Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   18   19   20   21   22   23   24   25   26

72 
 
8.4. Kənar sahədə işə qəbul olunmanın müddəti ərizədə öz əksini 
tapmalıdır.  Ərizədə  göstərilmiş  müddəti  keçən  hər  hansı  bir 
məşğuliyyətə  görə  yeni  təsdiq  olunma  lazımdır.  Əgər 
məşğulluğun  müddətinin  uzadılması  məlumdursa,  yeni  təsdiq 
olunma  ilə  bağlı  təqdim  olunmuş  ərizə  əvvəlki  təsdiq  olunmuş 
müddət  başa  çatmamışdan  əvvəl  təqdim  olunmalıdır.  Əgər 
müddətin uzadılması üçün səbəb əvvəlki müddətin sonuna qədər 
məlum  deyilsə,  yeni  ərizə  təqdim  edilməli  və  fəaliyyət  təqdim 
olunmuş yeni ərizə təsdiq olunanadək davam etdirilməlidir.  
8.5.  Kənar  sahədə  işləmə  müddətinin  artırılması  barədə  xahiş 
qəbul  olunmadıqda  işçi  ona  bu  barədə  yazılı  münasibət 
bildirilməsi  ilə  əlaqədar  əvvəlki  təsdiq  olunmuş  müddət  başa 
çatdığı gündən sonrakı gün həmin işdən çıxmalı və kənar sahədə 
məşğulluğu dayandırmalıdır.  
8.6.  İşçilər  vergi  orqanlarındakı  fəaliyyətlərinə  və  iş 
qabiliyyətlərinə  mənfi  təsir  göstərən  kənar  fəaliyyətdən 
çəkinməlidirlər. 
 
Fəsil 9. İctimaiyyətlə qarşılıqlı əlaqə  
 
9.1. İşçilər nazirliyin işi və siyasəti haqqında kütləvi-informasiya 
vasitələrinə  nazirlik  tərəfindən  müəyyən  edilmiş  qaydada 
məlumat verə bilərlər.  
 
Fəsil 10. Məhkəmələrdə və sorğular zamanı ifadə vermə  
 
10.1. İşçilər xidməti vəzifələri və yaxud sair məsələlər barəsində 
təhqiqat və istintaq orqanlarına və ya məhkəməyə ifadə vermək 
üçün  dəvət  edildikləri  halda  bu  barədə  dərhal  öz  birbaşa 
rəislərinə  məlumat  verməlidirlər.  Onlar  da  öz  növbəsində  daha 
yuxarı vəzifəli rəisləri məlumatlandırmalıdırlar.  
10.2.  Rəislər  işçiləri  tərəfindən  xidməti  fəaliyyətlə  və  xidməti 
vəzifəsi  ilə  bağlı  ifadə  vermək  və  ya  sənəd  təqdim  etməyə  dair 
icazə  istənildikdə  işçiyə  icazə  verməzdən  əvvəl  özlərindən 
vəzifəcə yüksək vəzifəli şəxsdən məsləhət almalıdırlar.  


73 
 
 
Fəsil 11. Xidməti vəsiqədən və vizit kartından istifadə etmə  
 
11.1.  İşçi  xidməti  vəsiqədən  və  Vergilər  Nazirliyi  sistemində 
fəaliyyətini,  vəzifəsini,  xidməti  telefon  nömrələrini  və  digər 
xidməti  məlumatlarını  əks  etdirən  vizit  kartından  yalnız  rəsmi 
məqsədlər üçün istifadə edə bilər.  
11.2.  İşçinin  xidməti  vəsiqəsindən  birbaşa  və ya  dolayısı  ilə  hər 
hansı bir şəxsə təsir göstərmək, özünün və ailə üzvlərinin, habelə 
başqalarının mənfəət əldə edilməsi üçün istifadə oluna bilməz.  
 
Fəsil  12.  Vergi  orqanı  əməkdaşlarının  nalayiq  hərəkətləri 
barədə məlumatın verilməsi  
 
12.1. İşçilər rəhbərliyə öz iş yoldaşları və ya tabelikdə olan işçilər 
barəsində  bilərəkdən  yalan  və  ya  təhrif  olunmuş  məlumatlar 
(onların  vəziyyətini  yaxşılaşdıran  və  ya  pisləşdirən)  verməməli, 
məlumatı verməzdən əvvəl bütün imkanlarından istifadə edərək 
onun düzgün olub-olmamasını müəyyən etməlidirlər.  
12.2. İşçi bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı 
üzündən digər işçinin vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran 
məlumat  verilməsinə  görə  qanunvericilikdə  nəzərdə  tutulmuş 
qaydada məsuliyyət daşıyır. 
 
Fəsil 13. Nazirliyin etik davranış məsələləri üzrə səlahiyyətli 
şəxsi  
 
13.1.  Nazirlikdə  Kadr  siyasəti  və  hazırlığı  idarəsinin  rəisi  etik 
davranış  məsələləri  üzrə  səlahiyyətli  şəxs  sayılır  və  onun 
səlahiyyətli şəxs təyin olunması əmrlə təsdiq edilir.  
13.2. Etik davranış məsələləri üzrə səlahiyyətli şəxsin funksiyası 
nazirliyin  hər  hansı  bir  əməkdaşının  Kodeksin  konkret  halda 
tətbiqi ilə əlaqədar, həmçinin nalayiq hərəkətə yol vermiş işçi ilə 
bağlı qərar çıxarmalı olan rəhbər işçilərə məsləhət verməkdir.  


74 
 
13.3.  Etik  davranış  məsələləri  üzrə  səlahiyyətli  şəxs  Kodeksin 
tələblərinə  riayət  etməyən  işçilərə  intizam  tənbehi  verilməsi, 
habelə  bu  tələbləri  yerinə  yetirən  işçilər  barəsində 
həvəsləndirmə  tədbirləri  görülməsi  barədə  təqdimat  hazırlayır 
və nazirliyin rəhbərliyinə təqdim edir.  
13.4. Etik davranış məsələləri üzrə səlahiyyətli şəxs:  
-  Kodeksin  tələblərini  pozmuş  işçilərdən  və  digər  işçilərin 
nalayiq hərəkətləri barədə məlumat vermiş şəxslərdən izahatlar 
alır;  
- onlara lazımi suallar verir;  
-  yol  verilmiş  və  ya  yol  verilə  biləcək  pozuntunun  səbəblərini 
araşdırır, pozuntunun xarakterini və işçiyə verilməli olan intizam 
tənbehinin növünü müəyyən edir;  
-  Kodeksin  tələblərini  pozmuş  işçilərin  nalayiq  hərəkətləri 
barədə  daxil  olmuş  məlumatları  və  ya  sənədləri  araşdırma 
aparılması  üçün  nazirliyin  aidiyyəti  struktur  vahidinə  və  ya 
bölməsinə  göndərir,  araşdırmanın  nəticələrindən  asılı  olaraq 
nazirliyin rəhbərliyinə təkliflər verir. 
 
Fəsil  14.  Kodeksin  tələblərinə  əməl  etməklə  bağlı  işçinin 
üzərinə düşən öhdəliklər 
 
14.1.  Hər  bir  işçi  Kodeksin  bütün  müddəaları  ilə  tanış  olmalı, 
onların konkret halda necə tətbiq olunduğunu bilməlidir.  
14.2.  Hər  bir  işçi  Kodeksi  aldıqdan  sonrakı  10  gün  ərzində 
sənədlə  tanış  olmalı  və  zərurət  yarandıqda  və  ya  Kodeksin  hər 
hansı bir hissəsini başa düşmədikdə özünün birbaşa rəisinə və ya 
nazirliyin  etik  davranış  məsələləri  üzrə  səlahiyyətli  şəxsinə 
bununla bağlı yazılı və ya şifahi formada müraciət etməlidir.  
14.3. İşçi Kodeksin orijinal nüsxəsini aldıqdan 10 gün sonra onun 
alınmasına və Kodeksin bütün bəndlərini başa düşməsinə dair bu 
sənədə  əlavə  olunmuş formalı  qəbzi  imzalayaraq  Kodeksi  aldığı 
tarixi  qeyd  etməli  və  onu  özünün  birbaşa  rəisinə  təqdim 
etməlidir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə