Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.

səhifə8/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

29 
 
məhkəmə və hüquq mühafizə orqanları, eləcə də müdafiəçilərlə 
səmərəli  əlaqələr  istiqamətində    qurmalı,  qanunvericiliklə 
müəyyən  edilmiş  qaydada  həmkarlarına  hərtərəfli  kömək 
göstərməlidir. 
 
24. Prokurorluq işçisi geyim qaydalarına ciddi riayət etməlidir. 
25.  Prokurorluq  işçisi  istifadəsində  olan  dövlət  əmlakından, 
maliyyə 
vəsaitlərindən, 
rabitə, 
kompyuter 
və 
digər 
kommunikasiya  sistemlərindən,  nəqliyyat  vasitələrindən  və 
digər  maddi-texniki  təchizat  avadanlıqlarından  qənaətlə  və 
səmərəli istifadə etməlidir. 
IV.  MADDİ  VƏ  QEYRİ-MADDİ  NEMƏTLƏRİN,  İMTİYAZLARIN 
VƏ  YA  GÜZƏŞTLƏRİN  QANUNSUZ  ƏLDƏ  EDİLMƏSİNƏ  YOL 
VERİLMƏMƏSİ 
26. Prokurorluq işçisinin qanunsuz olaraq maddi və qeyri-maddi 
nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  əldə  etməyə  yönəlmiş 
hərəkətlər  (hərəkətsizlik)  etməsi  və  ya  bu  məqsədlə  qərarlar 
qəbul etməsi yolverilməzdir. 
27. Prokurorluq işçisi onun hərəkətlərinin (hərəkətsizliyinin) və 
ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya 
güzəştlər  əldə  etməyə  gətirib  çıxarmasını  istisna  edən  tədbirlər 
görməlidir. 
 
28.  Prokurorluq  işçisinə  qanunsuz   maddi  və  qeyri-maddi 
nemətlər,  imtiyazlar  və  ya  güzəştlər  təklif olunduğu  hallarda,  o, 
bunlardan  imtina  etməlidir.  Maddi  və  qeyri-maddi  nemətlər, 
imtiyazlar  və  ya  güzəştlər  prokurorluq  işçisinə  ondan  asılı 
olmayan  səbəblərdən  verilərsə,  o,  bu  barədə  birbaşa  rəhbərinə 
məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və 
ya güzəştlər müvafiq qaydada akt üzrə təhvil verilməlidir. 


30 
 
29. Prokurorluq işçisi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir 
edə  bilən  və  ya  bu  cür  təsir  təəssüratı  yaradan  və  ya  onun 
vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya 
bu  cür  mükafat  təəssüratı  yaradan  hədiyyələri  özü  və  ya  digər 
şəxslər  üçün  tələb  edə  və  ya  qəbul  edə  bilməz.  Bu  qayda 
qonaqpərvərliklə  bağlı  və  dəyəri  «Korrupsiyaya  qarşı  mübarizə 
haqqında»  Azərbaycan  Respublikasının  Qanununda  nəzərdə 
tutulmuş  məbləğdən  yuxarı  olmayan  hədiyyələrin  təqdim 
olunduğu hallara şamil edilmir. 
30.  Prokurorluq  işçisi  qulluq  etdiyi  dövrdə  maraqların 
toqquşmasına  yol  verməməli  və  qanunsuz  olaraq  öz  vəzifə 
səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. 
V.  PROKURORLUQ  İŞÇİSİNİN  XİDMƏTİ  FƏALİYYƏTİNDƏN 
KƏNAR DAVRANIŞI İLƏ BAÄžLI TƏLƏBLƏR 
31. Prokurorluq işçisinin xidməti fəaliyyətindən kənar davranışı 
onun peşə nüfuzuna kölgə salmamalıdır. 
32.  Prokurorluq  işçisi  xidməti  fəaliyyətinə  və  prokurorluğun 
nüfuzuna zərər gətirə bilən ictimai fəaliyyətlə məşğul ola bilməz. 
33. Prokurorluq işçisi xüsusi geyim formasını, xidməti silahını və 
xidməti  vəsiqəsini  nümayiş  etdirməklə  vətəndaşlara,  idarə, 
müəssisə  və  təşkilatlara  qanunsuz  təsir göstərməməli,  onlardan 
sui-istifadə  hallarına  yol  verməməli,  iş  vaxtından  kənar 
müddətdə  ictimai  yerlərdə  xüsusi  formadan  istifadəyə 
məhdudiyyətlər qoymalıdır. 
VI.  KODEKSİN  TƏLƏBLƏRİNİN  HƏYATA  KEÇİRİLMƏSİNİN 
TƏMİN  OLUNMASI  VƏ  HƏMİN  TƏLƏBLƏRİN  POZULMASINA 
GÖRƏ PROKURORLUQ İŞÇİSİNİN MƏSULİYYƏTİ 
34.  Bu  Kodeksin  tələblərinin  pozulması  prokurorluq  işçisinin 
adına  yaraşmayan  hərəkət  kimi  qiymətləndirilməli  və  bu 


31 
 
tələbləri  pozan  prokurorluq  işçisi  barəsində  intizam  tənbeh 
tədbirləri görülməlidir. 
35. Prokurorluq işçisinin davranışının etik davranış qaydalarına 
uyğunluğu  onun  özü,   birbaşa  və  yuxarı  rəhbərləri  tərəfindən 
müntəzəm təhlil edilir. 
36.  Prokurorluq  orqanlarında  etik  davranış  qaydalarına  əməl 
olunmasına  nəzarəti  rəhbər  vəzifəli  işçilər  həyata  keçirir.  Bu 
məqsədlə  rəhbər vəzifəli işçilər: 
1.
 
tabeliyindəki  işçilərin  iş  həcmini,  xidməti  funksiyalarının 
həcmini  və  vəzifələrini  onların  xidməti  keyfiyyətlərinə 
uyğun müəyyən etməli
2.
 
tabeliyindəki  şəxsləri  hüquqazidd,  ümumi  qəbul  edilmiş 
etik  normalara  sığmayan  qərarlar  qəbul  etməyə  və 
hərəkətlərə sövq etməməli; 
3.
 
şəxsi  münasibətlər  zəminində  kadrların  seçilməsi  və 
yerləşdirilməsi hallarına yol verməməli
4.
 
öz  xidməti  davranışları  ilə  bu  Kodeksə  əməl  edilməsinə 
nümunə göstərməli; 
5.
 
prokurorluq işçiləri tərəfindən etik davranış qaydalarının 
pozulmasının  qarşısının  alınması  və  profilaktikası  üzrə 
tədbirləri müəyyən etməli; 
6.
 
xidməti  davranış  qaydalarının  pozulmasına  görə  intizam 
tənbehlərini  tətbiq  etməli  və  ya  buna  səlahiyyəti  olan 
şəxslər qarşısında məsələ qaldırmalı; 
7.
 
etik  davranışları  ilə   fərqlənən  işçilərə  həvəsləndirmə 
tədbirləri tətbiq etməli və ya buna səlahiyyəti olan şəxslər 
qarşısında məsələ qaldırmalı; 
8.
 
etik  davranış  qaydalarına  əməl  olunması  ilə  bağlı 
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata 
keçirməlidir.  
37.  Prokurorluq  işçisi  xidməti  fəaliyyətində  və  xidməti 
fəaliyyətindən  kənar  vaxtda  qanun  pozuntusuna  yol  verdikdə 


32 
 
qanunvericiliklə  nəzərdə  tutulmuş  qaydada  məsuliyyət  daşıyır. 
Bundan  əlavə,  Kodeksin  tələblərini  pozan  prokurorluq  işçisinin 
hərəkətlərinə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ali 
Attestasiya  Komissiyasında  baxıla  bilər.  Ali  Attestasiya 
Komissiyası prokurorluq işçisinin bu Kodeksin tələblərini pozan 
hərəkətinə  qiymət  vermək  və  barəsində  müvafiq  qərar  qəbul 
edilməsi  üçün  aidiyyəti  üzrə  müraciət  etmək  səlahiyyətlərinə 
malikdir. Ali Attestasiya Komissiyası prokurorluq işçisinin qeyri-
etik  hərəkətlərinə  görə  mətbuatda  və  ayrı-ayrı  şəxslər 
qarşısında  səhvini etiraf etməsini də tələb edə bilər. 
38.  Bu  Kodeksin  tələblərinin  pozulması  halları  barədə 
məlumatlar  hərtərəfli  araşdırılmalı,  prokurorluq  işçisi  adına 
xələl  gətirən  hərəkətlərə  yol  verilməsi  müəyyən  edildikdə, 
qanunvericiliklə 
müəyyən 
edilmiş 
müvafiq 
tədbirlər 
görülməlidir. 
 
 




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə