P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

Dostlarınızla söhbət
Dostlarınızla onlayn söhbət etməyi xoşlayırsınız? Harada olmağınızdan asılı olmayaraq
telefonunuzdan ani mesajlar göndərə bilərsiniz.
Söhbət etmək üçün Microsoft hesabı tələb olunur. Facebook hesabınızı Microsoft hesabınıza
qoşduqda Mesajlaşmada Facebook söhbətdən istifadə edə bilərsiniz. Əlavə məlumat üçün baxın:
www.windowsphone.com
Söhbət etməyə başlamazdan əvvəl söhbət xidmətini quraşdırın.   Mesajlaşma seçiminə vurun,
Onlayn seçin və ekranda görünən təlimatlara əməl edin.
Daxil olmamısınızsa, söhbət xidmətinə daxil olun.
1. Vurun:   Mesajlaşma.
2. Vurun:  .
3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün   vurun. Söhbət etməyə başlamaq üçün
dostunuzun söhbət hesabına vurun.
4. Mesaj xanasına vurun, mesajınızı yazın və   vurun.
E-poçt
Yolda olarkən e-poçtu oxumaq üçün telefonunuzdan istifadə edə bilərsiniz.
Başla ekranında vurun:  .
E-poçt göndərmək və almaq üçün İnternetə qoşulu olmalısınız.
Poçt qutusu əlavə etmək
İş və şəxsi poçt ünvanlarınız fərqlidir? Telefonunuza bir neçə poçt qutusu əlavə edə bilərsiniz.
Telefonunuzda poçt quraşdırmaq üçün İnternetə qoşulu olmalısınız.
Telefonu ilk dəfə işə saldıqda Microsoft hesabınıza daxil olmamısınızsa, bunu indi edə bilərsiniz.
Telefonunuza Microsoft hesabı əlavə etdiyinizdə, poçt hesabı avtomatik əlavə edilir.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
61


1. Başlanğıc ekranında   vurun.
2. Hesabın üzərinə vurub istifadəçi adı və parolunuzu yazın.
İşarə:İş poçtunuzu, əlaqələrinizi və təqviminizi Təkmil quraşdırma ilə telefonunuza əlavə edin.
İstifadəçi adı və parolunuzu yazın, Exchange ActiveSync üzərinə vurun və tələb olunan
təfərrüatları yığın.
3. Vurun: Daxil ol.
İşarə:Poçt hesabınızdan asılı olaraq siz telefonunuzla e-poçtlardan əlavə digər elementləri,
məsələn, əlaqələri və təqviminizi də sinxronlaşdıra bilərsiniz.
Telefonunuz poçt hesablarınızı tapmazsa, Təkmil quraşdırma onları tapa bilər. Bunun üçün siz poçt
hesabı növünüzü və daxil olan və çıxan poçt serverlərinin ünvanlarını bilməlisiniz. Bu məlumatı poçt
xidməti təminatçınızdan ala bilərsiniz.
Müxtəlif poçt hesablarını quraşdırmağa dair əlavə məlumat üçün www.windowsphone.com ünvanında
Qaydalar bölməsinə baxın.
Poçt qutusunu daha sonra əlavə etmək
Poçt qutunuzda 
 > E-poçt hesabı əlavə et və sonra hesaba vurun və daxil olun.
Poçt qutusunu silmək
Sola keçin və   Parametrlər > E-poçt+hesablar vurun. Poçt qutusuna vurub saxlayın və sonra Sil
seçiminə vurun.
Mübadilə ActiveSync
Siz kompüteriniz arxasında oturursunuz və ya telefonuzla gəzəndə əldə sizin iş poçtunuza,
əlaqələrinizə və təqviminizə malik olmağı istəyərdiniz? Siz telefonunuz və Microsoft Exchange serveri
aralarında vacib məzmunu sinxronlaşdıra bilərsiniz.
Yalnız əgər sizin şirkət Microsoft Exchange serverinə malikdirsə Exchange ActiveSync-i qurula bilər.
Bundan əlavə, sizin şirkətin IT administratoru sizin hesabınız üçün Microsoft Exchange ActiveSync-i
aktivləşdirməlidir.
Quraşdırmanı başlamadan əvvəl əmin olun ki, siz aşağıdakılara maliksiniz:
• Korporativ e-poçt ünvanı
• Sizin Exchange server adınız (sizin şirkət IT şöbənizə müraciət edin)
• Sizin şəbəkə domeyn adınız (sizin şirkət IT şöbənizə müraciət edin)
• Sizin ofis şəbəkənizin parolu
Exchange server konfiqurasiyasından asılı olaraq, sizdən quraşdırılma zamanı əlavə informasiya
yığmaq lazım ola bilər. Əgər düzgün məlumatı bilmirsinizsə sizin şirkət IT şöbənizə müraciət edin.
Quraşdırılma ərzində, siz müəyyən edə bilərsiniz ki, neçə müddətdən bir sizin telefonunuzu server ilə
məzmun sinxronlaşdırmaq istəyirsiniz.Hesab sinxronlaşdırılması quraşdırılanda yalnız məzmun
müəyyən edilir. Əlavə məzmunu sinxronlaşdırmaq üçün, Exchange ActiveSync hesab parametrlərini
dəyişdirin.
Exchange ActiveSync ilə kilid kodundan istifadə etmək üçün məcburi ola bilər.
Mail for Exchange istifadəsi Nokia cihazı ilə Microsoft Exchange Serveri arasında PIM məlumatın
havadan sinxronlaşması ilə məhdudlaşdırılıb.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
62


Başlanğıc ekranında e-poçtu açmaq
Canlı poçt xanaları ilə poçtu birbaşa olaraq başlanğıc ekranında aça bilərsiniz.
Xanalardan oxunmamış poçtların sayını və yeni poçt aldığınızı görə bilərsiniz.
Başlanğıc ekranına bir neçə poçt qutusu əlavə edə bilərsiniz. Məsələn, iş poçtu və şəxsi poçt üçün
ayrıca xana əlavə edin. Bir neçə poçt qutusunu vahid qutuda birləşdirmisinizsə, bütün hesablarınıza
aid e-poçtları bir xanada aça bilərsiniz.
Poçtu oxumaq üçün xanaya vurun.
Poçt göndərmək
E-poçtlarınızın yığılıb qalmasına imkan verməyin. Yolda olarkən e-poçtları oxumaq və cavab yazmaq
üçün telefonunuzdan istifadə edin.
1. Başla ekranında vurun:  .
2. Birləşdirilmiş e-poçtunuz varsa,   vurub hesaba vurun.
3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün   vurun və ya adı yazmağa başlayın. Siz həmçinin
ünvanı yaza bilərsiniz.
İşarə:Əlaqəni silmək üçün adına vuraraq Sil vurun.
4. Mövzunu və e-poçtunuzu yazın.
İşarə:Telefonunuz e-poçtu sürətlə yazmağa imkan verir. Yazarkən telefonunuz cümlənizi
tamamlamaq üçün mümkün sözləri təklif edir. Söz əlavə etmək üçün təklifə vurun. Siyahıya
baxmaq üçün təkliflərin üzərinə sürüşdürün. Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir.
5. Şəkil əlavə etmək üçün   vurun.
İşarə:Siz həmçinin e-poçt yazarkən yeni şəkil çəkə bilərsiniz.   vurun, şəkil çəkin və Qəbul et
vurun.
6. E-poçtu göndərmək üçün   vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
63


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə