P6081 veb və idug məzmun xəritəsi


 Şəklə istədiyiniz adı daxil edin və   vurun. Mesajlar



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

5. Şəklə istədiyiniz adı daxil edin və   vurun.
Mesajlar
Dostlarınızla əlaqədə qalın, onlara mətn və ya multimedia mesajları göndərin və ya söhbət etməyə
başlayın.
Siz mesajları birbaşa olaraq başlama ekranında aça bilərsiniz. Vurun:   Mesajlaşma.
Siz müxtəlif mesaj növləri göndərə və ala bilərsiniz:
• Mətn mesajları
• Qoşmaların, məsələn, şəkillərin olduğu multimedia mesajları
• Söhbət mesajları
Siz və müəyyən əlaqə arasında mesajlar söhbət şəklində təşkil olunur.
Əlaqə ilə bağlantı yaratmaq istədikdə telefonunuz ən yaxşı üsulu seçməkdə sizə yardımçı ola bilər.
Əlaqəniz söhbət xidmətinə daxil olubsa, onunla söhbət etməyə başlaya bilərsiniz. Əks təqdirdə, mətn
mesajı da göndərə bilərsiniz.
Məsələn, ailə və ya iş yoldaşlarınızdan ibarət əlaqə qruplarınız varsa, siz qrupa mesaj göndərə
bilərsiniz.
Mesajlaşma parametrlərində telefonunuzun SkyDrive-da mesajların nüsxəsini çıxartmasını qura
bilərsiniz. Yeni Windows Phone cihazı əldə etsəniz, quraşdırma zamanı mesajlarınızı yeni telefonunuza
yükləyə bilərsiniz.
Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha
çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və
digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj
çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.
Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük
həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
57


Mesaj göndərmək
Mətn və multimedia mesajları ilə dostlarınız və ailənizlə dərhal əlaqə yarada bilərsiniz.
Mesaj yazmağa başlasanız və onu göndərməmiş başqa bir proqrama keçsəniz, Mesajlaşma qayıtdıqda
mesajı yazmağa davam edə bilərsiniz. Vurun: 
 > Qaralamalar. Qaralama mesajı göndərildikdə
silinir.
1. Vurun:   Mesajlaşma.
2. Vurun:  .
3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün   vurun və ya adı yazmağa başlayın. Siz həmçinin
telefon nömrəsini yaza bilərsiniz.
İşarə:Bir neçə qəbuledən əlavə etmək üçün   >  , istədiyiniz qəbuledənlərə və   vurun.
4. Mesaj xanasına vurun və mesajınızı yazın.
İşarə:Emosiya işarəsi əlavə etmək üçün   vurun.
5. Qoşma əlavə etmək üçün   və fayla vurun.
İşarə:Siz həmçinin mesaj yazarkən yeni şəkil çəkə bilərsiniz. Şəkil >   vurun, şəkil çəkin və Qəbul
et vurun.
Multimedia mesaja daxil etdiyiniz element şəbəkə üçün çox böyük olarsa, cihaz avtomatik olaraq
həcmi azalda bilər.
6. Mesajı göndərmək üçün   vurun.
Yalnız müvafiq cihazlar multimedia mesajları qəbul edə və ekranda nümayiş edə bilər. Mesajlar
müxtəlif cihazlarda fərqli görünə bilər.
Mesajı oxumaq
Siz mesaj aldığınızı başlanğıc ekranında görə bilərsiniz.
Siz mesajlara söhbət lenti şəklində baxa bilərsiniz. Lentə mətn mesajları, multimedia mesajları və
söhbət daxil ola bilər.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
58


1. Vurun:   Mesajlaşma.
2. Mesajı oxumaq üçün söhbətə vurun.
Qoşmanı saxlamaq
Qoşmaya, məsələn, şəklə vurub sonra 
 > Telefonda saxla vurun.
Söhbəti silmək
Axınlarda   vurub silmək istədiyiniz söhbətə və   vurun.
Telefonda olan bütün mesajları silmək
 > 
 > Hamısını seç vurub   vurun.
Mesaja cavab yazmaq
Dostlarınızı gözlətməyin – mesaja dərhal cavab verin.
1. Vurun:   Mesajlaşma.
2. Axınlarda mesajın olduğu söhbətə vurun.
3. Mesaj xanasına vurun və mesajınızı yazın.
İşarə:Telefonunuzda bir əlaqə üçün bir neçə telefon nömrəsi varsa, cavabınızı başqa bir nömrəyə
göndərə bilərsiniz. Başqa bir telefon nömrəsi seçmək üçün   vurun.
4. Vurun:  .
Mesajı yönəltmək
Mesaja vurub saxlayın və Yönəlt seçiminə vurun.
Mesajı yönəltməzdən əvvəl mətni redaktə edə, qoşma əlavə edə və ya onu silə bilərsiniz.
Qrupa mesaj göndərmək
Bir qrup şəxsə mesaj göndərmək istəyirsiniz? Əlaqələr mərkəzində qrup yaradın və tək bir məktub və
ya e-poçtla onlarla əlaqə yarada bilərsiniz.
1. Vurun:   Əlaqələr.
2. Qrupa və Mətn və ya E-poçt göndər seçiminə vurun və mesajınızı yazaraq göndərin.
Mesajda məkanı göndərmək
Dostlarınızı qonaq dəvət etmisiniz, lakin onlar qaldığınız yeri tanımır? Onlara xəritədə olduğunuz yeri
göndərin.
Bu xüsusiyyət bəzi regionlar üçün mövcud olmaya bilər.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
59


Telefonunuz olduğunuz yerdən istifadə etməyi soruşa bilər. Bu xüsusiyyətdən istifadə etmək üçün
icazə verməlisiniz.
1. Mətn mesajı yazarkən   > Yerim vurun.
Qoşma ilə mesaj göndərmək normal mətn mesajı göndərməkdən daha baha ola bilər. Əlavə məlumat
üçün xidmət təminatçısı ilə əlaqə saxlayın.
2. Vurun:  .
Dostlarınız xəritədə yerinizi göstərən təsvirlə mesaj alacaqlar.
Audio mesajı göndərmək
Dostunuzun ad gününü mahnı ilə təbrik etmək istəyirsiniz? Mahnınızı audio mesaj kimi göndərin.
1. Mesajı yazarkən   > Səs yazısı vurun.
2. Mesajınızı qeyd edin və Hazırdır vurun.
3. Vurun:  .
Mesaj yazmaq üçün səsdən istifadə
Mesaj yazmaq üçün çox məşğulsunuz? Mətn mesajını səsinizlə yazın və göndərin.
Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün
www.windowsphone.com ünvanına daxil olun.
Bu xüsusiyyətdən istifadə etmək üçün İnternetə qoşulu olmalısınız.
1.   düyməsini basıb saxlayın.
2. Text və əlaqə şəxsinin adını deyin.
3. Mesajınızı deyin və söylənən təlimatlara əməl edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
60


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə