Şəkilləri və sənədləri cihazlar arasında paylaşmaq
SkyDrive ilə siz şəkillərinizə, sənədlərinizə və cihazlarınızdan yüklədiyiniz digər məzmuna asanlıqla
daxil ola bilərsiniz.
Telefonunuzda, planşet və ya kompüterinizdə saxlanmış şəkillər, sənədlər
və ya digər məzmunu
SkyDrive-da yükləmək üçün Microsoft hesabınız ilə daxil olmalısınız. Başqa cihazdan yüklənmiş
məzmuna daxil olmaq üçün həmin məzmunu yüklədiyiniz zaman istifadə etdiyiniz Microsoft hesabı
ilə daxil olmalısınız.
Məzmunu yükləmək və ya endirmək üçün sizə İnternet bağlantısı lazımdır. Məlumat ötürülməsi üzrə
tarif planınız
yoxdursa, məlumat ötürülməsi üzrə xərclər sürətlə arta bilər. Mümkün məlumat
qiymətləri ilə bağlı məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.
SkyDrive-da sənədlərinizi saxlamaq üçün bir neçə yer mövcuddur. Telefonunuzda şəkil və
videolarınıza Şəkillər mərkəzində baxa və ya Office mərkəzində Office sənədlərini aça bilərsiniz. Siz
həmçinin SkyDrive proqramını Mağaza-dan yükləyərək telefonunuzda bütün fayl növlərinə baxa və
onları idarə edə bilərsiniz.
Planşet və ya kompüterinizdə
www.skydrive.com ünvanında onlayn məzmununuzu
idarə edə və ya
SkyDrive proqramından istifadə edərək SkyDrive onlara birbaşa iş masanızdan daxil ola bilərsiniz.
Əgər sizdə SkyDrive proqramı quraşdırılmayıbsa, onu
www.skydrive.com-dan yükləyə və quraşdıra
bilərsiniz.
İşarə:Kompüterinizdə olan SkyDrive proqramı ilə siz yükləmək istədiyiniz faylları, məsələn,
Windows Explorer və ya Finder-də fayl menecerində asanlıqla SkyDrive qovluğuna çəkərək gətirə
bilərsiniz və fayllar avtomatik olaraq SkyDrive-a yüklənir.
Nokia hesabı
Nokia hesabınız Nokia xidmətlərinin açarıdır.
Nokia hesabı ilə siz, məsələn aşağıdakıları edə bilərsiniz:
• Tək bir istifadəçi adı və parolu ilə kompüterinizdə və ya telefonunuzda Nokia xidmətlərinə daxil
olun.
• Nokia Musiqidən musiqi satın almaq
• Sevimlilərinizi HERE Maps-də sinxronlaşdırmaq
• Nokia xidmətlərindən məzmun yükləmək
• Telefonunuzun modeli və əlaqə məlumatı haqqında təfərrüatları saxlayın.Siz
həmçinin Nokia
hesabınıza ödəmə kartı məlumatlarınızı da əlavə edə bilərsiniz.
Mümkün xidmətlər fərqlənə bilər.
Nokia hesabı və Nokia xidmətləri haqqında ətraflı öyrənmək üçün
account.nokia.com ünvanına daxil
olun.
SIM proqramlarına baxış
Xidmət təminatçınız SIM kartınıza proqramlar daxil edibsə, onları bu yolla tapa bilərsiniz.
Bașlama ekranında sola sürüșdürün və
Parametrlər >
Mobil >
SIM kart proqramları vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
43
Mağazaya baxmaq və ya axtarış etmək
Telefonunuz üçün tövsiyə edilən ən yeni və ən
çox yüklənən proqramlara, oyunlara və digər
elementlərə baxın. Müxtəlif kateqoriyalara baxın və ya hər hansı konkret elementi axtarın.
Vurun:
Mağaza.
Kateqoriyalara baxış
Ön səhifədə kateqoriyaya vurun və ya daha çox kateqoriyalara və elementlərə baxmaq üçün sola ya
sağa sürüşdürün.
Təfsilatlarına baxmaq üçün elementə vurun. Elementə baxdığınızda əlaqədar elementlər də göstərilir.
Mağazada axtarış
düyməsini vurun, axtarış sözlərinizi yazın və
vurun.
İşarə:Mağaza da dostlarınız üçün maraqlı ola biləcək nəisə tapa bildiniz?
Siz onlara keçid göndərə
bilərsiniz. Element pulsuzdursa,
Paylaş vurun. Element pulsuz deyilsə,
>
Paylaş seçiminə
vurun.
Proqram, oyun və s. yükləmək
Pulsuz proqramlar, oyunlar və ya digər məzmun yükləyin və ya telefonunuz üçün məzmunlar satın
alın.
1. Vurun:
Mağaza.
2. Təfsilatlarına baxmaq üçün elementə vurun.
3. Element ödənişlidirsə,
Al vurun və ya müəyyən müddətə elementi pulsuz sınaqdan keçirmək üçün
Cəhd et vurun. Element pulsuzdursa,
Quraşdır vurun.
4. Microsoft hesabınıza daxil olmamısınızsa, indi daxil olun.
5. Göstərilən təlimatlara əməl edin.
Yükləmə tamamlandıqda, siz onları aça və ya onlara baxa və ya digər məzmunları axtarmağa davam
edə bilərsiniz. Məzmun növü elementin telefonunuzda harada saxlanacağını müəyyən edir: musiqi,
videolar və podkastlar Musiqi+Videolar
mərkəzində, oyunlar Oyunlar mərkəzində və proqramlar,
proqramlar menyusunda saxlanır.
Elementə dair ətraflı məlumat üçün elementin müəllifi ilə əlaqə saxlayın.
İşarə:Böyük faylları yükləmək üçün Wi
‐Fi bağlantısından istifadə edin.
Davam edən yükləmələrə baxmaq
Yükləmə zamanı Mağazada başqa elementlərə baxa və digər faylları yükləməyə əlavə edə bilərsiniz.
1. Vurun:
Mağaza.
2. Davam edən yükləmələrə baxmaq üçün əsas görünüşün aşağısında yükləmə bildirişinə vurun.
Bildiriş yüklənəcək elementlərin sayını göstərir. Eyni vaxtda bir element yüklənir.
İşarə:Əgər siz, məsələn, müvəqqəti olaraq İnternet bağlantınızı bağlamalısınızsa, yüklənən
elementə vurub saxlayın və
Fasilə verildi seçiminə vurun. Yükləməyə davam etmək üçün
Davam
et vurun. Gözləyən elementlərə ayrı-ayrı fasilə verin. Yükləmə uğursuz olarsa, elementi yenidən
yükləyə bilərsiniz.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
45