Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

36 
 
2.7.  İctimai  etimad  prinsipi  -  ədliyyə  işçisi  Azərbaycan 
Respublikasının, ədliyyə orqanlarının və bu orqanlarda qulluğun 
nüfuzunu  möhkəmləndirməyə,  ədliyyə  işçisi  adını,  şərəf  və 
ləyaqətini uca tutmağa borcludur. 
Ədliyyə  işçisi  etik  davranış  qaydalarının  onun  tərəfindən 
pozulması  nəticələrini  aradan  qaldırmalı,  ictimai  etimadın 
bərpası üçün tədbirlər görməlidir. 
Ədliyyə işçisi ədliyyə orqanlarının və onların vəzifəli şəxslərinin 
fəaliyyəti  barədə  ictimaiyyəti  məlumatlandıran  kütləvi 
informasiya  vasitələri  nümayəndələrinin  qanunvericiliklə 
müəyyən  edilmiş  hallarda  və  qaydada  doğru  (dürüst) 
məlumatlar almasına köməklik göstərməlidir. 
2.8. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması prinsipi - ədliyyə 
işçisi  öz  qulluq  borcunun  məsuliyyətini  dərindən  dərk  etməli, 
ixtisasını  artırmalı,  rəhbər  işçilər  həmçinin,  qulluq  vəzifələrini 
yerinə  yetirərək  işçilərin  nəzəri  biliklərinin  və  peşəkarlıq 
səviyyəsinin artırılması üçün tədbirlər görməlidir.  
Ədliyyə  işçisi  etik  davranışı  və  öz  peşəkar  fəaliyyəti  ilə  ədliyyə 
orqanlarına  hüquqi  və  fiziki  şəxslərin  inamını  artırmalı  və 
möhkəmləndirməlidir. 
3. Ədliyyə işçilərinin korrupsiyaya qarşı davranışı 
 
3.1.  Ədliyyə  işçisi  tərəfindən  qanunsuz  olaraq  maddi  və  qeyri-
maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş 
hərəkətlər  (hərəkətsizlik)  etmək  və  ya  qərarlar  qəbul  etmək 
qadağandır. 
Ədliyyə  işçisi  onun  hərəkətlərinin  (hərəkətsizliyinin)  və  ya 
qərarlarının  maddi  və  qeyri-maddi  nemətlər,  imtiyazlar  və  ya 
güzəştlər  əldə  etməyə  gətirib  çıxarmasını  istisna  edən  tədbirlər 
görməlidir. 
Qanunvericiliklə  müəyyən  olunmuş  ödəniş  məbləğləri  istisna 
olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən ədliyyə işçisi buna 
görə hər hansı haqq tələb edə bilməz.  


37 
 
3.2.  Ədliyyə  işçisi  qanunsuz  maddi  və  qeyri-maddi  nemətlər, 
imtiyazlar  və  ya  güzəştlər  təklif  olunduğu  hallarda  onlardan 
imtina  etməlidir.  Maddi  və  qeyri-maddi  nemətlər,  imtiyazlar  və 
ya  güzəştlər  ədliyyə  işçisinə  ondan  asılı  olmayan  səbəblərdən 
verilərsə,  o,  bu  barədə  birbaşa  rəhbərinə  məlumat  verməli, 
maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun 
işlədiyi ədliyyə orqanına akt üzrə təhvil verilməlidir.  
Tərəflərdən  biri  ədliyyə  orqanı  olan  əqdlərdə  bu  orqanlarda 
çalışan ədliyyə işçisi digər tərəf ola bilməz. 
3.3. Ədliyyə işçisi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə 
bilən  və  ya  bu  cür  təsir  təəssüratı  yaradan  və  ya  onun 
vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya 
bu  cür  mükafat  təəssüratı  yaradan  hədiyyələri  özü  və  ya  digər 
şəxslər  üçün  tələb  edə  və  ya  qəbul  edə  bilməz.  Bu  qayda 
qonaqpərvərliklə  bağlı  və  dəyəri  "Korrupsiyaya  qarşı  mübarizə 
haqqında"  Qanunda  nəzərdə  tutulmuş  məbləğdən  yuxarı 
olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.  
Ədliyyə 
işçisi 
hədiyyənin 
qəbul 
edilməsi 
və 
ya 
qonaqpərvərlikdən  istifadə  ilə  bağlı  qərara  gələ  bilmədiyi 
hallarda  bu  məsələ  barədə  birbaşa  rəhbərinin  rəyini 
öyrənməlidir.  
3.4. Ədliyyə işçisi qulluq etdiyi dövrdə maraqların toqquşmasına 
yol  verməməli  və  qanunsuz  olaraq  öz  vəzifə  səlahiyyətlərindən 
şəxsi maraqları üçün istifadə etməməlidir.  
Ədliyyə işçisi xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında 
ziddiyyət  yarana  biləcəyi  hallarda  o,  qanunvericiliyə  müvafiq 
olaraq  ədliyyə  orqanlarına  qulluğa  qəbul  olunduqda,  habelə 
bundan  sonrakı  dövrdə  həmin  maraqların  xarakteri  barədə 
ədliyyə  orqanının  rəhbərinə  məlumat  verməyə  borcludur.  
Ədliyyə  işçisinə  başqa  işə  keçmə  ilə  əlaqədar  edilən  təkliflər 
maraqların toqquşmasına səbəb ola bilərsə, o, bu barədə ədliyyə 
orqanının rəhbərinə əvvəlcədən məlumat verməlidir.  
Bütün  hallarda  maraqların  toqquşmasına  səbəb  ola  bilən 
məsələlər,  vəzifəyə  namizəd  barəsində  müvafiq  təyinat 
aparılanadək  aradan  qaldırılmalıdır.  Ədliyyə  işçisi  ədliyyə 


38 
 
orqanlarından  xaric  edildikdən  sonra  qanunvericiliklə  müəyyən 
edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, 
müəssisə,  təşkilatlara  və  ya  onların  bölmələrinə  işə  qəbul  edilə 
bilməz. 
Ədliyyə işçisi maraqların toqquşmasının qarşısının alınması üçün 
qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir. 
Ədliyyə  işçisi  qulluğa  qəbul  edilərkən  və  bundan  sonrakı 
müddətdə  etik davranış  qaydaları,  korrupsiyaya  qarşı  mübarizə 
və  maraqların  toqquşmasının  qarşısının  alınması  ilə  əlaqədar 
normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. 
Bu  aktlara  əməl  edilməsi  ilə  bağlı  hər  hansı  suallar  yarandıqda 
bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir. 
4. Ədliyyə işçilərinin xidməti davranışı 
 
4.1.  Ədliyyə  işçisinin  xidməti  davranışı  qanunvericiliklə  ona 
verilmiş  hüquqların  həyata  keçirilməsi  və  vəzifələrin  yerinə 
yetirilməsi  ilə  əlaqədar  fəaliyyətidir.  Ədliyyə  işçisinin  xidməti 
davranışı  bu  Qaydalarla  müəyyən  edilmiş  etik  davranış 
normalarına və prinsiplərinə əsaslanmalıdır.  
Ədliyyə  işçisinin  xidməti  davranışı  bu  Qaydalara  və  digər 
normativ  hüquqi  və  normativ  xarakterli  aktlara  uyğun  olaraq 
tənzimlənir.  
Ədliyyə  işçisi  icra  və  əmək  intizamına  əməl  etməli,  iş  vaxtını 
kənar  işlərə  sərf  etməməli,  üzrsüz  səbəbdən  işdən 
yayınmamalıdır. 
4.2. Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun 
olan  və  səlahiyyətləri  daxilində  qəbul  etdiyi  yazılı  əmri, 
sərəncamı  və  ya  verdiyi  şifahi  tapşırıqları  yerinə  yetirməyə 
borcludur.  
Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən 
əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ 
hüquqi  akta  zidd  olmasına  əmindirsə,  bu  barədə  yazılı 
əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. 
O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə