P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

Simvola vurğu əlavə etmək
Simvola vurub saxlayın və vurğulu simvolu seçin.
Simvolu silmək
Geri boşluq düyməsinə vurun.
Yazı dilləri arasında dəyişiklik etmək
Dil düyməsinə basıb saxlayın, istədiyiniz dili seçin. Dil düyməsi yalnız birdən artıq dil seçildiyi halda
göstərilir.
Kursoru hərəkət etdirmək
Kursoru görənə kimi mətnə vurub saxlayın. Barmağınızı qaldırmadan kursoru istədiyiniz yerə aparın.
Klaviatura söz təkliflərindən istifadə
Sürətlə və düzgün yazmanız üçün telefonunuz siz yazdıqca sözlər təklif edir. Söz təklifləri bir neçə
dildə mövcuddur.
Siz sözü yazmağa başladıqda, telefon mümkün sözləri təklif edir. İstədiyiniz söz təklif zolağında
göründükdə onu seçin. Digər təklifləri görmək üçün sola sürüşdürün.
İşarə:Təklif edilən söz qalın şriftlə yazılarsa, telefon avtomatik olaraq yazdığınız sözü əvəz
etmək üçün ondan istifadə edir. Söz səhvdirsə, orijinal sözü və bir neçə digər təklifləri görmək
üçün ona vurun.
Sözü düzəltmək
Sözü səhv yazdığınızı müşahidə etsəniz, sözü düzəltmək üçün təklifləri görmək üçün ona vurun.
Lüğətə yeni söz əlavə etmək
İstədiyiniz söz lüğətdə yoxdursa, sözü yazın, ona vurun və təklif zolağında plyus (+) işarəsinə vurun.
Yeni sözləri bir neçə dəfə yazdıqdan sonra telefonunuz da onları öyrənir.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
38


Söz təkliflərini söndürmək
Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > Klaviatura vurun. Dil klaviaturasına vurun və
Mətn təklif et qeyd xanasının qeydini silin.
Yazı dillərini əlavə etmək
Siz klaviaturanızda bir neçə yazı dili əlavə edə və yazı zamanı dilləri dəyişə bilərsiniz.
1.   Parametrlər > Klaviatura > Klaviaturaları əlavə et vurun.
2. İstifadə etmək istədiyiniz dilləri seçin.
İşarə:Quraşdırılmış klaviaturanı silmək üçün istifadə etmək istədiyiniz dilə vurub Sil vurun.
Yazıda dillər arasında dəyişiklik etmək
İstədiyiniz dil göstərilənə qədər dil düyməsinə təkrar olaraq vurun. Klaviatura düzümü və sözlərin
təklifi seçilmiş dilə görə dəyişir. Dil düyməsi yalnız birdən artıq yazı dili seçildiyi halda göstərilir.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
39


Kodları və ya mətni skan edin
QR kodları, barkodları, kitab və DVD örtükləri kimi şeyləri skan etmək üçün telefonunuzun
kamerasından istifadə edin və telefonunuz tanıdığı haqqında daha ətraflı məlumat əldə edin.
 basın və   vurun.
1. Kameranı koda tuşlayın.
2. Ətraflı məlumat üçün nəticəyə vurun.
İşarə:Kameranı sabit tutun və skanlamanın kameranın vizirində tamamilə göründüyünü yoxlayın.
Nümunə: Aşağıdakı kodu skanlamağa çalışın və nə baş verdiyinə baxın.
Tərcümə etmək və ya vebdə mətn axtarmaq
Kameranı mətnə tuşlayın, Mətni skanla və arzu etdiyiniz sözlərə vurun və Tərcümə et yaxud Axtar
vurun.
Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənməyə bilər.
Saat
Vaxtdan xəbərdar olun – telefonunuzdan saat kimi, eləcə də zəngli saat kimi istifadə etməyi öyrənin.
Zəngli saatı qurmaq
Telefonunuzdan zəngli saat kimi də istifadə edə bilərsiniz.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
40


1. Bașlama ekranında sola sürüșdürün və   Siqnallar vurun.
2. Vurun:  .
3. Zəngli saatın təfərrüatlarını doldurun, vaxtı qurun və   vurun.
Zəngli saatın çalması üçün telefonunuz yanılı olmalı və onun səs səviyyəsi kifayət qədər yüksək
olmalıdır.
İşarə:Siqnallar proqramını başlama ekranına daxil etmisinizsə, növbəti aktiv zəngli saatın vaxtını
dərhal görə bilərsiniz. Lövhəcik ən azı orta ölçülü olmalıdır.
Zəngli saatı söndürmək
Zəngli saatı Qeyri-aktiv 
 parametrinə keçirin.
Zəngli saatı silmək
Zəngli saata vurub   vurun.
Zəngli saatı gözlətmək
Hələ durmaq istəmirsiniz? Zəngli saat çaldıqda, onu gözlədə bilərsiniz.
Zəngli saat səsləndikdə, Mürgülə vurun.
Vaxtı və tarixi avtomatik yeniləmək
Siz telefonunuzun vaxtı, tarixi və saat qurşağının avtomatik yeniləməsini qura bilərsiniz. Avtomatik
yeniləmə şəbəkə xidmətidir və regionunuzdan və ya şəbəkə xidməti təminatçınızdan asılı olaraq
mümkün olmaya bilər.
Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > Tarix+vaxt vurun.
Avtomatik qur seçimini Aktiv 
 kimi dəyişin.
Vaxtı və tarixi mexaniki yeniləmək
Avtomatik qur seçimini Qeyri-aktiv 
 olaraq təyin edərək tarix və vaxtı redaktə edin.
Xaricə səyahət zamanı saat qurşağını mexaniki yeniləmək
Avtomatik qur seçimini Qeyri-aktiv 
 olaraq seçin və Saat qurşağı və yerə vurun.
SkyDrive
Fayllarınızı buludlarda saxlayın. Sevimli və ya yeni proqramlarınız üçün yaddaşı boşaltmaq haqqında
narahat olmaya bilərsiniz.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
41


SkyDrive sizin bütün sənədlər və şəkilləriniz üçün saxlayıcıdır, buna görə də siz lazəm gələrsə, onlara
daxil ola, paylaşa və ya yenidən saxlaya bilərsiniz. Siz həmçinin məzmununuzun avtomatik olaraq
ehtiyat nüsxəsinin çıxarılmasını təyin edə bilərsiniz, beləliklə, şəkil və ya video çəkdikdə, o, avtomatik
olaraq buluddakı alboma köçürülür.
SkyDrive ilə siz şəkillərinizə, sənədlərinizə və telefon, planşet və ya kompüterdəki digər məzmuna
daxil ola bilərsiniz. Proqramdan asılı olaraq siz həmçinin sənəd üzərində işləməyə qaldığınız yerdən
davam edə bilərsiniz.
SkyDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Siz şəkillərinizi SkyDrive-da Şəkillər
mərkəzində saxlaya və ya ofis sənədlərinizi Office mərkəzindən idarə edə bilərsiniz.
İşarə:Telefonunuzdan istifadə edərək buludda fayllarınızı asanlıqla idarə etmək üçün SkyDrive
proqramını Mağaza-dan yükləyin.
Şəkilləri və digər məzmunu SkyDrive-da saxlamaq
Telefon, planşet və ya kompüterdən asanlıqla daxil olmaq üçün telefonda olan faylları SkyDrive-a
yükləyə bilərsiniz.
SkyDrive-a qoşulmaq üçün sizə Microsoft hesabı lazımdır.
1. Şəkillər vurub şəkli və ya videonu seçin.
2. Vurun: 
 > SkyDrive-da saxla.
3. Şəklə istədiyiniz adı daxil edin və   və ya   vurun.
İşarə:Telefonunuzu şəkil və ya videoları avtomatik SkyDrive-a yükləməyə təyin etmək üçün
başlama ekranında sola sürüşdürün və   Parametrlər vurun. Proqramlar seçiminə vurub
Şəkillər+kamera > SkyDrive seçin.
Office sənədini SkyDrive-da saxlamaq
 Office vurun, Yerlər üzərinə sürüșdürün və Telefon vurun. Sonra saxlamaq istədiyiniz fayla vurub
saxlayın və Saxla... > SkyDrive vurun.
İşarə:Siz həmçinin sənəd üzərində işləyərkən onu SkyDrive-da saxlaya bilərsiniz. 
 > Fərqli
saxla... vurun və Saxla parametrini SkyDrive təyin edin. Saxla məkanını dəyişsəniz, o, bütün
fayllar üçün susmaya görə bütün yerləri dəyişir.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
42


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə