Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   2   3   4   5   6   7   8   9   10   ...   26

26 
 
onların  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunu  ləkələyə  biləcək 
qərarlara  və  hərəkətlərə  (və  ya  hərəkətsizliyə)  yol 
verməməlidir.   Prokurorluq  işçisi  nəzərə  almalıdır  ki,  milli 
qanunvericiliklə   və  beynəlxalq  konvensiyalarla  təsbit  edilən 
insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi 
Azərbaycan dövlətinin ali məqsədidir. 
10. Prokurorluq işçisi obyektiv olmalı, cinayət mühakimə icraatı 
zamanı  konfidensiallığın  qorunması  prinsipini  nəzərə  almaqla 
şəffaflığı  təmin  etməli,  qohumları  və  ya  yaxınları  da  daxil 
olmaqla,  hər  hansı  kənar  şəxsin  onun  işinə  müdaxilə  etməsinə 
yol verməməli, digər hakimiyyət və idarəetmə strukturlarının və 
ya hər hansı şəxsin təsiri altına düşməməli və onları da belə təsir 
altına  salmamalıdır.  Prokurorluq  işçisi  dövlətin  cinayət  hüquq 
siyasətinin effektli  və  ədalətli  təmini  sahəsində  qanunvericiliklə 
müəyyən  edilmiş  qaydada  dövlət  və  hüquq  mühafizə  orqanları 
ilə  səmərəli  əməkdaşlığı  təmin  etməli,  ona  verilmiş  imtiyaz  və 
səlahiyyətləri nümayiş etdirməməlidir. 
11. Prokurorluq işçisi vəzifələrinin icrası ilə əlaqədar ona məlum 
olan  sirləri  və  xidməti  istifadə  üçün  nəzərdə  tutulmuş 
məlumatları  yaymamalı,  vətəndaşların  şəxsi  həyatına,  şərəf  və 
ləyaqətinə  toxunan  məlumatların  məxfi  saxlanılmasını  təmin 
etməlidir. Prokurorluq işçisi xidməti fəaliyyəti zamanı əldə etdiyi 
məlumatları şəxsi maraqları üçün istifadə etməməlidir. 
12.  Prokurorluq  işçisi  icraatındakı  işlər  üzrə  təqsirsizlik 
prezumpsiyası  və  digər  prinsiplərə  daim  riayət  etməli,  ədalətli 
məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin 
formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol verməməlidir. 
13.  Prokurorluq  işçisi  icraatında  olan  işlər  üzrə  proses 
iştirakçıları  ilə  qanunla  nəzərdə  tutulmayan  qeyri-prosessual 
münasibətlər  yaratmamalı,  icraatında  olan  işlərin  məqbul və  ya 
qeyri-məqbul  həlli  nəticəsinə  dair  maraqlı  şəxslərə  vədlər 
verməməlidir. 


27 
 
 
14.  Prokurorluq  işçisi  qərarlar  qəbul  edərkən  və  xidməti 
vəzifələrini  yerinə  yetirərkən  ədalətli  və  qərəzsiz  olmalı,  irqinə, 
milliyyətinə, dilinə, cinsinə, sosial və dini mənsubiyyətinə, qulluq 
mövqeyinə,  əqidəsinə,  siyasi  partiyalara  və  ictimai  birliklərə 
mənsubiyyətinə  görə  hər  hansı  şəxsin  üstünlüyünə  yol 
verməməlidir.  Prokurorluq  işçisi  xidməti  fəaliyyətində 
obyektivliyin  təmin  edilməsi  üçün  qanunla  nəzərdə  tutulmuş 
hallar  mövcud  olduqda,  müəyyən  edilmiş  qaydada  özünün 
prosesdən kənarlaşdırılması barədə məsələ qaldırmalıdır. 
15. Prokurorluq işçisi özünə qarşı tələbkar olmalı, üzərinə düşən 
vəzifələri  vaxtında  və  vicdanla  yerinə  yetirməli,  bürokratizm və 
süründürməçilik hallarına yol verməməlidir. 
16.  Prokurorluq  işçisi  özünə  qarşı  tənqidi  olmalı,  qeyri-etik 
davranışa  yol  verməməli,  belə  hal  olduqda  isə  səhvini  etiraf 
etməklə  onun  aradan  qaldırılması  üçün  tədbirlər  görməlidir. 
Xidməti  fəaliyyətini  yerinə  yetirərkən  digər  şəxslərə  qarşı 
nəzakətli, diqqətli, təmkinli və xeyirxah olmalıdır. 
17.  Cinayət  mühakimə  icraatı  zamanı  prokurorluq  işçisi  «İnsan 
hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında»  
Konvensiya  ilə  müəyyən  edilmiş  ədalətli  mühakimə  hüququna 
daim  riayət  etməli,  proses  iştirakçılarına  yalan  məlumatların 
ötürülməsinə, eləcə də prosessual hərəkətləri həyata keçirərkən 
etik qaydaların pozulması hallarına yol verməməlidir. 
18.  Cinayət  mühakimə  icraatı  zamanı,  o  cümlədən  dövlət 
ittihamını müdafiə edərkən prokurorluq işçisi proses iştirakçıları 
ilə  etik  qaydalar  çərçivəsində  münasibət  qurmağa  səy 
göstərməli, nitq mədəniyyətinə riayət etməlidir. 
19.  Prokurorluq  işçisi  ümumi  və  hüquqi  biliklərini,  nəzəri  və 
peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləməli, 


28 
 
milli  qanunvericilikdəki  və  beynəlxalq  hüquqdakı  yenilikləri 
yaxından izləməlidir. 
Prokurorluq işçisi ilk növbədə şübhəli və təqsirləndirilən şəxsin, 
eləcə  də   zərər  çəkmiş  şəxsin,  şahidin  və  digər  şəxslərin 
qanunvericiliklə  müəyyən  edilmiş  hüquq  və  vəzifələrinə, 
həmçinin  Azərbaycan  Respublikasının  Konstitusiyası,  qanunları, 
«İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında» 
Konvensiya,  habelə  dövlətin  tərəfdar  çıxdığı  digər  beynəlxalq 
sənədlərlə  müəyyən  edilmiş  insan  hüquq  və  azadlıqlarına  dair 
prinsip və normalara yaxından bələd olmalıdır. 
20.  Prokurorluq  işçisi  kütləvi  informasiya  vasitələrinin 
prokurorluğun  fəaliyyətini  işıqlandırmaq  istəyinə  rəğbətlə 
yanaşmalı,  kütləvi  informasiya  vasitələri  təmsilçilərinin  dürüst 
və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən 
edilmiş hallarda və qaydada kömək göstərməlidir. 
21.  Prokurorluq  işçisi   birbaşa  və  yuxarı  rəhbərinə  qarşı 
münasibətdə  tabeçilik  qaydalarına  dönmədən  riayət  etməli  və 
tabeliyində  olan  işçilərə  qarşı  nəzakətli,  diqqətli  və  qayğıkeş 
olmalıdır.  Prokurorluq  işçisi  həmkarları  ilə   münasibətlərdə  də 
hər bir şəraitdə peşə etikasını gözləməlidir. 
Prokurorluq işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun 
olan  və  səlahiyyətləri  daxilində  qəbul  etdiyi  yazılı  əmri, 
sərəncamı  və  ya  verdiyi  şifahi  tapşırıqları  yerinə  yetirməyə 
borcludur. 
 
22.  Prokurorluq  işçisi  tabeliyində  olan  işçilərə  vəzifə 
səlahiyyətlərindən irəli gələn üstünlüyünü nümayiş etdirməməli, 
tabeliyində  olan  işçiləri  dini,  milli,  irqi,  cinsi,  sosial  mənşəyi, 
habelə tutduğu vəzifəyə görə fərqləndirməməlidir. 
23. Prokurorluq işçisi fəaliyyətini beynəlxalq hüquqi əməkdaşlıq 
çərçivəsində  digər  dövlətlərin  prokurorluq  orqanları,  həmçinin  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə