Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
  1   2   3   4   5   6   7   8   9   ...   26


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
E
TİK 
D
AVRANIŞ  
K
ODEKSLƏRİNİN 
T
OPLUSU 



 
 
 
"Azərbaycan  Hüquq  İslahatları  Mərkəzi"  İB  fəaliyyətinin  əsas  məqsədini 
ölkəmizdə  aparılan  mütərəqqi  məhkəmə-hüquq  islahatlarının  ölkədə  və 
xaricdə  təbliği,  bu  sahədə  əldə  edilmiş  təcrübənin  mübadiləsi,  ədalət 
mühakiməsinin  həyata  keçirilməsi  zamanı  məhkəmələrin  fəaliyyətinə, 
vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi və genişləndirilməsi 
istiqamətində onların məhkəmələrə və digər orqanlara müraciət imkanlarının 
asanlaşdırılmasına 
dəstəyin 
verilməsi, 
hüquq 
maarifçiliyi 
işinin 
genişləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsinə 
yönələn  proqramlar  və  layihələrin  hazırlanması  və  həyata  keçirilməsində 
görür. 2011-ci ilin yanvar ayından fəaliyyət göstərən Mərkəz haqqında əlavə 
məlumat  əldə  etmək  üçün 
www.lawreform.az
  internet  səhifəsinə  daxil  ola 
bilərsiniz. 
 
 
Nəşrin  məqsədi  korrupsiya  hallarının  qarşısının  alınması  üzrə  mübarizədə 
aidiyyəti dövlət orqanları əməkdaşlarının maarifləndirilməsini təmin etməklə 
ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına dəstək verməkdir. 
 
Nəşr  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət 
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunub. 
 
Layihə rəhbəri: Vəkillər Kollegiyası Rəyasət Heyətinin, Hakimlərin Seçki 
Komitəsinin  üzvü,  “Azərbaycan  Hüquq  İslahatları 
Mərkəzi” İctimai Birliyinin sədri h.e.f.d. Anar Bağırov 
 
Redaktor:  hüquqşünas Fərhad Nəcəfov 
             
 
 
 
   
 
 
 
Ünvan: Bakı şəhəri, Füzuli küçəsi 49, 
            SKS Plaza, 7-ci mərtəbə 
Tel/Faks: +994 12 492 28 83 
e-mail: 
info@lawrewform.az
 
veb-səhifə: http://www.lawreform.az/
 
 



 
MÜNDƏRİCAT 
 
Dövlət qulluqçularının etik davranış qaydaları 
 

Hakimlərin etik davranış kodeksi 
 
17 
Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik 
davranış kodeksi 
 
23 
Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları 
 
33 
Vəkillərin davranış qaydaları haqqında əsasnamə 
 
45 
Daxili  işlər  orqanları  əməkdaşlarının  etik  davranış 
kodeksi 
 
48 
Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli 
şəхsinin şərəf kodeksi 
 
55 
Vergi işçisinin etik davranış kodeksi 
 
66 
Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  yanında 
Maliyyə  Monitorinqi  Xidmətinin  əməkdaşlarının  etik 
davranış qaydaları 
 
76 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət 
Agentliyi 
və 
tabeliyində 
olan 
ASAN 
xidmət 
mərkəzlərində  qulluq  keçən  dövlət  qulluqçularının  etik 
davranış qaydaları 
 
88 
 
 
 
 
 
 



 
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
 
Bu  Qanun  dövlət  qulluqçuları  üçün  etik davranış  qaydalarını  və 
prinsiplərini  və  onlara  əməl  edilməsi  ilə  bağlı  hüquqi 
mexanizmləri müəyyən edir. 
  
Fəsil 1. ÜMUMİ MÜDDƏALAR 
  
Maddə 1. Qanunun əhatə dairəsi  
  
1.1.  Bu  qaydalar  dövlət  qulluqçusu  statusuna  malik  olan  bütün 
şəxslərə şamil edilir.  
1.2.  Hər  bir  dövlət  qulluqçusu  qanunun  aliliyini,  insan 
hüquqlarını,  demokratik  prinsipləri  və  yüksək  etik  davranış 
qaydalarını  rəhbər  tutaraq  bu  Qanunun  müddəalarına  əməl 
etməyə borcludur. 
  
Maddə 2. Qanunun məqsədləri  
  
2.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:  
2.0.1.  dövlət  orqanlarının  və  dövlət  qulluğunun  nüfuzunun 
artırılması,  vətəndaşların  dövlət  orqanlarına  və  dövlət 
qulluqçularına etimadının yüksəldilməsi;  
2.0.2.  dövlət  orqanları  və  dövlət  qulluqçularının  fəaliyyətində 
səmərəliliyin və şəffaflığın artırılması; 
2.0.3. 
dövlət 
orqanlarında 
korrupsiyanın 
və 
dövlət 
qulluqçularının 
fəaliyyətində 
maraqların 
toqquşmasının 
qarşısının alınması; 
2.0.4.  dövlət  qulluqçuları  tərəfindən  etik  davranış  qaydalarına  
əməl olunmasının təmin edilməsi
2.0.5.  dövlət  qulluqçularından  gözlənilən  davranış  barədə 
vətəndaşların məlumatlandırılması; 



 
2.0.6. dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin 
qiymətləndirilməsinə 
vətəndaşların 
təsiri 
imkanlarının 
genişləndirilməsi. 
  
Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi 
  
3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona 
verilmiş  hüquqların  həyata  keçirilməsi  və  vəzifələrinin  yerinə 
yetirilməsi  ilə  əlaqədar  fəaliyyətidir.  Dövlət  qulluqçusunun 
xidməti  davranışı  bu  Qanunla  müəyyən  edilmiş  etik  davranış 
qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 
3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanuna və digər 
normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir. 
3.3.  Bu  Qanunla  müəyyən  olunmuş  etik  davranış  qaydalarını 
dəqiqləşdirən  normalar,  onlara   riayət  olunması  ilə  bağlı 
təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə 
müəyyənləşdirilə  bilər.  Göstərilən  normativ  hüquqi  aktlar  bu 
Qanunun müddəalarına zidd olmamalıdır. 
  
Fəsil 2. ETİK DAVRANIŞ QAYDALARI 
  
Maddə 4. Vicdanlı davranış   
  
4.1.  Şəxsin,  cəmiyyətin  və  dövlətin  maraqları  naminə  dövlət 
qulluqçuları  öz  vəzifə  borcunu  səmərəli  yerinə  yetirməyə 
borcludur. 
4.2.  Dövlət  qulluqçusu  bütün  hallarda  hər  bir  şəxs  üçün 
vicdanlılıq nümunəsi olmalıdır. 
  
Maddə 5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması  
  
5.1. 
Dövlət 
qulluqçusu 
öz 
fəaliyyətini 
Azərbaycan 
Respublikasının 
qanunvericiliyi 
ilə 
müəyyən 
olunmuş 
səlahiyyətlər  çərçivəsində  və  peşəkarlıq  səviyyəsində  yerinə 
yetirməyə borcludur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə