P6081 veb və idug məzmun xəritəsi


Office sənədini göndərmək



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

Office sənədini göndərmək
 Office vurub göndərmək istədiyiniz sənədə vurun və 
 > Paylaş... istifadə etmək istədiyiniz
poçt hesabını seçin.
Poçtu oxumaq
Vacib xəbər gözləyirsiniz? Ofisinizə getməyi gözləmək əvəzinə e-poçtları oxumaq üçün
telefonunuzdan istifadə edin.
Yeni e-poçt aldıqda onu başlanğıc ekranında görə bilərsiniz.
1. Başlanğıc ekranında vurun:  .
2. Poçt qutunuzda e-poçta vurun. Oxunmamış e-poçt fərqli rəngdə olur.
İşarə:Böyütmək və ya kiçiltmək üçün 2 barmağınızı ekranın üzərinə qoyun və onları bir-birinə
yaxınlaşdırın yaxud bir-birindən uzaqlaşdırın.
İşarə:E-poçtda veb-ünvan varsa, veb-sayta daxil olmaq üçün ona vurun.
Söhbətdə olan e-poçtu oxumaq
Poçt qutunuzda e-poçtun olduğu söhbətə vurub söhbətə vurun. Oxunmamış e-poçtun olduğu söhbət
fərqli rəngdə olur.
Qoşmanı saxlamaq
E-poçt açıq olduqda qoşmaya, məsələn, şəklə vurun və o, telefonunuza yüklənəcək. Qoşmaya yenidən
vurub 
 > Telefonda saxla vurun. Bütün fayl formatlarını saxlamaq mümkün deyil.
E-poçta cavab vermək
Dərhal cavab verməli olduğunuz e-poçt almısınız? Telefondan istifadə edərək cavab verin.
1. Başlanğıc ekranında vurun:  .
2. E-poçtu açın və   vurun.
İşarə:Yalnız göndərən şəxsə cavab vermək üçün Cavab ver vurun. Göndərən şəxsə və digər
qəbuledənlərə cavab vermək üçün Hamısına cavab ver vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
64


E-poçtu yönəltmək
E-poçtu açın və   > Yönəlt vurun.
E-poçtu silmək
Poçt qutunuz dolub? Telefonda bir qədər yer boşaltmaq üçün bəzi e-poçtları silin.
1. Poçt qutusunda silmək istədiyiniz e-poçtların sol tərəfinə vurun.
2. E-poçtların yanında olan qeyd xanalarına vurub   vurun.
Seçdiyiniz bütün e-poçtlar silinəcək. Poçt qutunuzdan asılı olaraq e-poçtlar poçt serverindən də silinə
bilər.
Bir e-poçtu silmək
E-poçtu açın və   vurun.
Poçtlara ayrı-ayrı baxmaq
Poçtlar söhbətlərdə başlığa görə qruplaşdırılır. Söhbətə həmçinin sizin cavablarınız da daxildir. Bütün
poçtlarınıza ayrı-ayrı baxmaq üçün söhbət funksiyasını qeyri-aktiv edə bilərsiniz.
1. Başlanğıc ekranında vurun:  .
2. Vurun: 
 > Parametrlər.
3. Söhbətlər seçimini Qeyri-aktiv 
 kimi dəyişin.
E-poçt yazmaq üçün səsdən istifadə
Klaviaturadan istifadə əvəzinə e-poçtu diktə edə bilərsiniz.
Bu xüsusiyyət bütün dillər tərəfindən dəstəklənmir. Dəstəklənən dillər haqqında məlumat üçün
www.windowsphone.com ünvanına daxil olun.
1. Başla ekranında vurun:  .
2. Birləşdirilmiş e-poçtunuz varsa,   vurub hesaba vurun.
3. Əlaqə siyahınızdan qəbuledən əlavə etmək üçün   vurun. Siz həmçinin ünvanı yaza bilərsiniz.
İşarə:Əlaqəni silmək üçün adına vuraraq Sil vurun.
4. Mövzu: >   vurun və mövzunu deyin.
5. Mesaj xanasına və sonra   vurub mesajınızı deyin.
6. E-poçtu göndərmək üçün   vurun.
Bir neçə poçt qutusunu vahid poçtda birləşdirmək
Bir neçə poçt hesabınız varsa, hansı poçt hesablarını bir poçt qutusunda birləşdirməyi seçə bilərsiniz.
Vahid poçt qutusu bütün e-poçtlarınıza eyni vaxtda baxmağa imkan verir.
1. Başlanğıc ekranında poçt qutusuna vurun.
2. Vurun: 
 > Daxil olanları əlaqələndir.
3. Digər daxil olanlar siyahısında birinci poçta birləşdirmək istədiyiniz hesablara vurun.
4. Əlaqəli daxil olanların adını dəyişdir vurun, poçt qutusu üçün yeni ad yazın və   vurun.
Yeni birləşdirilmiş poçt başlanğıc ekranına əlavə edilir.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
65


Birləşdirilmiş hesabları ayırmaq
Başlama ekranında birləşdirilmiş hesaba və 
 > Əlaqəli daxil olanlar vurun. Siyahıda ayırmaq
istədiyiniz hesablara və Əlaqəni kəs vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
66


Kamera
Şəkil çəkmək üçün telefonunuz bütün imkanlara malikdirsə, niyə özünüzlə kamera gəzdirəsiniz?
Telefonuzun kamerası ilə siz asan fotoşəkilləri çəkə və videoları yaza bilərsiniz.
Kameranın əsasları
Nokia Pro Camera ilə tanışlıq
Əla şəkillər çəkmək istəyirsiz? Nokia Pro Camera ilə siz tam rezolyusiyasılı şəkillərdən və stereo səs
ilə HD video çəkilişindən zövq ala bilərsiniz. Siz həmçinin özünüz öz rəssamınız ola və hər bir parametri
əl ilə dəyişə bilərsiniz.
Şəkil çəkmək
Dəqiq və canlı şəkillər çəkin – ən yaxşı anlarınızı şəkil albomunuzda saxlayın.
1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Böyütmək üçün yuxarı sürüşdürün və kiçiltmək üçün aşağı sürüşdürün.
3. Fokusa almaq üçün kamera düyməsini yarısına qədər basıb saxlayın.
4. Şəkil çəkmək üçün kamera düyməsini axıra qədər basın.
İşarə:Ani dərhal çəkmək istəyirsiniz? Telefon kilidli olduqda kameranı yandırmaq üçün bir-iki
saniyə kamera düyməsini basıb saxlayın.
Fotokameranın işığını təhlükəsiz məsafədə istifadə edin. İşığı insanların və ya heyvanların üzərində
yaxın məsafədə istifadə etməyin. Şəkil çəkərkən flaşın üstünü örtməyin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
67


Şəkilə tam rezolyusiyalı görünüşdə baxın
İndicə çəkdiyiniz şəkilə baxmaq üçün   yaxınlığındakı dairəvi rəsmcik işarəsinə vurun. Bu tam
rezolyusiyalı şəklə yalnız burada baxmaq olar: Nokia Pro Camera.
Tam rezolyusiyalı şəkillərinizi çərçivələyin
Nokia Pro Camera ilə ən yaxşı anlarınızı əbədiləşdirin və vaxtınız olanda şəkillərinizi çərçivələyin.
1. Nokia Pro Camera-da   vurun.
2. Çərçivələmək istədiyiniz şəkili seçib Nokia Pro Camera vurun.
3. Vurun:  .
4. Şəkili çərçivələmək üçün şəkilə 2 barmağınızla vurub saxlayın və onu istədiyiniz istiqamətdə çevirin.
5. Vurun:  .
Orijinal tam rezolyusiyalı şəkil olduğu kimi saxlanır və çərçivələnmiş şəkil paylaşıla bilər. Çərçivələnmiş
şəkil Şəkillər-da saxlanır. Tam rezolyusiyalı şəkilə yalnız Nokia Pro Camera-da baxmaq olar. Nokia Pro
Camera xaricində şəkilin paylaşmaq üçün asan versiyasından istifadə edilir.
Avtoportret çəkmək
Asanlıqla avtoportret çəkmək üçün telefonun ön kamerasından istifadə edin.
1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Vurun: 
 > ön kameradan istifadə et.
3. Şəkil çəkmək üçün kamera düyməsini basın.
İşarə:Həmçinin ön kamera ilə video çəkə bilərsiniz. Video çəkilişə keçmək üçün vurun:  . Video
çəkiliş üçün kamera düyməsini basın.
Video çəkmək
Telefonla şəkil çəkməkdən əlavə xüsusi anlarınızın videosunu da çəkə bilərsiniz.
1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Şəkil rejimindən video rejiminə keçmək üçün vurun:  .
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
68


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə