Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

52 
 
 
Maddə 12. 
Cəmiyyətdə  qəbul  olunmuş  ailə-məişət  normalarına  riayət 
etməli,  ailəsinin,  o  cümlədən,  uşaqlarının  və  valideynlərinin 
qayğısına  qalmalı,  nigahda  sədaqətli  olmalı,  qadın-kişi 
münasibətlərində  riyakarlığa  və  pozğunluğa  yol  verməməli, 
başqalarını da buna sövq etməməlidir.   
 
Maddə 13. 
Icrasının  mümkün  olamayacağını  qabağcadan  bildiyi  (və  ya 
bilməli  olduğu)  öhdəlikləri  (borc  pul,  kirayə  və  s.),  üzərinə 
götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdiril-
miş şərtlərə uyğun icra etməlidir. 
 
Maddə 14. 
Iş  qrafikinə  və  zərurət  yarandıqda  tətbiq  olunan  xüsusi  xidmət 
rejiminə  ciddi  riayət  etməli,  xidmət  yerinə  vaxtında  gəlib 
vaxtında  getməli,  üzürsüz  səbəbdən  xidmətdən  yayınma 
hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa 
rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir.  
Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş 
miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə 
hadisələr  baş  verdikdə  çağırışsız  xidmət  yerinə  gəlməlidir. 
Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf 
etməməlidir. 
 
Maddə 15. 
Yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, 
dərhal 
bu 
barədə 
xidmət 
etdiyi 
orqanın 
rəisini 
məlumatlandırmalıdır.  Müəyyən edilmiş qaydada icazə almadan 
yaşadığı  (işlədiyi)  inzibati  rayonu  tərk  etməməli,  məzuniyyətə 
çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir. 
 
Maddə 16. 


53 
 
Özünə  və  həmkarlarına  qarşı  tələbkar  olmalı,  Davranış 
Kodeksində  müəyyən  olunmuş  qaydaların  daxili  işlər 
orqanlarının hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə 
rastlaşdıqda,  onların  aradan  qaldırılması  üçün  tədbir  görməli, 
zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir. 
 
Maddə 17. 
Müxtəlif  məsələlərlə  bağlı    keçirilən  xidməti  təhqiqat  və  ya 
yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, 
obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. 
 
Maddə 18. 
Kriminal  və  müəmmalı  həyat  tərzi  keçirən,  o  cümlədən 
cinayətkar  aləmdə  tanınmış  və  nüfuza  malik  şəxslərlə  xidməti 
zərurətlə  bağlı  olmayan 
əlaqələr  yaratmamalı,  şəxsi 
münasibətlər  qurmamalı,  onlarla  hər  hansı  bir  sövdələşmələrə 
getməməlidir.  
 
Maddə 19. 
Öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti 
məsələlərə  müdaxilə  etməməli,  başqa  əməkdaşların  səlahiyyət 
dairəsinə aid məsələlərə, icraatında olan sənəd və materialların 
həllinə  təsir  etməyə  cəhd  etməməli,  xidməti  zərurətdən  irəli 
gəlməyən maraq göstərməməlidir. 
Subordinasiya  qaydalarını  gözləməli,  şikayət  halları  istisna 
olmaqla,  DIN-in  rəhbərliyinə  yalnız  birbaşa  rəisləri  vasitəsi  ilə 
müraciət etməlidir. 
 
Maddə 20. 
Xidməti  vəzifələrindən  və  xidməti  mövqeyindən  şəxsi 
məqsədlərlə  istifadə  etməməli,  xidməti  zərurətlə  bağlı  olmayan 
hallarda  daxili  işlər  orqanları  əməkdaşı  olmasını  qabartmamalı, 
xidməti vəsiqəsini yersiz təqdim etməməlidir.  
 
Maddə 21. 


54 
 
Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi
mükafatlandırılması,  imtiyazların  əldə  edilməsi  üçün  müəyyən 
olunmuş  qaydalara  zidd  yollar  axtarmamalı,  kənar  vasitəçilərin 
bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir. 
 
Maddə 22. 
Davranış  kodeksində  təsbit  olunmuş  prinsip  və  qaydaların 
əməkdaş  tərəfindən  yerinə  yetirilməməsi  xidməti  və  icra 
intizamının  pozulması,  daxili  işlər  orqanları  əməkdaşının  adına 
xələl  gətirən  ləyaqətsiz  hərəkət  kimi  qiymətləndirilir  və 
«Azərbaycan  Respublikası  daxili  işlər  orqanlarının  intizam 
nizamnaməsi»ndə  müəyyən  olunmuş  qaydada  intizam 
məsuliyyəti doğurur.  
İntizam  məsuliyyətinin  dərəcəsi  və  tənbehin  növü  yol  verilmiş 
intizam  pozuntusu  faktı  üzrə  keçirilən  xidməti  təhqiqatın  və  ya 
araşdırmanın  nəticələrinə  əsasən,  buna  səlahiyyəti  olan  vəzifəli 
şəxs tərəfindən müəyyən edilir. 
 
 
 


55 
 
Azərbaycan  Respublikasi  Dövlət 
Gömrük  Komitəsinin  Kollegiyasinin 
15 may 2001-ci  il tariхli 02/01 sayli 
qərari ilə təsdiq edilmişdir. 
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli  
şəхsinin şərəf kodeksi 
 
Ümumi müddəalar 
 
Azərbaycan  Respublikası  gömrük  orqanının  vəzifəli  şəхsinin 
Şərəf  Kodeksi  (bundan  sonra  «Şərəf  Kodeksi»)  gömrük 
əməkdaşının  əхlaq  prinsiplərini  və  onun  davranış  qaydalarını 
müəyyən  edir.  Özünə  gömrük  orqanının  əməkdaşı  peşəsini 
seçmiş  Azərbaycan  Respublikasının  vətəndaşı  gömrük  orqanına 
хidmətə  daхil  olarkən  Şərəf  Kodeksinin  norma  və  müddəalarını 
yerinə yetirməyi öz öhdəsinə götürür. 
Bu Kodeks gömrük orqanının vəzifəli şəхsinin əхlaq normalarını 
dəqiq  və  aydın  şəkildə  təyin  etməklə  yanaşı,  şəхsi  məsuliyyət, 
qanuna  riayət  edilməsi,  özünə  və  başqalarına  münasibət 
prinsiplərini  müəyyən  edir,  ictimaiyyətlə  münasibətdə  etik  və 
digər məsələlərin həllinə dair vəzifələri özündə əks etdirir. 
Azərbaycan  Respublikasının  gömrük  orqanının  vəzifəli  şəхsi  öz 
Vətəninə,  Konstitusiyaya   və  Andına  sadiq  olmalı,  dövlətin 
iqtisadi  maraqlarını  və  təhlükəsizliyini  qorumalıdır.  Vətənə 
məhəbbət, öz peşəsinə sədaqət gömrük əməkdaşının хidmətinin 
başlıca prinsipləridir. 
Gömrük  əməkdaşı  adını  qorumaq,  onu  şərəflə  daşımaq,  Vətənə 
sədaqətlə хidmət etməklə bu adı doğrultmaq lazımdır. 
Gömrük  orqanının  vəzifəli  şəхsi  хalqımızın  mənəvi  və  əхlaqi 
dəyərlərini  uca  tutmalı,  yeni  yaranmış  və  formalaşmış 
Azərbaycan gömrüyünün ən yaхşı ənənələrini daim qorumalı və 
inkişaf etdirməlidir. 
 
1. Şəхsi məsuliyyət 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə