Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

46 
 
4.2.
 
Vəkil  peşə  fəaliyyətini  həyata  keçməklə  bağlı  hər  bir  şəxs  üçün 
vicdanlılıq nümunəsi olmalıdır. 
 
Maddə 5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması 
5.1.
 
Vəkil  öz  fəaliyyətini  Azərbaycan  Respublikasının  qanunvericiliyi 
ilə  müəyyən  olunmuş  səlahiyyətlər  çərçivəsi  və  yüksək  peşəkarlıq 
səviyyəsində yerinə yetirməyə borcludur. 
5.2.
 
Vəkil, davranış və öz peşəkar fəaliyyəti ilə vəkilliyə hüquqi və fıziki 
şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir. 
 
Maddə 6. Loyallıq 
6.1.
 
Vəkil  peşə  fəaliyyətini  həyata  keçirərkən,  vəkilliyin  nüfuzunu 
aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. 
6.2.
 
Vəkil  qanunvericilikdə  vəkillik  fəaliyyəti  ilə  bağlı  nəzərdə 
tutulmuş məhdudiyyətlərə əməl etməlidir. 
 
Maddə 7. İctimai etimad 
7.1.
 
Vəkil 
vəkillik 
fəaliyyətinin 
nüfuzunu 
artırmağa 
və 
möhkəmləndirməyə borcludur. 
7.2.
 
Vəkil  davranış  qaydalarının  onun  tərəfindən  pozulması 
nəticələrini  aradan  qaldırmağa,  о  cümlədən  ictimai  etimadın  bərpası 
üçün tədbirlər görməyə borcludur. 
 
Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf 
və  ləyaqətinə  və  işgüzar  nüfuzuna  hörmət.  Hüquqi  şəxslərin 
işgüzar nüfuzuna hörmət 
8.1.
 
Vəkillərin  fəaliyyəti  insanların  hüquq,  azadlıq  və  qanuni 
maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir. 
8.2.
 
Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, 
onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə 
(və ya hərəkətsizliyə) yol verməməlidir. 
8.3.
 
Vəkil  vəzifələrinin  icrası  ilə  bağlı  fıziki  şəxslərin,  habelə  dövlət 
qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş 
məlumatların konfidensiallığını təmin etməlidir. 
8.4.
 
Vəkil  hüquqi  şəxslərin  işgüzar  nüfuzuna  hörmətlə  yanaşmalı  və 
onlann  işgüzar  nüfuzunu  ləkələyə  biləcək  hərəkətlərə  (və  ya 
hərəkətsizliyə) yol verməməlidir. 
 
Maddə 9. Mədəni davranış 


47 
 
Vəkil  bütün  şəxslərə  münasibətdə  nəzakətli,  diqqətli  və  səbirli 
olmalıdır. 
 
Maddə 10. Qərəzsizlik 
10.1.
 
Vəkil,  vəzifəsini  yerinə  yetirərkən  irqinə,  milliyətinә,  dilinə, 
cinsinə,  sosial  mənşəyinə,  əmlak  və  qulluq  vəziyyətinə,  dinə 
münasibətinə,  əqidəsinə,  ictimai  və  ya  hər  hansı  digər  birliyə 
mənsubiyyətinə görə üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi 
üçün şəraitin yaradılmasına yol verməməlidir. 
10.2.
 
Vəkil,  vəzifələrinin  yerinə  yetirilməsi  zamanı  siyasi  bitərəfliyə 
əməl etməyə borcludur. 
 
Maddə  11.  Maddi  və  qeyri-maddi  nemətlərin,  imtiyazların  və  ya 
güzəştlərin əldə edilməsinə yol verilməməsi 
Peşə  fəaliyyətini  həyata  keçirməklə  bağlı  vəkillərin,  qanuna  zidd 
olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə 
etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır. 
 
Maddə 12. Məlumatlardan istifadə 
12.1.
 
Vəkil  xidməti  informasiyanın  yayılması  qaydalarına  əməl 
etməlidir. 
12.2.
 
Vəkil  peşə  fəaliyyəti  ilə  bağlı  əldə  etdiyi  məlumatlardan  şəxsi 
maraqları üçün istifadə edə bilməz. 
 
Maddə 13. İctimai və siyasi fəaliyyət 
Vəkilin ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə 
mənsubiyyəti, onun vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə 
şübhə doğurmamalıdır. 
 
Fəsil 3. Etik davranış qaydalarının həyata keçirilməsinin 
təmin olunması 
 
Maddə 14. Davranış qaydalarının pozulmasına görə məsuliyyət 
Davranış  qaydalarının  pozulması  vəkilin  intizam  məsuliyyətinə  cəlb 
edilməsi üçün əsasdır. 
 
 
 


48 
 
Azərbaycan  Respublikası  daxili 
işlər  nazirinin  08.04.2005-ci  il 
tarixli  130  №-li  Əmri  ilə  təsdiq 
edilmişdir. 
DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ ETİK 
DAVRANIŞ KODEKSİ 
 
Ümumi müddəalar 
 
Dövlətin  ictimai-siyasi  həyatının  mühüm  sahələrindən  olan 
hüquq-mühafizə  fəaliyyətinin  məqsədyönlü  təşkili  və  həyata 
keçirilməsi,  hüquq-mühafizə  orqanları  əməkdaşlarının  şəxsi, 
mənəvi  və  işgüzarlıq  keyfiyyətlərindən,  insanlarla  ünsiyyət 
yaratmaq,  onların  inam  və  etibarını  qazanmaq  bacarığından 
bilavasitə asılıdır. 
Yalnız  bu  kimi  keyfiyyətlərə,  o  cümlədən  dəyanətə  və  saf 
mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza 
malik, dövlətə, xalqa və xidməti borca sədaqətli olan daxili işlər 
orqanlarının  əməkdaşları  insanların  etibarını  qazanıb  onların 
dəstəyinə arxalana bilər. 
Daxili  işlər  orqanları  əməkdaşlarının  etik  davranış  kodeksi 
(bundan  sonra  Davranış  kodeksi)  –  əməkdaşların  göstərilən 
meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-
əxlaqi  və  mədəni  davranış  qaydalarına  əməl  etməsinin  ifadəsi 
olan norma və müddəaları müəyyən edir. 
Hər  bir  əməkdaş  xidmətdə  və  gündəlik  həyatda  qanunçuluq,  
insan  hüquq  və  azadlıqlarının,  cəmiyyətdə  qəbul  olunmuş 
mənəvi  dəyərlərin  aliliyi,  yüksək  peşəkarlıq  və  səmimiyyət 
prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və 
qaydaları rəhbər tutmalıdır. 
Azərbaycan  Respublikası  daxili  işlər  orqanlarının  əməkdaşları 
Davranış  kodeksini  dərindən  öyrənməli  və  onun  tələblərinə 
sözsüz  əməl  edəcəkləri  barədə  üzərlərinə  öhdəlik  (əlavə  №1) 
götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə