36
2.7. İctimai etimad prinsipi - ədliyyə işçisi Azərbaycan
Respublikasının, ədliyyə orqanlarının və bu orqanlarda qulluğun
nüfuzunu möhkəmləndirməyə, ədliyyə işçisi adını, şərəf və
ləyaqətini uca tutmağa borcludur.
Ədliyyə işçisi etik davranış qaydalarının onun tərəfindən
pozulması nəticələrini aradan qaldırmalı, ictimai etimadın
bərpası üçün tədbirlər görməlidir.
Ədliyyə işçisi ədliyyə orqanlarının və onların vəzifəli şəxslərinin
fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi
informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst)
məlumatlar almasına köməklik göstərməlidir.
2.8. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi - ədliyyə
işçisi öz qulluq borcunun məsuliyyətini dərindən dərk etməli,
ixtisasını artırmalı, rəhbər işçilər həmçinin, qulluq vəzifələrini
yerinə yetirərək işçilərin nəzəri biliklərinin və peşəkarlıq
səviyyəsinin artırılması üçün tədbirlər görməlidir.
Ədliyyə işçisi etik davranışı və öz peşəkar fəaliyyəti ilə ədliyyə
orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və
möhkəmləndirməlidir.
3. Ədliyyə işçilərinin korrupsiyaya qarşı davranışı
3.1. Ədliyyə işçisi tərəfindən qanunsuz olaraq maddi və qeyri-
maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş
hərəkətlər (hərəkətsizlik) etmək və ya qərarlar qəbul etmək
qadağandır.
Ədliyyə işçisi onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya
qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya
güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər
görməlidir.
Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna
olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən ədliyyə işçisi buna
görə hər hansı haqq tələb edə bilməz.
37
3.2. Ədliyyə işçisi qanunsuz maddi və qeyri-maddi nemətlər,
imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda onlardan
imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və
ya güzəştlər ədliyyə işçisinə ondan asılı olmayan səbəblərdən
verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli,
maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun
işlədiyi ədliyyə orqanına akt üzrə təhvil verilməlidir.
Tərəflərdən biri ədliyyə orqanı olan əqdlərdə bu orqanlarda
çalışan ədliyyə işçisi digər tərəf ola bilməz.
3.3. Ədliyyə işçisi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə
bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun
vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya
bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər
şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda
qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə
haqqında" Qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı
olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Ədliyyə
işçisi
hədiyyənin
qəbul
edilməsi
və
ya
qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi
hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini
öyrənməlidir.
3.4. Ədliyyə işçisi qulluq etdiyi dövrdə maraqların toqquşmasına
yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən
şəxsi maraqları üçün istifadə etməməlidir.
Ədliyyə işçisi xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında
ziddiyyət yarana biləcəyi hallarda o, qanunvericiliyə müvafiq
olaraq ədliyyə orqanlarına qulluğa qəbul olunduqda, habelə
bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə
ədliyyə orqanının rəhbərinə məlumat verməyə borcludur.
Ədliyyə işçisinə başqa işə keçmə ilə əlaqədar edilən təkliflər
maraqların toqquşmasına səbəb ola bilərsə, o, bu barədə ədliyyə
orqanının rəhbərinə əvvəlcədən məlumat verməlidir.
Bütün hallarda maraqların toqquşmasına səbəb ola bilən
məsələlər, vəzifəyə namizəd barəsində müvafiq təyinat
aparılanadək aradan qaldırılmalıdır. Ədliyyə işçisi ədliyyə
38
orqanlarından xaric edildikdən sonra qanunvericiliklə müəyyən
edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə,
müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə
bilməz.
Ədliyyə işçisi maraqların toqquşmasının qarşısının alınması üçün
qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
Ədliyyə işçisi qulluğa qəbul edilərkən və bundan sonrakı
müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə
və maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar
normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır.
Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda
bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.
4. Ədliyyə işçilərinin xidməti davranışı
4.1. Ədliyyə işçisinin xidməti davranışı qanunvericiliklə ona
verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Ədliyyə işçisinin xidməti
davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış
normalarına və prinsiplərinə əsaslanmalıdır.
Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalara və digər
normativ hüquqi və normativ xarakterli aktlara uyğun olaraq
tənzimlənir.
Ədliyyə işçisi icra və əmək intizamına əməl etməli, iş vaxtını
kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən
yayınmamalıdır.
4.2. Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun
olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri,
sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə
borcludur.
Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən
əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ
hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı
əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir.
O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı
Dostları ilə paylaş: |