69
Son əsrlərdə müsəlmanların vəziyyəti: elmi geriliyi, mədə-
ni-siyasi passivliyi ürəyimizi ağrıdır. Bu passivliyin nəticəsi-
dir ki, bəzi avropalılar “Min bir gecə” nağıllarının islam şəriə-
tinə təsiri haqda dissertasiya yazmışlar.
İslamın həqiqətlərinə kölgə salmaq üçün böyük işlər gö-
rülür. Bu işdə həm Şərqin, həm də Qərbin iblisləri canla-
başla iştirak edirlər. Məqsədləri haqq dini insanların həya-
tından uzaqlaşdırmaqdır. Bəs biz dirçəlmək üçün nə edirik?
Qədər (tale) bizi Quranın varisləri qılmış, bizə onu həm öy-
rənib, həm də öyrətməyi tapşırmışdır. Belə bir məsuliyyətli
vəzifənin yükünü əcdadlarımız kimi çəkə bilirikmi?
saxlamaq şərti ilə ətraf mühitin dağıdıcı təsirinə məruz qalmış yerlərini
bərpa etmək, girişlərini və ona bitişik digər tikililəri gözəlləşdirmək, ona
gedən yolları abadlaşdırmaq... deməkdir. Köhnə tikilinin bərpası –
yenilənməsi onu bütövlükdə yıxıb yerində təzəsi və böyüyünü tikmək
deyildir.
Din də belədir. Dini yeniləmək dedikdə yeni din formasını ortaya çı-
xarmaq başa düşülməməlidir. Dinin yenilənməsi onu Peyğəmbərin, sə-
habələrinin, onlara layiqli şəkildə tabe olanların dövründəki vəziyyətinə
qaytarmaqdır
1
.
Dini yeniləmə ictihadı bərpa etməkdir, dinin əsil mənbələrinə müra-
ciətdir, donuqluq və kor təqliddən xilas olmaqdır, müsbət tərəflərindən
faydalanıb boşluqlarını da doldurmaq üçün mədəni irsimizə tənqidi
yanaşmaqdır, – bu, zehniyyətin yenilənməsidir. Bununla yanaşı, dövrün
tələb və şərtlərinə uyğun olaraq imanın, dini dəyər və əsaslara bağlılığın,
dinə dəvətin yenilənməsi də vardır. Təbərani və Hakim rəvayət edirlər
ki, Peyğəmbər də bir hədisində deyib: “Paltar kimi, içinizdəki iman da
köhnəlir. Elə isə Allahdan diləyin ki, qəlblərinizdəki imanı yeniləsin”
Bax: Yusif əl-Qərdavi. Sünnəyə münasibətimiz necə olmalıdır? Bakı,
2011, səh. 55-57 – tərcüməçinin qeydi.
70
Bu suala ətraflı cavab verməzdən qabaq bəzi ciddi mə-
sələlərdən söz açmaq istəyirəm.
1. İslam dünyası şərəf-izzət tapdığı vəhyə (Qurana, isla-
ma...) layiqli münasibəti bəsləməmiş, onun əsasında qurulub
bina edilməkdə qüsurlara yol vermişdir.
2. Vəhy diyarından uzaqda qalan, islamın təlimlərinin çatdı-
rılmadığı dünya əliboş durmamış, pis-yaxşı öz yolunu müəy-
yənləşdirmişdir.
3. Bizans imperiyasının süqut edib, müsəlmanların Kons-
tantinopolu fəth etməsindən sonra avropalılar Amerikanı
kəşf etdilər, Əndəlüsü ələ keçirdilər. İntibah dövrü başlandı,
dünya yaranandan bəri misli görünməmiş elmi tərəqqi baş
verdi. İnsan haqları və xalqların suverenliyi problemlərinin
gündəmə gətirildiyi sosial-siyasi sistemlər formalaşdı.
4. Dünya səviyyəsində bu cür elmi, mədəni və siyasi
dəyişikliklərin baş verdiyi bir vaxtda islam varlığı getdikcə
cılızlaşmış, hicri XIV əsrdə
∗
o boyda nəhəng sivilizasiyanın
yerində yararsız xarabazarlıq qalmışdır!
Bu səbəbdən mən İmam Həsən əl-Bənnanın
∗∗
İslam dün-
yasını bərpa edib fəhm və əməli fəaliyyətdə islahatlar apar-
maq üçün qoyduğu İyirmi Təlimə on təlim də əlavə etməyə
∗
Miladi təqvimlə XX əsr – tərcüməçinin qeydi.
∗∗
Həsən əl-Bənna (1906-1949): Misirdə “Müsəlman Qardaşlar” təş-
kilatının təsisçisi. Bəlağətli natiq, bacarıqlı dəvətçi olmuşdur. İctimai-mə-
dəni və maarifləndirmə fəaliyyətinə görə sui-qəsd nəticəsində şəhid edil-
mişdir. Ölümündən sonra “Dəvət və dəvətçinin memorandumu” adlı ki-
tabı işıq üzü görmüşdür. “Risalələr” adlı kitabı da vardır – tərcüməçi-
nin qeydi.
71
məcbur oldum. Reallıq budur ki, qurub-yaratmaq savaşında
elm cihadı vacibdir. Əgər bu savaşdan qalib çıxmasaq, cəza-
mız ağır olacaqdır...
İslamın yenilənməsi – bir meydanda deyil, meydanlarda
aparılacaq fəaliyyətdir; bir düşmənin deyil, çoxsaylı yağıların
qarşısında tab gətirməkdir. Bəlkə də, ən təhlükəli düşmən
öz daxilimizdədir!
Bizdə islah prosesinə istiqamət vermək üçün təklif etdi-
yim həmin On Prinsipdən söz açmaq pis olmazdı.
1. Qadın kişidən ayrı deyildir, əksinə, onu tamamlayan-
dır. Elm öyrənib savad almaq hər iki cinsə vacibdir. Habelə,
“yaxşılığa çağırıb pis əməllərdən çəkindirmə” (əmr bil-məruf
nəyh ənil-münkər
) vəzifəsini də buraya aid etmək olar.
Qadınların da cəmiyyətin qurulub mühafizə edilməsində iş-
tirak hüququ vardır. Təbii ki, islam ədəb-ərkanı və əxlaqı
çərçivəsində!
2. Ailə ümmətin əxlaqi-ictimai varlığının əsasıdır, gənc nə-
sillərin təbii tərbiyə evidir. Ailədə sağlam abı-havanın yara-
dılmasında həm ataların, həm də anaların boynuna ortaq və-
zifələr düşür. Kişi ailənin idarəedicisidir, başçısıdır, ailə
qarşısında, Allahın müəyyənləşdirdiyi məsuliyyətə sahibdir.
3. Hər bir insanın maddi və mədəni hüquqları vardır. Bu
hüquqlar Allahın insan oğluna verdiyi şərəf-izzətə, yer üzün-
dəki yüksək məqamına uyğundur. İslam bu hüquqlar haqda
danışmış, onlara ehtiramın vacibliyini bildirmişdir.
4. Liderlər (prezidentlər, krallar...) xalqa xidmət edən
muzdlular kimidirlər; xalqın dünyəvi və dini maraqlarını tə-
min etməlidirlər. Xalqın razılığını qazanıb, sözügedən ma-
Dostları ilə paylaş: |