətinliklə-
rinə tab gətirməməkdə, xeyir açarlarından bixəbər qalmaqda,
vaxtı avaralanmağa, boş-boş əyləncələrə sərf etməkdə axtar-
maq lazımdır.
Biliyin çoxluğu, dünyagörüşünün genişliyi zənginliyə apa-
ran yollardır. Dinə xidmət göstərməyin ən qısa yolu dün-
yaya bələd olmaqdan keçir!
İnsan xəstələndiyi zaman can sağlığının nə olduğunu
anlayır, sağlamlığının qeydinə qalır, əvvəlki gümrahlığını geri
qaytarmağa çalışır. Yaxud da insanın başına bir müsibət gəlir
və o, başqalarına əl açıb ya borc istəyir, ya da dilənir. Bu
zaman insan oğlu ehtiyacın, yoxsulluğun, əl açıb dilənməyin
nə qədər ağır olduğunu hiss edir.
Xəstəlik və yoxsulluğun din halına gətirilməsinə gəlincə,
bu, ancaq məcnunların işidir.
Nə çoxdur bizdə ağlını itirənlər! Bu ağıldankəmlər iddia
edir ki, islam var-dövlətə “yox” deyir, yoxsulluğa qucaq
açır, müsəlmanların mədəni və hərbi geriliyindən, maddi və
62
mənəvi üzüqaralığından xoşhallanır. Onlara görə, müsəlman-
lar bir parça çörək üçün quyruq bulamalı, başqaları isə xan
kimi yaşamalıdır! Allah acizlik və tənbəlliyə lənət etsin!
Bir dəfə küçə ilə gedərkən gördüm ki, fəhlələr uzun və
dərin xəndəklər qazıyırlar. Onlar böyük məhəllədə drenaj şə-
bəkəsi qurmaq üçün iri və keyfiyyətli boru xətləri quraşdı-
rırdılar. Öyrəndim ki, bu işlər üçün müavinəti İngiltərə hö-
kuməti ayırıb.
Əsəblərimə sirayət etmiş sıxıntıdan qurtulmaq üçün əlimi
qəzetlərin birinə uzatdım. Ana səhifədə iki başlıq gördüm.
Birincisində yazılmışdı: “İtaliyadan Misirə 150 milyon dollar
hədiyyə”. İkinci xəbərdə isə oxudum: “İraq və Küveytdə
işləyən 400 min fəhlənin ölkəyə qayıtmağından sonra Av-
ropa ölkələri Misirə 10 milyon dollarlıq ərzaq yardımı gön-
dərib”.
Almaq və yenə də almaq! Sonu görünməyən silsiləvi al-
maqlar! Bizi çulğayan bayğınlıqdan ayılmaq üçün əllərimizi
borc və müavinətlərə hələ çox açacağıq!
Biz təkcə islam missiyasından kənara sapmammışıq, həm
də Adəmə aid olduğumuzu (insanlığımızı) unutmuşuq. O
Adəmə ki, Allah ona bütün adları öyrətmişdi; yer üzünü zə-
kası və alın təri ilə abadlaşdırsın deyə onu səmadan yerə
endirmişdi.
Dinə dair bildiklərimiz saxtadırsa, dünyaya baxışımız qat-
ma-qarışıq və qeyri müəyyəndirsə, hansı bilikdən danışa bi-
lərik?!
Elə isə düşüncə “səmt”imizi bir daha nəzərdən keçirmə-
yin vaxtı çatmayıbmı?
63
İkinci fəsil
ALİ VƏHYİN ƏHATƏLİLİYİ (GENİŞLİYİ)
Müsəlmanların ümumdünya missiyasını bəyan edib, digər
insanlar arasındakı özünəməxsus məqamlarını müəyyənləşdir-
mək üçün Allah təala onlara xitabən buyurur:
“...O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç
bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində
olduğu) kimi. (Ey Məhəmməd ümməti!) Allah bundan (Qu-
ran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə
müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin
təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə)
sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz
ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız...”
(əl-Həcc, 78).
Digər bir ayədə isə Pak Allah buyurur:
“(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş)
bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid
olasınız
, Peyğəmbər də (Məhəmməd əleyhissalam da) sizə
şahid olsun...” (əl-Bəqərə, 143).
Göründüyü kimi, müsəlmanlara nümunəvi (şahid) olmaq
birinci ayədə axırda, digərinin isə əvvəlində əmr edilir. Əvvəl-
də də göstərilsə, axırda da göstərilsə fərqi yoxdur, nəzərdə
tutulan budur ki, Allah təala ərəbləri tərbiyə etmək üçün
64
Həzrəti Məhəmmədi tarix səhnəsinə çıxardı, bütün insanla-
rı da tərbiyə etmək üçün ərəbləri yetişdirib hazırladı.
Şübhə yox ki, Məhəmməd peyğəmbər
(Ona Allahın xeyir-duası və
salamı olsun!)
Allahın ona tapşırdığı missiyanın öhdəsindən layiqin-
cə gəlmişdi: mədəni dünyadan təcrid olunmuş ərəbləri tər-
biyə edərək, onlardan bilikdə, əxlaqda, mədəniyyətdə tayı-
bərabəri olmayan bir ümmət formalaşdırmışdı. Peyğəmbərin
meydana gətirdiyi bu yeni ümmət şərqə və qərbə işıq saç-
mış, cahillik və köləlik qaranlıqlarında hey sürünən kütlələri
yüksək mənəvi və maddi həyata qaytarmışdı.
Biz bunu əyani şəkildə onun peyğəmbərliyindən sonrakı
əsrlərdə gördük. Bir heç idik, mühümlük kəsb etdik! Bizim
Həzrəti Məhəmməddə gördüyümüz nümunəviliyi dünya biz-
də görürmü? İnsanlara islamı ondan öyrəndiyimiz tərzdəmi
çatdırırıq? Vəhyi (ilahi təlimləri – mütərcim) dünyaya o, bizə
necə öyrədibsə, eləmi öyrədirik?
İlk Nəsil müsəlmanları (sələfi-əvvəl) islamı insanlara ba-
cardıqları qədər təbliğ etmiş, onlara təlim və tərbiyə vermiş-
dilər. Sonrakılar isə özlərinə qapıldılar, başları özlərinə qarışdı;
unutdular ki, insanlara nümunə olmaq, şahidlik etmək üçün
vardırlar...
Başlanğıcda bu “yarıq” ensiz idi, amma günlər keçdikcə
enlənib böyüdü...
Müsəlmanlar indiki dövrdə dünya əhalisinin beşdə birini
təşkil edirlər. Buna baxmayaraq, qitələrdəki sakinlərin əksəriy-
yəti haqq din barədə ya heç nə bilmir, ya da bildikləri
müsəlmanların axmaqlıqları barədə eşitdiklərindən ibarətdir...
Dostları ilə paylaş: |