84
Dəyərli sayılan hər şey bu geniş dünyada fanidir, məhvə
məhkumdur. Allaha səcdə edən, Onun əzəməti qarşısında
diz çökən, “Allah necə də Pakdır, həmd Onadır! Əzəmətli
Allah necə də Pakdır!” – söyləyən zehinlər isə istisnadır.
Varlığın zərrələri ilə yarışda ləhləyən dillər bu səbəbdən
Allaha layiqli şəkildə həmd-səna etmir, mənzilbaşına yetişə
bilmirlər.
Təsdiqləyirəm ki, Məhəmməd
(Ona Allahın xeyir-duası və salamı olsun!)
peyğəmbərlik elminin son varisidir. O Allahın kitabında bu
elmi bizə ən saf həqiqət şəklində təqdim etmişdir.
O, ən layiqli şəkildə Allahı həm təqdis edən, həm Şəninə
təriflər söyləyən, həm də Təkliyini təsdiqləyən ilk insan-
dır.
Onun yer üzündə qurduğu mədəniyyət xalis rəbbani da-
yaqlara əsaslanır, “Allahu Əkbər!” şüarını daşıyır.
Bu mədəniyyətin həmişəyaşar və ülvi cihadı – Vahid Hə-
qiqəti qorumaq, onu hədəf almış hücumları dəf etmək-
dir.
Fikir verirəm ki, insanları Allahdan bixəbər buraxmaq
məqsədilə böyük sui-qəsd hazırlanıb. Bununla da, həm onları
Allahdan uzaqlaşdırmaq istəyirlər, həm də Allahın hökmləri
deyilən şeyi xəyalpərəstlərin iddiası olaraq təqdim edirlər.
Bu sözlərə fikir verin: “Təbiət ana bətnini elə bir “yas-
tıq”la təmin edib ki, embrion onun üstündə rahatca çevrilir,
digər orqanlara zərər toxundurmur, ananın hərəkətliliyi onun
formasına təsir göstərmir!”
85
Soruşuram: “Belə bir çətin vəzifəni yerinə yetirən təbiət nə
olan şeydir? Erkəkdir, ya dişi? Cindirmi, şeytandırmı, nədir
o?”
Bu təbiət öz funksiyasını beş qitədə necə yerinə yetirmiş-
dir?
Aydındır ki, təbiətin yaradıcı olduğunu iddia edənlər Ali
Qüdrətin gördüklərinin üstünə qəsdən yalançı örtük çəkir, Al-
lahın adını torpaqlamaq istəyirlər! Elə isə bu, insanın biliklən-
məsidir, yoxsa cahilləşməsi?!
Empirik (təbiət) elmlərinin meydana gəldiyi mühit dinə
ehtiramdan uzaq idi. Çünki həmin din (xristianlıq nəzərdə
tutulur – mütərcim) ağıla heç əhəmiyyət verməmişdi. Amma
həqiqət bu cür qəribə labirintlərdə itməməlidir.
Dünyanın yaranması ilə bağlı aşağıdakı izaha nəzər yeti-
rin:
“Əlli milyon il bundan qabaq kainatda böyük bir part-
layış baş verir. Partlayış nəticəsində kainata qaz və atom
buludları yayılır və bu buludlar orada-burada dövrə vurur.
Müəyyən vaxt keçdikdən sonra bu buludlar bir yerə toplaşır
və indi gördüyümüz ulduzlar, günəşlər, planetlər, qalakti-
kalar... yaranır!”
Həmin partlayışın nəticəsində oraya-buraya səpələnmiş “qa-
lıq”lardan böyük dəqiqliklə dairəvi hərəkət edən planetlər
meydana gəlib(!)
Halbuki Quranda deyilir:
“Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə
bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir
göydə (öz hədəqəsində, öz dairəsində) üzər” (Yasin, 40).
86
Və bu partlayış, deməli, kor təsadüf Yer kürəsini yara-
dıb(!) O Yer kürəsi ki, Musa peyğəmbər
(Ona salam olsun!)
onu Fi-
rona belə təsvir etmişdi:
“O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş
(döşək etmiş), orada sizin üçün yollar salmış, göydən yağ-
mur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cüt-
lər yetişdirmişik.
(Onlardan nuşcanlıqla) yeyin, həm də heyvanlarınızı ota-
rın. Həqiqətən, bunda (gördüyümüz bu işlərdə) ağıl sahib-
ləri üçün (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əla-
mətlər vardır!” (Taha, 53-54).
Nə partlayışdır bu? Kimdir onun baiskarı? Orbitindən
zərrə qədər sapmayan, dövrələrini vaxtında başa vuran qa-
laktikaların olduğu göy qübbəsini bu partlayış necə oldu ki,
yaratdı?
Bu həm elmə xəyanətdir, həm də insanları səmaları və
yeri yaradan Haqq Xaliqdən bixəbər buraxmaqdır...
Ağıllı insanlar başa düşürlər ki, müasir elm bu qəsdli və
nankor cahilləşdirmə təmayülündən xilas edilməlidir. Kimya,
fizika, biologiya kimi elm sahələrində dünyanın başlanğıcı ilə
bağlı “iks”ləri
∗
bir kənara atıb, ədəb-ərkan və xatircəmliklə
Böyük Yaradıcıdan danışmaq lazımdır.
Bunu hər şeydən qabaq müsəlmanlar etməlidirlər. İslam
missiyasının ilk işi də məhz bu olmalıdır. Fakt budur ki,
kəlam elmi bu yükü çəkəcək imkanlara sahibdir. Təbii ki,
∗
Yəni cavabsız sualları bir kənara atmaq lazımdır. “İks” (x) – cavabı
olmayan sualları, problemləri ifadə edir – tərcüməçinin qeydi.
87
bunun üçün kəlam elmi Quranın təlimlərinə əsaslanmalı, qə-
dim yunan fikrinin zir-zibilindən təmizlənməli, eyni za-
manda, cahil nadanların boyunduruğundan xilas olmalıdır. O
nadanların ki, Quranın zahiri ilə kifayətlənir, Allah haqqın-
da Kitab əhlinin xurafatçıları kimi danışırlar. Kitab əhli də if-
rat sadəlövhlük üzündən, az qalmışdılar ki, Allahı əşyaya bən-
zətsinlər...
Dostları ilə paylaş: |