Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   2   3   4   5   6   7   8   9   ...   26

14 
 
normativ  xarakterli)  aktları   işləyib  hazırlamalı  və  təsdiq 
etməlidir; 
21.2.9.  etik  davranış  qaydalarını  pozan  dövlət  qulluqçularının 
intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir
21.2.10. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən 
həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik 
olmaları  barədə  vətəndaşları  və  təşkilatları  məlumatlandırmaq 
üçün tədbirlər görməlidir; 
21.2.11.  etik  davranış  qaydalarının  pozulması  halları  ilə  bağlı 
həyata  keçirilmiş  tədbirlər  barədə  vətəndaşları,  təşkilatları  və 
dövlət orqanlarını məlumatlandırmalıdır; 
21.2.12.  etik  davranış  qaydalarının  pozulmasının  nəticələrinin 
aradan  qaldırılması,  habelə  dövlət  orqanına  ictimai  etimadın 
artırılması üçün tədbirlər görməlidir; 
21.2.13.  etik  davranış  qaydalarına  əməl  olunması  ilə  bağlı 
qanunvericiliklə  nəzərdə  tutulmuş  digər  vəzifələri  həyata 
keçirməlidir. 
  
Maddə 22. Nəzarət orqanının səlahiyyətləri 
  
22.1. Nəzarət orqanı bu Qanunla müəyyən edilmiş etik davranış 
qaydalarına  əməl  edilməsi  və  bu  Qanunun  tətbiqi  ilə  bağlı 
məsələlərin 
əlaqələndirilməsi 
məqsədi 
ilə 
aşağıdakı 
səlahiyyətləri həyata keçirir: 
22.1.1.  bu  Qanunla  müəyyən  edilmiş  etik  davranış  qaydalarına 
əməl  edilməsi  vəziyyətini  öyrənir  və  bu  barədə  məlumatları 
ümumiləşdirir; 
22.1.2. dövlət qulluqçularından və digər şəxslərdən bu Qanunun 
müddəalarının  pozulması  ilə  bağlı  şikayətlər  və  məlumatlar 
qəbul edir; 
22.1.3.  daxil  olan  şikayətlər  və  məlumatlardan  irəli  gələn 
məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və  təqdimatlar verir; 
22.1.4.  dövlət  qulluqçularının  etik  davranış  məsələləri  üzrə 
ictimai  rəyin  öyrənilməsi  və  bununla  bağlı  maarifləndirmənin 
həyata keçirilməsi üçün tədbirlər görür


15 
 
22.1.5.  dövlət  qulluqçularının  etik  davranış  məsələləri  üzrə 
araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr 
tərtib edir; 
22.1.6.  dövlət  qulluqçularının  etik  davranış  məsələləri  üzrə 
qeyri-hökumət  təşkilatları,  kütləvi  informasiya  vasitələri  və 
müstəqil ekspertlərlə əməkdaşlıq edir; 
22.1.7.  daxil  olmuş  materiallarda  hüquqpozmaların  əlamətləri 
olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara 
göndərir;  
22.1.8.  dövlət  qulluqçularının  etik  davranış  məsələləri  ilə  bağlı 
qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir; 
22.1.9.  qanunvericiliklə  göstərilmiş  digər  səlahiyyətləri  həyata 
keçirir. 
22.2.  Nəzarət  orqanı  etik  davranış  qaydalarının  pozulması  ilə 
əlaqədar  dövlət  qulluqçusuna  qarşı  aparılan  intizam  icraatının 
gedişinə hər hansı formada müdaxilə edə bilməz. 
  
Maddə  23.  Etik  davranış  qaydalarının  pozulmasına  görə 
məsuliyyət 
  
23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun 
intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. 
23.2. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi 
qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata 
keçirilir. 
23.3. Aşağıdakı hallarda intizam icraatına  başlanıla bilər: 
23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən 
pozulması  barədə  hüquqi  və  ya  fiziki  şəxslər  tərəfindən  şikayət 
və ya digər məlumatın verilməsi; 
23.3.2.  kütləvi  informasiya  vasitələrində  dövlət  qulluqçusu 
tərəfindən bu Qanunun müddəalarının pozulması və maraqların 
toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi. 
23.4.  İntizam  icraatı  zamanı  dövlət  qulluqçusu  tərəfindən  yol 
verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar 


16 
 
edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri 
bu barədə cinayət təqibi orqanına məlumat verməlidir. 
  
Maddə 24. Bu qanunun qüvvəyə minməsi 
  
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 
 
 
İlham Əliyev, 
Azərbaycan Respublikasının  Prezidenti  
 
Bakı şəhəri, 31 may 2007-ci il 
№ 352-IIIQ 
 
 
 


17 
 
Azərbaycan 
Respublikası 
Məhkəmə-Hüquq  Şurasının  22 
iyun  2007-ci  il  tarixli  qərarı  ilə 
təsdiq edilmişdir. 
 
Hakimlərin Etik Davranış Kodeksi 
Hakimlərin  Etik  Davranış  Kodeksi  (bundan  sonra  «Kodeks») 
hakimlik  fəaliyyətinin  etik  prinsiplərinin  və  standartlarının 
toplusudur.  Kodeks  hakimlər  üçün  spesifik  əxlaq  və  ədəb 
tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən 
kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini 
müəyyən edir. 
I. Ümumi müddəalar 
Maddə 1. Hakim bütün fəaliyyəti dövründə dövlətin, vətəndaşın 
və  ədalət  mühakiməsinin  qarşısında  onun  məsuliyyətini 
təcəssüm  etdirən  hakim  andına  sadiq  olmalı,  səlahiyyətlərini 
həyata  keçirərkən  və  xidmətdən  kənar  fəaliyyətində  bu  anda 
uyğun davranış nümayiş etdirməlidir. 
Maddə  2.  Hakim  bütün  hallarda  Azərbaycan  Respublikasının 
Konstitusiyasına  riayət  etməli,  «Məhkəmələr  və  hakimlər 
haqqında»  Azərbaycan  Respublikasının  Qanununu  və  digər 
normativ  hüquqi  aktları  rəhbər  tutmalı,  cəmiyyətdə  məhkəmə 
hakimiyyətinə, 
habelə 
hakimlərin 
müstəqilliyinə 
və 
qərəzsizliyinə hörmətin artmasına rəvac verməlidir. 
Maddə  3.  Ədalət  mühakiməsinin  həyata  keçirilməsi  üzrə 
vəzifələrin  icrası  hakimin  fəaliyyətində  üstün  əhəmiyyətə 
malikdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə