80
Əlavə izaha ehtiyac yoxdur, onlar müstəbid fironların
xidmətçiləridirlər və ya onlara qapı açanlardır...
Bizə Sünnə düşməni gözü ilə baxanlar da tapılır. Nədir-
nədir demişik ki: “Astronomik hesablamalarla ayın nə vaxt
doğduğunu, nə vaxt da batdığını ən dəqiq şəkildə müəyyən
etmək mümkündür”. Hətta bu insanlardan biri Ayın səthinə
enmiş astronavtlar xəbərini uydurma yəhudi qissəsi (israiliy-
yat
) hesab edir.
İman böhranının yaşandığı, elmlə dinin bir-birindən ay-
rıldığı, cəfakeş alimlərin insanlara Allahı tanıtmaq üçün can
yandırdığı bir dövrdə sönük düşünən birisi gəlib deyir: “Bu
alimlərə başa sal ki, Allah Adəmi həm öz surətində, həm də
60 qulac
∗
hündürlüyündə yaradıb!”
Bir də görürsən bunu da əlavə edir: “Onlara de ki, onun
(Allahın) baldırı və ayağı var!”
İslam məntiqinə görə, əqidə məsələləri ancaq mənası və
səhihliyi qəti olan (qət`iyyəti-dəlalət vəs-sübut) dini mətn-
lərlə (nəss) təsbitini tapır
1
. Bu “ahad” rəvayətləri kim istə-
yir qəbul etsin, kim istəyir etməsin, kim də istəyir yozsun,
amma bu dövrdə onları qurdalayıb ortaya çıxarmağın, in-
sanların düşüncəsini onlarla məşğul etməyin nə mənası var-
dır? Bəlkə də, bu, insanları fitnə-fəsada salmaqdan savayı heç
bir işə yaramır.
∗
Təxminən 40 metr. 1 qulac 0.64 metrə bərabərdir – tərcüməçinin qey-
di.
1
Biz burada müsəlman alimlərinin mövqeyindən çıxış edirik, anormal
şəxslərin deyil!
81
Bu səbəbdən biz müasir islam mədəniyyətini bir daha
nəzərdən keçirmək, onu əvvəlki əsasları üzərinə qaldırmaq
istəyirik.
Quranımız bütövlükdə və təfərrüatı ilə qorunmuşdur. Sün-
nə də bütövlükdə doğru-düzgündür; mötəbər fəqih və alimlər
onu hədsiz diqqətlə öyrənmiş, uydurma rəvayətlərdən təmiz-
ləmiş, Quranla səsləşib həndəvərindən kənara çıxmayacaq
vəziyyətə gətirmişlər...
Şübhə yoxdur ki, “mütəvatir” hədislər Quran qədər qa-
nunverici qüvvəyə sahibdir.
82
Üçüncü fəsil
ALI HƏQİQƏTLƏRİ GİZLƏYƏN “QABIQ”LAR
Dəniz dalğaları ilə müqayisədə bir damcı nədirsə dünya
əhalisi ilə müqayisədə mən də oyam. Və mənim bu cür
müqayisədən xoşum gəlir. Öz-özümə soruşuram: “Mən
nəyəm?” Göylər və yerin sahibinin yedirdiyi beş milyard
insandan biri! Şəhərləri, kəndləri dolaşan bir kəs! Necə də
cılız görünürəm!
Əsil problem bu bədəni yaşadan, asan və ya çətin yollarla
qazanılan ruzi problemi deyildir. Ətrafla təmas yaratmaq
üçün hər birimizin iki gözü və iki qulağı vardır. Görmə
mürəkkəb prosesdir: şeylərin təsvirlərini beyinə ötürür və
biz nəyin nə olduğunu ayırd etdikdən sonra “iş”ə başlayı-
rıq.
Gicgahımızın aşağı yan tərifindəki qulaqların funksiyası,
bəlkə də, daha mürəkkəb, daha çətindir.
Haqqı aşkara çıxartmağım üçün bu ayədəki beş suala
cavab verməliyəm:
“(Ya rəsulum!) De: “Sizə göydən və yerdən kim ruzi ve-
rir? Qulaqlara və gözlərə sahib olan (onları yaradan) kim-
dir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? Hər işi dü-
züb qoşan (sahmana salan) kimdir? ...” (Yunis, 31).
Doğrudan da, iyirmi milyard qulaq və göz eyni vaxtda
öz funksiyasını hədsiz dəqiqliklə yerinə yetirir.
83
Ölən və yaranan hüceyrələrin sayı yuxarıdakı rəqəmdən
dəfələrlə çoxdur. Hər bir canlı orqanizmdə toxumalar Al-
lahın yazdığı vaxta qədər təzələnir. Elə ki həmin orqanizm
öldü, dünyada özündən sonra bir boşluq qoyub gedir. Əs-
lində, bu boşluq həmin orqanizmin doğulmasından qabaq
mövcud olmuş boşluğun özüdür! ...
Bir-biri ilə əlaqəli bu planetləri kim idarə edir? Kim on-
ların hərəkətlərini tənzimləyir? Mən dünya əhalisi ilə özümü
müqayisə etdikdə milçəkdən də cılız görünürəm. Bəs həm
indiyədək gəlib-getmişlərlə, həm də bundan sonra gəlib-
gedəcəklərlə özümü müqayisə etsəm, necə olar? Görəsən,
nəyi xatırladaram?
Bu düşüncələrlə hey kiçilirəm, məğrurluğu bir kənara
buraxıram və görürəm ki, özlərinə qapılanlar ya böyük xəyal-
larla ömür sürür, ya da zülmət qaranlıqlar içərisində yaşayır-
lar.
Sonra məni başqa bir fikir çulğayır: özündəki hər bir şeyi
cılız göstərən bu kainatın böyüklüyü haqda “xəbər”i eşitdi-
yimdə bütün insanların ümumi çəkisinin necə də az oldu-
ğunu görürəm. Həmin “xəbər” budur:
“Doğrudan da, göylərin və yerin yaradılışı insanların ya-
radılışından daha böyük şeydir. Lakin insanların çoxu (bunu)
bilməz!” (Ğafir, 57).
Yer Günəşlə müqayisədə uçan toz dənəsi kimidir. Günəşi
də digər qalaktikalarla müqayisə etsək, gözlə sezilməyəcək
dərəcədə kiçik nöqtəni xatırladar. Günəşlər, qalaktikalar Al-
lahın böyüklüyü qarşısında səhradakı qum dənəsi kimidir-
lər.
Dostları ilə paylaş: |