P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

2. Ekranın aşağısından yuxarısına doğru sürüşdürün. Adətən getdiyiniz yerə yola düşdüyünüz vaxt
yaxınlaşdıqda, telefonunuz My Commute lövhəciyində həmin yeri təklif edir. Təklif olunan yerə yola
düşmək üçün, lövhəciyə vurun və sonra marşruta və Başla vurun.
İşarə:Gündəlik getdiyiniz yerlərə gedən fərqli marşrutlar tapın. My Commute bütün adəti
marşrutları sizə göstərir. Nəqliyyatın sizi ləngitməsinə imkan verməyin - canlı lövhəciyə vurun
və ən sürətli marşruta baxın.
3. Başqa bir yerə, məsələn, ev əvəzinə, idman zalına yola düşmək üçün My Commute lövhəciyinə
vurduqdan sonra, getmək istədiyiniz yerə doğru sağa və ya sola sürüşdürün.
İşarə:My Commute canlı lövhəciyini başla ekranına əlavə edin və nəqliyyatın vəziyyətinə dair
məlumatı və növbəti səyahətiniz üçün tələb olunan təxmini vaxtı öyrənin və getdiyiniz yerə bir
toxunuşla daxil olun.   HERE Drive+ vurun, ekranın aşağısından yuxarısına doğru sürüşdürün
və Parametrlər > My Commute > Başlanğıca əlavə et vurun.
Nokia hesabınıza daxil olmusunuzsa, getdiyiniz yerlər hesabınızda saxlanır. My Commute məlumatınızı
silmək üçün   Parametrlər > Şəxsi məlumatı sil > Marşrutlarım vurun.
Sürət limitinə dair xəbərdarlıqlar almaq
Sürətin limiti keçməsinə icazə verməyin – çox sürətlə idarə etdikdə telefonun sizi xəbərdar etməsini
qurun.
Sürət limiti haqqında məlumatın mövcudluğu region və ölkəyə görə dəyişə bilər.
1. Vurun:   HERE Drive+.
2. Ekranın aşağısından yuxarısına doğru sürüşdürün, Parametrlər > Sürət həddi vurun və Sürət həddi
xəbərdarlığı seçimini Xəbərdarlıq aktivdir 
 edin.
3. Xəbərdarlıq üçün sürət limitini nə qədər keçə biləcəyinizi təyin etmək məqsədilə Sürəti bu qədər
aşdığım halda məni xəbərdar et sürüşdürücüsünü çəkin. Aşağı və yuxarı sürətlər üçün ayrıca limit
seçə bilərsiniz.
Drive+ görünüşünü dəyişmək
Gecə qaranlıq olduqda HERE Drive+ istifadə edirisiniz? Gündüz və gecə rejimləri ilə ekranı həmişə
aydın şəkildə görə bilərsiniz. Eləcə də, parametrləri istəyinizə uyğun olaraq dəyişə bilərsiniz.
Vurun:   HERE Drive+.
1. Ekranın aşağısından yuxarısına doğru sürüşdürün və Parametrlər > Xəritə seçimləri vurun.
2. Rənglər seçimini Gecə kimi dəyişin. Qaranlıq olduqda avtomatik olaraq gecə rejimini aktivləşdirmək
üçün Avtomatik vurun.
Yanacaq məntəqələri və ya istirahət yerlərini göstərmək
Ekranın aşağısından yuxarısına doğru sürüşdürün, Parametrlər > Xəritə seçimləri > Xəritədə
göstər vurun və yer kateqoriyalarını yandırın və ya söndürün.
Qalan vaxt və ya çatma vaxtı görünüşü arasında keçid
Naviqasiya görünüşündə gəlmə vaxtında vurub saxlayın və seçim edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
87


Böyük binaları və atraksionları gizlətmək
Ekranın aşağısından yuxarısına doğru sürüşdürün, Parametrlər > Xəritə seçimləri vurun və Rəmzlər
seçimini 
 edin.
Mövqe təyini üsulları
Telefonunuz GPS, GLONASS, A-GPS, Wi-Fi və ya şəbəkə (Mobil ID) əsaslı mövqe təyinindən istifadə
edərək olduğunuz yeri xəritədə göstərir.
Məkan məlumatlarının mövcudluğu, dəqiqliyi və tamlığı, məsələn, olduğunuz yerdən, ətrafdan və
üçüncü tərəf mənbələrdən asılı ola və məhdud ola bilər. Məkan məlumatı, məsələn, binaların daxilində
və ya metroda mövcud olmaya bilər. Mövqe təyini metodları ilə bağlı məxfilik məlumatı üçün Nokia
Məxfilik Siyasətinə baxın.
Köməkçi GPS (A-GPS) şəbəkəsi xidməti və GPS və Glonass-a digər oxşar təkmilləşmələr mövqe
məlumatını mobil şəbəkədən istifadə edərək əldə edir və cari mövqeyinizi hesablamaqda GPS-ə
kömək edir.
A-GPS və ya digər GPS təkmilləşmələri və GLONASS mobil şəbəkə vasitəsilə kiçik həcmdə məlumat
ötürülməsini tələb edə bilər. Məlumat xərclərinə yol vermək istəmirsinizsə, məsələn, səyahət zamanı,
telefon parametrlərindən mobil məlumat bağlantısını söndürə bilərsiniz.
Peyk siqnalları mövcud olmadıqda, xüsusən qapalı məkanda və ya iki hündür bina arasında olduqda,
Wi-Fi mövqe təyin edilməsi təyinetmə dəqiqliyini artıra bilər. Wi-Fi şəbəkəsindən istifadənin
məhdudlaşdırıldığı yerlərdə telefon parametrlərindən Wi-Fi-ı söndürə bilərsiniz.
Qeyd: Wi-Fi-dan istifadə bəzi ölkələrdə məhdudlaşdırıla bilər. Məsələn, Aİ-də 5150–5350 MHs
Wi-Fi-dan və ABŞ və Kanadada 5.15–5.25 GHs Wi-Fi-dan yalnız qapalı məkanda istifadəyə icazə
verilir. Ətraflı məlumat üçün yerli hakimiyyət orqanları ilə əlaqə saxlayın.
Məsafə ölçməsi peyk bağlantınızın mövcudluğundan və keyfiyyətindən asılı olaraq dəqiq olmaya bilər.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
88


İnternet
Simsiz bağlantıları necə yaratmağı və məlumat xərclərinə qənaət edərək vebə baxmağı öyrənin.
İnternet qoşulmalarını təyin etmək
Şəbəkə xidməti təminatçınız məlumat ötürülməsinə görə sizə sabit tarif yoxsa istifadəyə görə tarif
tətbiq edir? Rouminq zamanı və evdə olarkən məlumat xərclərini azaltmaq üçün Wi-Fi və mobil
məlumat parametrlərini dəyişin.
Mühüm: Wi-Fi şəbəkənizin təhlükəsizliyini artırmaq üçün şifrələnmədən istifadə edin.
Şifrələnmədən istifadə digərlərinin məlumatlarınıza icazəsiz girişi təhlükəsini azaldır.
Ümumiyyətlə Wi-Fi qoșulmasından istifadə mobil məlumat qoșulması ilə müqayisədə daha sürətli və
ucuzdur. Həm Wi-Fi, həm də mobil məlumat qoșulmasından istifadə mümkündürsə, telefonunuz Wi-
Fi qoșulmasından istifadə edir.
1. Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > Wi-Fi vurun.
2. Wi-Fi şəbəkəsinin Aktiv 
 olaraq təyin edildiyini yoxlayın.
3. İstifadə etmək istədiyiniz qoșulmanı seçin.
Mobil məlumat qoşulmasından istifadə
Başlama ekranında sola vurun və   Parametrlər > Mobil vuraraq Məlumat bağlantısı seçimini Aktiv
kimi dəyişin.
Rouminq zamanı mobil məlumat qoşulmasından istifadə
Rouminqdə, xüsusən də xaricdə, internetə qoșulma məlumat tariflərini mühüm dərəcədə artıra bilər.
Məlumat rouminqində telefonunuz șəbəkə xidməti təminatçınızın sahib olmadığı və ya fəaliyyət
göstərmədiyi șəbəkələr üzərində məlumatın qəbulu üçün istifadə edilir.
Bașlama ekranında sola vurub   Parametrlər > Mobil vurun və Məlumat rouminqi seçimləri seçimini
Rouminq kimi dəyișin.
İşarə:Məlumat istifadənizi həmçinin Data Sense proqramı ilə izləyə bilərsiniz.
Kompüteri vebə qoşmaq
Laptopunuzda İnternetdən istifadə etmək istəyirsiniz, lakin İnternetə çıxışınız yoxdur? Siz
telefonunuzun mobil məlumat bağlantısından laptopunuz və ya digər cihazlarda istifadə edə
bilərsiniz. Wi-Fi bağlantısı yaradılır.
1. Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > İnternet paylaşma vurun.
2. Paylaşılır seçimini Aktiv kimi dəyişin.
3. Bağlantının adını dəyişmək üçün Quraşdırma > Yayım adı vuraraq adı yazın.
İşarə:Həmçinin bağlantıya parol da təyin edə bilərsiniz.
4. Digər cihazda bağlantını seçin.
Digər cihaz sizin məlumat planınızdan istifadə edir, bu isə məlumat trafiki qiymətlərinə təsir edə bilər.
Məlumat qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
89


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə