Başlanğıc ekranını fərdiləşdirmək
Ən çox istifadə etdiyiniz proqramları başlanğıc ekranında görmək istəyirsiniz? Sevimli proqramlarınızı,
veb-saytları və sairəni başlama ekranına əlavə edə və ya lövhəciklərin istədiyiniz
kimi ölçüsünü dəyişə
bilərsiniz.
1. Proqramı əlavə etmək üçün sola vuraraq proqramlar menyusuna keçin.
2. Proqrama vurub saxlayın və sonra
Başlanğıca daxil et seçiminə vurun.
Əlaqəni əlavə etmək
Əlaqələr vurun, əlaqəyə vurub saxlayın və sonra
Başlanğıca daxil et vurun.
Əlaqələri daxil etdiyinizdə, onların axın yeniləmələri lövhəcikdə göstərilir
və siz onlara birbaşa olaraq
başlama ekranından zəng edə bilərsiniz.
Veb-saytı əlavə etmək
Veb-sayta daxil olun və
>
Başlanğıca daxil et vurun.
Lövhəciyin yerini dəyişmək
Lövhəciyə vurub saxlayaraq onu yeni yerə çəkin və ekrana vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
28
Lövhəciyi silmək və ya ölçüsünü dəyişmək
Ölçüsünü dəyişmək üçün lövhəciyə vurub saxlayaraq ox işarəsinə vurun.
Lövhəciklər kiçik, orta və ya böyük ölçülü ola bilər.
Lövhəcik nə qədər böyük olarsa, bir o qədər çox
məlumat göstərər.
Silmək üçün lövhəciyə vurub saxlayaraq vurun.
Parıltı ekran parametrlərini dəyişmək
Telefonunuz həmişə xidmətinizdə olsun. Telefonunuz gözləmə rejimində olduqda, ekran sönülü
olduqda belə vaxtı yoxlaya bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və
Parametrlər >
Parıltı vurun.
2. Parıltı ekranı seçimini
həmişə aktiv kimi dəyişin.
İşarə:Hətta işəsalma düyməsi əlçatan olmadıqda belə, məsələn, telefon avtomobil saxlayıcısında
olduqda, telefonu gözləmədən çıxartmaq asandır. Sadəcə ekrana iki dəfə vurun.
İki dəfə vurmanı yandırmaq/söndürmək
Bașlama ekranında sola sürüșdürün və
Parametrlər >
toxunuş vurun.
Telefonu oyatmaq üçün iki
dəfə vurun seçimini
Aktiv
və ya
Qeyri-aktiv
kimi dəyişin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
29
Uşaqlar üçün təhlükəsiz, əyləncəli başlama ekranı yaratmaq
Siz uşaqların təsadüfən iş poçtunuzu silməsindən, onlayn alış-veriş və ya
nə isə başqa bir şey
etməsindən ehtiyat etməyərək onların telefondakı bəzi proqramlardan istifadə etməsinə icazə verə
bilərsiniz. Əylənmələri üçün seçilmiş proqramları, oyunları və digər sevimli elementləri başlama
ekranına əlavə edin.
1. Bașlama ekranında sola sürüșdürün və
Parametrlər vurun.
2. Vurun:
Uşaq otağı.
3. Uşaqların istifadə edəcəyi məzmunu seçin. Həmçinin onların sizin başlama ekranınıza daxil
olmalarının qarşısını almaq üçün parol da qoya bilərsiniz.
İşarə:Uşaqlara öz ekranlarını necə fərdiləşdirə biləcəklərini göstərin. Məsələn,
arxa plan şəklini
dəyişmək üçün
Fərdiləşdir seçiminə vurun. Başlama ekranında siz normal qaydada lövhəciklərin
yerini və ölçüsünü dəyişə bilərsiniz.
İşarə:Uşaqlara proqramdaxili satınalmalar etməyə, məsələn, oyun xalları almağa icazə vermək
üçün Pul kisəsi PİN kodunu seçin. Hər dəfə satın aldıqda Pul kisəsi PİN kodunu daxil etmək tələb
olunur. Pul kisəsi PİN kodunu təyin etmək üçün başlama ekranında sola sürüşdürün və
Pul
kisəsi >
>
Parametrlər+PIN vurun. Bəzi satınalmalar bütün yaşlar
üçün mümkün olmaya
bilər.
Öz başlama ekranınıza daxil olmaq
İşəsalma düyməsini iki dəfə basın və öz kilid ekranınızda yuxarı sürüşdürün. Parol təyin etmisinizsə,
onu daxil edin.
Uşağın başlama ekranınıa geri qayıtmaq
Öz kilid ekranınızda sola vurun və uşağın kilid ekranında yuxarı sürüşdürün.
Uşağın başlama ekranını söndürmək
Öz başlama ekranınızda sola vurub
Parametrlər seçiminə vurun və
Uşaq otağı seçimini
Qeyri-
aktiv
olaraq təyin edin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
30
Mövzunu dəyişdirmək
Siz ekran rənglərini zövqünüzə və əhvalınıza görə dəyişə bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və
Parametrlər >
Mövzu vurun.
2. Vurun:
Fon və ya
Vurğulama rəngi.
Rəng profilini dəyişmək
Ekranın dolğunluğunu və rəng temperaturunu tənzimləmək üçün
Parametrlər >
displey >
Lumia
rəng profili >
tənzimlə vurun.
Kilid ekranını fərdiləşdirmək
Kilid ekranınızın özünəməxsus görünməsini istəyirsiniz? Məsələn, fona öz şəklinizi əlavə edə bilərsiniz.
Başlama ekranında sola sürüşdürün və
Parametrlər >
Kilid ekranı vurun.
İşarə:Siz kilid ekranında hansı proqram bildirişlərini, məsələn, cavabsız zəng və ya yeni mesajları
görməyi seçə bilərsiniz. Sadəcə olaraq bildiriş zolağına vurun və əlavə etmək istədiyiniz proqramı
seçin.
Fon şəklini dəyişmək
Şəkli dəyişdir vurun, şəkli seçin, yerləşməsi üçün onu nizamlayın və vurun.
İşarə:Eləcə də, kilid ekranınızda Bing-dən şəkillərin dəyişməsini seçə bilərsiniz.
Fon seçimini
Bing
kimi dəyişin.
Musiqi səsləndikdə ifaçını göstər
Musiqi ifa olunarkən ifaçını göstər seçimini
Aktiv
kimi dəyişin.
Telefonun melodiyalarını fərdiləşdirmək
Siz telefonunuz üçün ən yaxşı melodiyaları seçə bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və
Parametrlər >
Zəng melodiyaları+səslər vurun.
2. Dəyişmək istədiyiniz zəng melodiyası və ya siqnalı və melodiyanı seçin.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
31