Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   2   3   4   5   6   7   8   9   ...   26

18 
 
Maddə  4.  Hakim  ona  həvalə  olunmuş  işlərə  baxarkən,  öz 
vəzifəsini ləyaqətlə icra etməli, fəaliyyətində ədalətli, qərəzsiz və 
dəyanətli olmalıdır. 
Maddə  5.  Hakim  hər  bir  şəraitdə  şərəf  və  ləyaqətini  qorumalı, 
məhkəmə  hakimiyyətinin  nüfuzuna,  hakimin  yüksək  adına  xələl 
gətirə,  ədalət  mühakiməsini  həyata  keçirərkən  onun 
obyektivliyini  və  müstəqilliyini  şübhə  altına  ala  bilən  hər  cür 
davranışdan çəkinməlidir. 
II. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hakimin 
davranış qaydaları 
Maddə 6. Hakim öz peşə vəzifələrini vicdanla icra etməli, işlərə 
və  materiallara  vaxtında  baxılması  üçün  qanunla  nəzərdə 
tutulmuş bütün zəruri tədbirləri görməlidir. 
Maddə  7.  Hakim  özünün  peşə  fəaliyyətinə  heç  bir  şəxs,  o 
cümlədən  qohum,  dost  və  tanış  tərəfindən,  hər  hansı  formada 
müdaxilə edilməsinə yol verməməlidir. 
İş  üzrə  qəbul  ediləcək  qərar  özünün,  ailə  üzvlərinin  və  digər 
qohumlarının  maraqlarına  toxuna  bilərsə,  habelə  qərəzsizliyi 
şübhə  doğurarsa,  hakim  həmin  işə  baxılmasında  iştirak 
etməkdən özü-özünə etiraz etməlidir. 
Maddə  8.  Hakim  proseslərdə  iştirak  edən  bütün  şəxslərə 
(tərəflər, o cümlədən müdafiəçilər, dövlət ittihamçıları, həmçinin 
şahidlər  və  s.)  eyni  münasibət  göstərməlidir.  Hakim  proses 
iştirakçılarından  hər  hansı  birinə  digərinə  nisbətdə  üstünlük 
verməməlidir. 
Hakim  irqi,  cinsi,  dini  və  ya  milli  xarakterli  fikir  nümayiş 
etdirməməli, hər hansı diskriminasiyaya yol verməməlidir. 


19 
 
Maddə  9.  Hakim  yüksək  məhkəmə  mədəniyyətini  nümayiş 
etdirməklə  proses  iştirakçılarının  hər  birinə  qarşı  münasibətdə 
ədəb  və  nəzakətlə  davranmalı,  prosesin  bütün  iştirakçılarından 
bir-birinə  və  məhkəməyə  hörmətlə  yanaşmağı  tələb  etməli, 
məhkəməyə 
qarşı 
aşkar 
hörmətsizlik 
göstərənləri 
cəzalandırmalıdır. 
Maddə  10.  Hakim  hər  hansı  hakimiyyət  və  idarəetmə 
orqanlarının,  habelə  ayrı-ayrı  şəxslərin  təsiri  altına  düşməməli, 
ictimai rəy və ya tənqid onun tərəfindən qəbul edilən qərarların 
qanuniliyinə və əsaslılığına təsir etməməlidir. 
İşə  kollegial  baxılarkən,  hakim  qərarını  onunla  bir tərkibə  daxil 
olan  digər  hakimlərin  ifadə  etdikləri  fikirləri  nəzərdən  keçirilə, 
öz daxili inamına əsaslanmaqla qəbul etməlidir. 
Maddə  11.  İnzibati  səlahiyyətlərə  malik  olan  hakim 
(məhkəmənin sədri, məhkəmə sədrinin müavini, kollegiya sədri, 
habelə  həmin  vəzifələri  müvəqqəti  icra  edənlər)  həmin 
səlahiyyətləri vicdanla yerinə yetirməli, bundan digər hakimlərə 
qarşı  təzyiq  vasitəsi  kimi  istifadə  etməməli,  hakimlərin 
müstəqilliyini 
məhdudlaşdıran 
hər 
hansı 
hərəkətdən 
çəkinməlidir. 
Maddə  12.  Hakim  vəzifələrinin  icrası  ilə  əlaqədar  ona  məlum 
olmuş  sirri  yaymamalıdır.  Başa  çatmamış  məhkəmə  işləri  ilə 
əlaqədar  faktlar  barədə  və  yaxud  məhkəmə  baxışına  təyin 
olunmuş işlər haqqında şərhlər, izahat verməməli, ictimaiyyət və 
kütləvi  informasiya  vasitələrinin  nümayəndələri  ilə  görüşlərdə 
bu  və  ya  digər  məhkəmə  işi  barədə  konkret  fikrini 
bildirməməlidir.  İşdən  kənarda  qanuni  qüvvəyə  minmiş 
məhkəmə  qərarlarını  və  digər  hakimlərin  hərəkətlərini  şübhə 
altında qoymamalıdır. 


20 
 
Maddə 13. Hakim icraatında olan işin aid olduğu şəxslərlə qeyri-
prosessual  münasibətlər  yaratmamalı,  onlarla  bu  cür 
ünsiyyətdən çəkinməlidir. 
Maddə  14.  Hakim  məhkəmə  baxışının  aşkarlığı  prinsipini 
gözləməlidir.  Bu  prinsip  ancaq  qanunvericilikdə  müəyyən 
olunmuş hallarda məhdudlaşdırıla bilər. 
Hakim  kütləvi  informasiya  vasitələri  nümayəndələrinin 
ictimaiyyəti 
məhkəmə 
orqanlarının 
fəaliyyəti 
barədə 
məlumatlandırmaqdan  ibarət  vəzifəsinə  hörmətlə  yanaşmalıdır. 
Əldə  ediləcək  informasiyadan  məhkəməyə  təsir  göstərmək 
vasitəsi  kimi  istifadə  olunacağına  əsaslı  şübhələr  yoxdursa, 
hakim  kütləvi  informasiya  vasitələri  nümayəndələrinin  işinə 
imkan yaratmalıdır. 
Hakim  hər  hansı  kütləvi  informasiya  vasitələri  orqanı  və  ya 
nümayəndəsi  ilə  hakimin  davranışına  və  məhkəmə  prosesinin 
gedişinə nüfuz və ya təsir edə biləcək şəxsi əlaqələr qurmamalı, 
bu  əlaqələrdən  öz  maraqları  üçün  istifadə  etməkdən 
çəkinməlidir. 
Maddə  15.  Hakim  ədalət  mühakiməsinin  həyata  keçirilməsi 
üçün zəruri olan nəzəri və təcrübi bilik səviyyəsini daim inkişaf 
etdirməlidir. 
Maddə  16.  Hakim  zahirən  səliqəli  olmalı,  məhkəmə  iclasını 
xüsusi  geyimdə,  məhkəmə  hakimiyyətinin  rəmzləri  ilə  təmin 
edilmiş  iclas  zalında  aparmalı,  prosessual  sənədləri  tərtib 
edərkən  qanuna  müvafiq  olaraq  hamıya  aydın  və  dövlət  dilinin 
tələblərinə  cavab  verən  sözlərdən  və  məfhumlardan  istifadə 
etməlidir. 
Maddə  17.  Hakim  qulluq  səlahiyyətlərindən  istifadə  edərək  öz 
şəxsi  və  yaxud  ailə  üzvlərinin  maraqlarını  güdməyə  və  müdafiə 


21 
 
etməyə  haqlı  deyildir.  O,  özünü  elə  aparmalıdır  ki,  onun  ailə, 
ictimai və s. münasibətləri tutduğu vəzifəyə xələl gətirməsin. 
Maddə 18. Hakim baxdığı işlə əlaqədar olaraq təşəkkür əlaməti 
kimi hədiyyə, sovqat və bəxşiş qəbul etməməli, işin həllinə təsir 
edə bilən xidmətlərdən çəkinməlidir. 
III. Hakimin peşə fəaliyyətindən kənar davranış qaydaları 
Maddə 19. Hakimin professional fəaliyyətindən kənar davranışı 
onun ədalətli, obyektiv, qərəzsiz olmasına kölgə salmamalıdır. 
Maddə  20.  Hakim  peşə  fəaliyyətinin  həyata  keçirilməsinə  və 
məhkəmə  hakimiyyətinin  nüfuzuna  xələl  gətirməyən  ictimai 
fəaliyyətdə iştirak edə, maraqlarının müdafiəsi, peşə hazırlığının 
artırılması  və  müstəqilliyinin  qorunması  üçün  hakim 
assosiasiyaları yarada, onlara daxil ola bilər. 
Hakim,  onun  müstəqilliyini  və  ya  qərəzsizliyini  gözdən  sala 
biləcək hər hansı fəaliyyətdən çəkinməlidir. 
Maddə  21.  Hakim  heç  bir  seçkili  və  ya  təyinatlı  vəzifələr  tuta 
bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir 
sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola 
bilməz. 
Maddə 22. Hakim siyasi partiyalara və hərəkətlara mənsub ola, 
onlara  bu  və  ya  digər  formada  dəstək  göstərə,  siyasi  xarakter 
daşıyan  kütləvi  tədbirlərdə  iştirak  edə,  siyasi  baxışlarını  açıq 
ifadə edə bilməz. 
Maddə  23.  Hakim  məhkəmə  sistemi,  məhkəmə  quruluşu, 
məhkəmə icraatı və digər hüquq məsələləri ilə bağlı qanunverici 
və icra hakimiyyəti orqanları, habelə yerli özünüidarə orqanları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə