68
İslamda yenilənmə
∗∗∗∗
olmalıdır: amma necə?
∗
Dində yenilənmə mövzusu ilk baxışdan müəyyən suallar doğurduğu
üçün böyük alim Şeyx Yusif əl-Qərdavinin məsələ ilə əlaqədar dedik-
lərini aşağıda dərc edirik:
“Bəzi insanlar Əbu Hüreyrəyə istinadən Əbu Davud və Hakimin rəvayət
etdikləri, bir çoxlarının da səhih saydığı “Allah hər yüz ilin əvvəlində bu
ümmətə dinini yeniləyən kəs göndərər”
1
– hədisini oxuduqdan sonra elə
başa düşmüşlər ki, yeniləmə (
təcdid) – təkmilləşib dövrə uyğunlaşsın
deyə dinin dəyişdirilməsidir. Bu səbəbdən demişlər ki, din sabitdir, nə
yenilənər, nə də dəyişilər. Din inkişafla deyil, inkişaf dinlə uyğunlaşmalı-
dır.
Əgər dini yeniləmə onun prinsip və təlimlərinin təkmilləşdirilməsi, in-
sanların tələbatlarına uyğunlaşdırılması, inkişafla ayaqlaşdırılması demək-
dirsə – təbii ki, bu belə deyil; bu, həqiqəti tərsinə başa düşməkdir, –
bunu deyən hədis rədd edilməlidir.
Bu iddia ilə çıxış edən şəxsin “yeniləmə” ilə nəzərdə tutduğu şey yu-
xarıda
deyilən kimidirsə, onda o, düz söyləyir. Ancaq...
Ancaq tədqiqatlarımın birində göstərdiyim kimi, yeniləmə (
təcdid) de-
dikdə dini başa düşmədə, ona iman və riayətdə yenilənmə nəzərdə tu-
tulur. Çünki bir şeyi yeniləmək həmin şeyi meydana çıxdığı vəziyyə-
tinə qaytarmaqdır. Bu zaman o, qədimliyinə rəğmən, yeni kimi görünür.
Bu isə mümkün qədər əvvəlki vəziyyətini alanadək həmin şeyin zəifləmiş
tərəflərinin gücləndirilməsi, dağılmış yerlərinin bərpası, çatlaqlarının bir-
ləşdirilməsi ilə baş verir.
Bir şeyi yeniləmək onun əvvəlki vəziyyətini dəyişdirmək, ya da onu la-
zımsız yeni şeylərlə əvəz etmək mənasına gəlmir. Bu, yeniləmə deyil-
dir.
Bu məsələni əyani şəkildə izah edək. Məsələn, tarixi bir tikilini restav-
rasiya (yenidən qurmaq, yeniləmək) etmək istəyirik. Bu tikilinin res-
tavrasiyası onun özünü, tarixi xüsusiyyətlərini, görünüşünü olduğu kimi