88
Din və bilik
Güman olunurdu ki, vəhylə şərəflənmiş ölkələr digər öl-
kələrlə müqayisədə tərəqqiyə daha yaxındır, stabilliyə daha
meyllidir; belə ölkələr üçün yol açıqdır, maneələr yox də-
rəcəsindədir və onlar gediləcək yolu işıqlandıracaq, təhlükə-
ləri dəf edəcək gücə sahibdirlər.
Amma keçmişə və bugünə dair müşahidələr bunun əksini
söyləyir. Məlum olur ki, müsəlman kütlələr iki səbəbə görə
dinin bərəkətindən məhrum qalıb: ya qəlbimiz “azıb”, ya da
ağıllı-başlı düşünməmişik. Bəzilərimizin isə həm qəlbi azıb,
həm də düşüncələri qısırlaşıb.
Qurani-Kərimi diqqətlə oxuyanlar görəcəklər ki, əvvəlki
Kitab əhli haqqında çox söz açılır. Nə üçün? Ona görə ki,
sonuncu risalətin daşıyıcıları (müsəlmanlar) daşqəlblilikdən,
kəmağıllıqdan uzaq dursunlar, sağlam və şüurlu düşünsün-
lər.
Nə olardı, sonuncu vəhyin şüaları ilə bu həqiqətləri görə
bilərdik. Ağıl hər dəfə yanlışlığa düşdükdə, qəlb hər dəfə nəf-
sin şıltaqlıqlarına qulaq asdıqda imanın təsiri azalır. Daha açıq
desək, düzgün insanlar azaldıqca, duyğular daşlaşdıqca, insa-
nın ən ali dəyərləri: düşüncəsi və vicdanı donuqlaşdıqca din
cəmiyyətdə, qəlblərdə özünə yer edə bilmir. Professor Əb-
dülmün`im Xəllafın “İnsana inanıram” adlı kitabı bu cür
problemlərdən bəhs edən mühüm mənbədir.
89
Səthi və dayaz yanaşma nəticəsində din formal ayinlərdən,
nəğmələrdən ibarət təsisat halına gəlir.
Tamah və nəfsi istəyə tabe fərasət sahibləri isə dinə qə-
nimət toplayan, şəxsi maraqlara xidmət edən vasitə olaraq
baxırlar.
Sokrat bu sözləri söyləyərkən səhv etmişdi: “Fəzilət – bi-
likdir”.
Şəhvətlərinin əsiri olmuş insanların nəzərində biliyin bir
dəyəri vardırmı?
“(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın
bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir ola-
cağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini
möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?
Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşü-
nüb ibrət almırsınız?” (əl-Casiyə, 23).
Deməli, təkcə bilikli olmaq kifayət deyildir. Həmçinin, saf
niyyət və ixlas
∗
tələb olunur.
Erkən dövr alimlərimizə görə, nicat tapmaq iki şeylə
mümkündür:
a) fiqh;
b) qərəzsizlik.
Fiqh – hökmə dair doğru bilikdir. Qərəzsizlik isə bir işdə
şəxsi istəklərdən, niyyətlərdən uzaq olmaqdır, həmin şeyi sırf
Allah üçün görməkdir. Məlumdur ki, hər ikisinə sahib olmaq
ağır zəhmət tələb edir.
∗
Allahın razılığını məqsəd güdmə; səmimiyyət – tərcüməçinin qeydi.
90
Xaricilər
∗
ixlaslı idilərmi? Çoxları hesab edir ki, onlar saf
niyyətli olsalar da, ağıldanyüngül idilər, uzaqgörən deyildi-
lər.
Düşünürəm ki, onların ağıllı insanlara, bilik sahiblərinə qu-
laq asmamaqları inadkarlığın bir formasıdır. Məhz bu inad-
karlıq onlardakı ixlasın üstündən xətt çəkir, etdiklərini mö-
təbər ictihad dairəsindən çıxarır.
Bilik o halda fəzilətli sayılır ki, Allahı razı salsın, xeyir
işləyib haqqa kömək etsin, batili puça çıxarsın, xeyri xeyir,
şəri də şər olaraq göstərsin. İslam dünyası bu cür biliyə sahib
kişilərə möhtacdır!
İslam coğrafiyasının müxtəlif yerlərindəki dindar mühit-
lərə naqislik və donuqluq (ətalət) xasdır. Xəstə xarakter mü-
səlmanları hərəkət etməyə qoymur, onları yerə qısır. Belə din-
dar mühitlərə aydınlığın, işığın, parlaqlıq və sərbəstliyin əks
olunduğu Quran “mühit”i yaddır.
Quran bizə həm rəbbimizlə, həm də insanlarla əlaqələ-
rimizi başa salıb. Öyrəndik ki, Allah təkdir, bütün məxluqat
Ona tabedir və ölümə (məhv olmağa) məhkumdur. Biz bu
dünyada ömür sürdükdən sonra mütləq Ona qayıdacağıq.
∗
Xaricilər (ərəb. xəvaric): VII əsrin 50-ci illərində meydana gəlmiş
dini-ideoloji qrup. Həzrəti Əli ilə Müaviyə arasındakı çəkişmələr zəmi-
nində meydana çıxmış, hökmün yalnız Allaha aidliyi təlimini ifrat for-
mada tətbiq etməyə çalışan xaricilər xəlifənin “hakim” tərəfindən təyin
edilməsini küfr sayırdılar. Öz ideyaları ilə razılaşmayan bir çox müsəl-
manı, o cümlədən Həzrəti Əlini qətlə yetirmişdilər. Xaricilər Müaviyə-
nin hakimiyyəti dövründə məğlub edildilər – tərcüməçinin qeydi.
91
Dünyada necə yaşamışıqsa, axirətdə də o cür hesaba çəki-
ləcəyik.
Bəli, Quran bütün bunları əvvəlki fəlsəfi təlimlərdə və
dinlərdə müşahidə edilməyəcək qədər aşkarlıqla bizə başa
salıb.
Aristotelin təsvir etdiyi tanrı bayğın tanrıdır, kimin nə
edib, nə qayırmağından xəbəri yoxdur. Amerikalı filosof U.
Dürantın (1885-1981) təbirincə, bu tanrı İngiltərə kraliçasını
xatırladır: kraliça taxtda otursa da, hökmdar titulunu daşı-
sa da, heç bir səlahiyyətə sahib deyildir!
Bəlkə də, dünya həmin tanrıdan kimyəvi reaksiyalar yolu
ilə meydana gəlmişdir! Doğrudan da, bu, nüfuzu və əhəmiy-
yəti olmayan tanrılıq anlayışıdır!
Üçlü tanrı
∗
məfhumu da Aristotelin tanrı anlayışından az
əcaib deyil! Bir dağı bir şüşəyə yerləşdirmək üçlü tanrı die-
yasını beyinlərə yerləşdirməkdən daha asandır! Habelə, İlk
Günah və Fədakarlıq
∗∗
anlayışları da uydurmadan başqa bir
şey deyildir!
Bu səbəbdən elm dindən ayrılmış, hərəsi bir istiqaməti
tutub getmişdir. Şair də yaxşı deyib:
O, Şərqə üz tutdu, mən isə qərbə doğru getdim
Şərq və Qərb arasındakı fərq necə də böyükdür!
∗
Üçlü tanrı (və ya: üç üqnüm, troitsa): xristian dininə görə üç
sifətdə (ipostasda) birləşmiş tanrı – tərcüməçinin qeydi.
∗∗
Fədakarlıq: xristian inancına görə İsa peyğəmbərin bütün bəşəriy-
yətin günahları üçün özünü qurban verməsi – tərcüməçinin qeydi.
Dostları ilə paylaş: |