P6081 veb və idug məzmun xəritəsi


Proqram haqqında fikir bildirmək



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

Proqram haqqında fikir bildirmək
Proqram haqqında fikirlərinizi digər Mağaza istifadəçiləri ilə paylaşmaq istəyirsiniz? Proqram qiymət
verin və fikrinizi bildirin. Siz yüklədiyiniz hər proqram haqqında bir dəfə fikir bildirə bilərsiniz.
1. Başlanğıc ekranında sola sürüşdürün, proqram vurub saxlayaraq Qiymət və baxış vurun.
2. Proqram qiymət verin və öz fikrinizi yazın.
İşarə:Siz digər elementlərə də eyni üsulla qiymət verə və onlar haqqında fikrinizi bildirə bilərsiniz.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
46


Əlaqələr və mesajlaşma
Telefonunuzdan istifadə etməklə dostlarınız və ailənizlə əlaqə saxlayın və fotoşəkillər kimi faylları
paylaşın. Hətta yolda olduqda belə sosial şəbəkə xidmətləri üzrə yeniləmələri əldə edin.
Zənglər
Yeni telefonunuzdan zəng etmək və dostlarınızla danışmaq istəyirsiniz? Oxumağa davam edin və necə
etməyi öyrənəcəksiniz.
Kontaka zəng etmək
Dostlarınızı telefonunuzda əlaqə kimi saxlamısınızsa, onlara zəng etmək asanlaşır.
1.   >   vurun.
2. Kontakra və nömrəyə vurun.
İşarə:Dostunuzun səsi çox uca və ya sakitdir? Səs səviyyəsini dəyişmək üçün səs səviyyəsinin
düymələrinə basın.
Digərlərinin söhbəti eşitməsini istəyirsiniz? Vurun: Səsucaldan.
Telefon nömrəsinə zəng etmək
 >  , telefon nömrəsini yazın və Zəng et vurun.
Beynəlxalq zənglər üçün istifadə edilən + işarəsini daxil etmək üçün 0 vurub saxlayın.
Telefon nömrəsini köçürmək və əlavə etmək
Telefon nömrəsinə vurub saxlayın, Köçür vurun və mətn xanasında   vurun.
Zəng tarixçəsinə baxmaq
Vurun:  .
Zəng qeydini silmək üçün ona vurub saxlayın və Elementi sil vurun. Bütün zəng qeydlərini silmək üçün
 > Hamısını sil vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
47


Zəng qeydini axtarmaq üçün   >   vurun və əlaqənin adını və ya telefon nömrəsini yazın.
Zəng etmək üçün səsdən istifadə
Zəng etmək üçün səsinizdən istifadə edə bilərsiniz.
1.   düyməsini basıb saxlayın.
2. Call və əlaqə şəxsinin adını deyin.
Ləğv etmək üçün   düyməsini basın.
İşarə:Həmçinin Bluetooth qulaqlığı ilə səs ilə nömrə yığa bilərsiniz.
Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənməyə bilər.
Daxil olan zəngi səssiz etmək
Telefonunuz məşğul olduğunuz vaxt zəng çalarsa, onu səssiz edə bilərsiniz.
Telefonunuzun üzünü aşağı çevirərək səssiz etmək istəyirsinizsə, Sürüşdürmə ilə susdur xüsusiyyəti
aktiv olmalıdır.   Parametrlər > Audio vurun, lazımdırsa, sola sürüșdürün və Sürüşdürmə ilə
susdur seçimini Aktiv 
 edin.
Zəng daxil olarkən səs səviyyəsi düyməsini basın və ya telefonun üzünü aşağı çevirin.
İşarə:Telefonunuzu tez səssiz etmək istəyirsiniz? Kilid düyməsinə basın.
Zəng edilmiş son nömrəni yığmaq
Dostunuza nəisə haqqında deməyi unutmusunuz? Ona yenidən zəng edin. Zəng tarixçəsi
görünüşündə zəng etdiyiniz və qəbul etdiyiniz nömrələr haqqında məlumatı görə bilərsiniz.
1. Başlanğıc ekranında   vurun.
2. Adın və ya telefon nömrəsinin yanında olan   nişanına vurun.
Konfrans zəngi etmək
Telefonunuz iki və ya bir neçə nəfər arasında konfrans zənglərini dəstəkləyir. İştirakçıların maksimum
sayı şəbəkə xidməti təminatçınızdan asılı ola bilər.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
48


1. Əvvəlcə birinci şəxsə zəng edin.
2. Başqa birinə zəng etmək üçün   basın və normal qaydada zəng edin.
3. Yeni zəngə cavab verdikdə   vurun.
Zəngə başqa birini əlavə etmək
 vurub başqa birinə zəng edib   vurun.
Şəxsi söhbət etmək
 və şəxsin adını və telefon nömrəsini daxil edin. Konfrans zəngi telefonunuzda gözləmə rejiminə
keçir. Digər şəxslər konfrans zənginə davam edir.
Konfrans zənginə geri qayıtmaq üçün   vurun.
Zəngləri başqa telefona yönəltmək
Telefona həmişə cavab verə bilmirsiniz, lakin daxil olan zəngləri də cavabsız qoymaq istəmirsiniz?
Onları başqa bir telefon nömrəsinə yönəldə bilərsiniz.
Bu xidməti əldə etmək üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlamaq lazım ola bilər.
1. Proqram təminatı versiyasından asılı olaraq   > 
 > Parametrlər və ya   Parametrlər > şəbəkə
+vurun.
2. Zəngin yönəldilməsi keçin Aktiv 
.
3. Zəngləri yönəlt xanasına telefon nömrəsini daxil edin və Saxla vurun.
İşarə:  tərəfindən göstərilən zəng yönəltməsindən istifadə edildiyini yoxlamaq üçün ekranın
yuxarısına vurun.
Zəngləri səsli poçtunuza yönəltmək
Zəngləri digər telefon nömrəsinə yönəltməkdən başqa, həmin zəngləri həmçinin səsli poçtunuza
yönəltmək və onlara sonradan dinləmək olar.
Bu xidməti əldə etmək üçün xidmət təminatçınız ilə əlaqə saxlamaq lazım ola bilər.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
49


1. Proqram təminatı versiyasından asılı olaraq   > 
 > Parametrlər və ya   Parametrlər > şəbəkə
+vurun.
2. Birinci dəfə standart səsli poçt nömrənizi Səsli poçt nömrəsi xanasına daxil edin.
Standart səsli poçt nömrəsini əldə etmək üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
3. Lazım gələrsə, Susmaya görə səsli poçt nömrəsindən istifadə edin parametrini Aktiv 
 olaraq
dəyişin.
4. Zəngin yönəldilməsi parametrini Aktiv 
 kimi dəyişin və səsli poçt nömrənizi Zəngləri yönəlt
xanasına daxil edin.
Səsli poçt nömrənizi redaktə etmək
 > 
 > Parametrlər vurun, Susmaya görə səsli poçt nömrəsindən istifadə edin Qeyri-aktiv 
kimi dəyişin və səsli poçt nömrənizi redaktə edin.
Zəngləri yönəlt xanasında eyni səsli poçt nömrəsindən istifadə edin.
Zəng gözlətməsindən istifadə
Artıq telefonla danışarkən başqa bir zəng daxil olur? Zəng gözlətməsi zənglərdən birinə cavab
verməyə və ya gözləməyə qoymağa imkan verir.
 Parametrlər > şəbəkə+ vurun və Zəng gözləməsi seçimini Aktiv 
 təyin edin.
1. Birinci zəngi gözlətmək və yeni zəngə cavab vermək üçün Cavab ver vurun.
2. Birinci zəngi bitirmək və yeni zəngə cavab vermək üçün Zəngi bitir+cavab ver vurun.
3. Yeni zəngi rədd etmək üçün nəzərə alma vurun.
Zəngin birini gözlətmək və digərini etmək
GözlətZəng əlavə et vurun və istədiyiniz şəxslərə zəng edin.
Zənglər arasında keçid
Ekranın yuxarısında Dəyişdirmək üçün vur vurun.
Zəngləri etmək və ya məlumatları göndərmək üçün Skype-dan istifadə edin
Siz Skype-dan Skype-a zənglərini etmək üçüni telefonunuzdan istifadə edə bilərsiniz və ya Skype-dan
Skype-a ani məlumatları göndərə bilərsiniz. Skype-ın qlobal qiymətləri ilə siz yerüstü rabitə xətlərinə
və ya digər mobil telefonlara zəng edə bilərsiniz. Həmçinin video zənglər və yolda olarkən də kredit
karınız ilə ödəmə edə və ya ən yaxşı tariflər üçün aylıq abunə ola bilərsiniz.
Skype proqramının ən son versiyasını telefonunuza yükləmək üçün bu QR kodundan istifadə edin. 
basın və   vurun. Kameranı koda tuşlayın və keçidə vurun.
Daha ətraflı məlumat üçün https://support.skype.com/en/category/
SKYPE_FOR_WINDOWS_PHONE-da Windows Phone üçün Skype dəstək saytında istifadəçi
sənədlərini oxuyun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
50


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə