72
raqları gözləyənlər – məhz onlar rəhbərliyə layiqdirlər. Xalqa
zor gücünə liderlik etmək, müstəbidlik göstərmək heç kəsin
haqqı deyildir.
5. Şura (məşvərət, məsləhətləşmə) hakimiyyətin əsasıdır.
Hər bir millət şura sistemini tətbiqdə özünə münasib va-
sitələr müəyyənləşdirmək haqqına sahibdir. Həmin vasitə-
lərin müəyyən edilməsində Allahın razılığını əsas götürmək,
riyakarlıq, saxtakarlıq və dünya sevgisindən uzaq durmaq la-
zımdır.
6. Özəl mülkiyyət islamın müəyyənləşdirdiyi şərtlər və
hüquqlarla qorunur. Ümmət vahid sistemdir: nə bir fərdə
etinasızlıq göstərilməli, nə də bir qrup özünü yekəxana
aparmalıdır. Qardaşlıq – camaatı (kollektivi) fərd-fərd tən-
zimləyən qanundur. Camaatın maddi və mənəvi problemləri
bu qanun çərçivəsində tənzimlənməlidir.
7. Müsəlman dövlətləri islama dəvət işinin aparılmasında,
barəsində yaranmış iftiraların dəf edilməsində, dünyanın ha-
rasında olursa-olsun dəvətçilərə edilən təzyiq və əngəllərin
aradan qaldırılmasında cavabdehlik daşıyırlar. Bu dövlətlər
xilafətin layiqli formada bərpası üçün ciddi səy göstərməli-
dirlər.
8. Müxtəlif dinlərə mənsubluq çəkişmə və ədavətə səbəb
olmamalıdır. İnsanlar hərbi təcavüzə və zülmə məruz qaldıq-
ları zaman müharibələr baş verir.
9. Müsəlmanların digər dünya ölkələri ilə (beynəlxalq ic-
timaiyyətlə) münasibətləri bəşəri qardaşlıq prinsipi ilə tən-
zimlənməlidir. Onlar insanları islama dəlil-sübutla, qənaət-
73
bəxş metodlarla çağırmalıdırlar; Allahın bəndələrinə yamanlıq
etməyi ürəklərindən belə keçirməməlidirlər.
10. Müsəlmanlar bəşəriyyətin maddi və mənəvi tərəqqisi-
ni təmin edən hər bir məsələdə qeyri-müsəlman millətlərlə
əməkdaşlıq etməlidirlər. Əslində, bunu həm Məhəmməd pey-
ğəmbərə
(Ona Allahın xeyir-duası və salamı olsun!)
digər peyğəmbərlərdən
miras qalmış dəyərlər, həm də müsəlman fitrəti zəruri edir
1
.
XX əsrin mücəddidi
∗
, şəhid Həsən əl-Bənnanın “İyirmi
Təlim”inə əlavə etmək istədiyim On Prinsip bunlardır. İstə-
yən qəbul edər, istəyən də etməz.
Son istəyim budur: “Bizi əfv edib bağışla, bizə rəhm et!
Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qə-
ləbə çalmaqda bizə kömək et!”
2
1
Bax: Məhəmməd əl-Qəzali. Mədəni birlik konstitusiyası, səh. 220-221.
∗
Yenilikçi, novator.
2
“əl-Bəqərə” surəsi, 286-cı ayə.
74
Başqalarını tanımadıq,
əğyardan bixəbər qaldıq!
Uzun müddət ağrısını çəkdiyimiz tarixi səhvlərdən biri də
başqalarını tanıyıb öyrənməməyimizdir, barələrində məlumat
sahibi olmamağımızdır. Bəli, onları: mədəniyyətlərini, tarix-
lərini, mövcud vəziyyətlərini araşdırmadıq, fil qulağında yat-
dıq! Unutduq ki, bu özgələr qəzəbli yağı, səksəkəli düşmən
ola bilərlər...
Mədəni “bina”mızı darmadağın etmiş hücumların əksəriy-
yəti qəfildən baş verən zəlzələni xatırladır: nə vaxtı bilinər, nə
də hazırlığı görülər!
Paytaxtlarımız süqut etdi, islam coğrafiyasından neçə-neçə
dövlətimiz silinib tarix oldu. Müsəlmanlar isə, şairin də de-
diyi kimi, ilk gecə qəflətindədirlər:
Ey axşam çağı sevincək yatağa girmiş gecələri yatan,
Ayıl və bil ki, hadisələr sübhün qapısını çoxdan döyüb!
Əndəlüs itirildi. Bu gün isə Asiyada, Afrika və Avropada
itiririk...
Özümüzdən qeyrilərini əsla araşdırıb öyrənmədik! Onlar
isə bir an belə olsun yatmadılar: qəzəb və hikkə “qazan”ları-
nın altı əsla sönmədi; bizə hücum etmək, dinimizin dayaq-
larını laxlatmaq üçün hey düşündülər, baş sındırdılar!
75
Bu ayə üzərində heç düşündükmü:
“(Ey möminlər!) Onlar əgər bacarsalar, sizi dininizdən
döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər”
(əl-Bəqərə, 217).
Bəlkə də, bu ilahi xəbərdarlığı unutmuşuq. Ancaq böyük
tarixi hadisələri yaddaşlardan silmək mümkündürmü? O ha-
disələri ki, bir-birini hey əvəz etmiş, bizə özü ilə ağrı-acılar
gətirmişdir. Bugün də həmin hadisələr təkrarlanır və xəbər-
darlıq edir ki, vəziyyətimiz ürəkaçan deyildir.
Biz davamlı inkişaf edən dünyanın bir parçasıyıq. İndiki
dövrdə dünyanın tərəqqi addımları iri sıçrayışlarla əvəzlənib.
Düşmənlərimiz islama olan dərin nifrətlərini, onun axırına
çıxmaq istədiklərini açıqca bəyan edirlər.
Nə vaxtadək ətrafımızda olanlardan bixəbər qalacağıq? Biz
belə bir xətaya görə peşman olmalı, onu təkrarlamaqdan
ehtiyat etməliyik.
Düşünürəm ki, iki istiqamətdə fəaliyyət göstərən mexa-
nizm yaradılmalıdır. Belə bir mexanizm imkan verəcəkdir
ki, başqaları kimi biz də bacarıqlı və ayıq olaq.
Birinci fəaliyyət
istiqaməti aşağıdakıları ehtiva edir:
a) Kiminlə danışdığımızı və nə söyləyəcəyimizi bilmək
üçün bizdən qeyrilərinin mədəni dünyagörüşünü, mədəni sə-
viyyələrini araşdırmaq;
b) Dünyaya hakim olanların mədəni, iqtisadi və istehsal
səviyyəsinə yüksəlmək. Geridə qalmış bir xalqın islamı təmsil
etməsi gülməli alınır: başqaları ona çəp-çəp baxırlar. O isə
sahib olduğu haqqa maddi və elmi “özül”lərlə dayaq verə bil-
mir;
Dostları ilə paylaş: |