Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   18   19   20   21   22   23   24   25   26

87 
 
52.2. hər hansı bir əməkdaşın bu Qaydaların hər hansı bir hissəsi 
ilə bağlı sualı yaranarsa onda o yazılı və ya şifahi şəkildə birbaşa 
rəhbərinə və ya İcra aparatına müraciət etməlidir
52.3. hər bir Əməkdaş bu Qaydaların orijinal nüsxəsini aldıqdan 
sonra  10  gün  ərzində  onun  alınmasına  və  bu  Qaydaların  bütün 
bəndlərini  qəbul  etməsinə  dair  bu  Qaydalara  əlavə  olunmuş 
formalı qəbzi (Əlavə № 2) imzalayaraq, bu Qaydaları aldığı tarixi 
qeyd etməli və qəbzin orijinalını İcra aparatına təqdim etməlidir. 
53.  Bu  Qaydaların  tələblərinin  pozulmasına  görə  vəzifəsindən 
asılı  olmayaraq  əməkdaşlar  qanunvericilikdə  nəzərdə  tutulmuş 
intizam məsuliyyətinə cəlb edilir. 
 
 


88 
 
Azərbaycan  Respublikasının  Prezidenti 
yanında  Vətəndaşlara  Xidmət  və  Sosial 
İnnovasiyalar  üzrə  Dövlət  Agentliyi  21 
dekabr  2012-ci  il  tarixli  04-AS  nömrəli 
qərarı ilə təsdiq edilmişdir.  
  
Azərbaycan Respublikasının Prezidenti yanında 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət 
Agentliyi və tabeliyində olan ASAN xidmət mərkəzlərində 
qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları 
 
1. Ümumi müddəalar 
 
1.1. 
Azərbaycan 
Respublikasının 
Prezidenti 
yanında 
Vətəndaşlara  Xidmət  və  Sosial  İnnovasiyalar  üzrə  Dövlət 
Agentliyi  və  tabeliyində  olan  “ASAN  xidmət”  mərkəzlərində 
qulluq  keçən  dövlət  qulluqçularının  etik  davranış  Qaydaları 
“Dövlət  qulluqçularının  etik  davranış  qaydaları  haqqında” 
Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun 
olaraq  hazırlanmış  və  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət 
Agentliyində  (bundan  sonra  Dövlət  Agentliyi)  qulluq  keçən 
dövlət qulluqçularının  (bundan sonra  - dövlət qulluqçuları) etik 
davranış  qaydalarını  və  onlara  əməl  edilməsi  ilə  bağlı 
münasibətləri müəyyən edir. 
1.2. Bu Qaydalar ASAN xidmət mərkəzlərində qulluq keçən digər 
dövlət orqanlarının əməkdaşlarına şamil edilmir. 
1.3. Bu Qaydaların məqsədləri aşağıdakılardan ibarətdir: 
1.3.1.  Dövlət  Agentliyinin  və  dövlət  qulluğunun  nüfuzunun 
artırılması,  vətəndaşların  Agentliyə  və  dövlət  qulluqçularına 
etimadının yüksəldilməsi;  


89 
 
1.3.2. Dövlət Agentliyinin və dövlət qulluqçularının fəaliyyətində 
səmərəliliyin  və  şəffaflığın  artırılması,  korrupsiyanın  və 
maraqların toqquşmasının qarşısının alınması; 
1.3.3.  Dövlət  Agentliyində  qulluq  keçən  dövlət  qulluqçuları 
tərəfindən  etik  davranış  qaydalarına  əməl  olunmasının  təmin 
edilməsi,  onların  üzərinə  qanunvericiliklə  qoyulmuş  vəzifələrin 
layiqincə  yerinə  yetirilməsi,  vətəndaşların  Dövlət  Agentliyinin 
dövlət  qulluqçularından  gözlənilən  davranışlar  barədə 
məlumatlandırılması. 
2.  Dövlət  qulluqçusunun  xidməti  və  xidmətdən  kənar 
davranışı 
2.1.  Dövlət  qulluqçularının  xidməti  davranışı  qanunvericiliklə 
ona  verilmiş  hüquqların  həyata  keçirilməsi  və  vəzifələrinin 
yerinə  yetirilməsi  ilə  əlaqədar  fəaliyyətidir.  Dövlət  Agentliyinin 
dövlət qulluqçularının xidməti davranışı “Dövlət qulluqçularının 
etik  davranış  qaydaları  haqqında”  Azərbaycan  Respublikasının 
Qanunu  və  bu  Qaydalarla  müəyyən  edilmiş  etik  davranış 
qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 
2.2. Dövlət qulluqçusu vicdanlı davranış tələbinin pozulması 
hallarına yol verməməli: 
2.2.1.  xidməti  vəzifəsini  həyata  keçirərkən  süründürməçilik 
hallarına  yol  verməməli  və  bu  cür  halların  əmələ  gəlməsinə 
şərait yaratmamalı; 
2.2.2. şəxslərin qəbulundan əsassız olaraq imtina etməməli, şəxs 
aidiyyəti üzrə müraciət etməmişdirsə, ona hara müraciət etməsi 
barədə  məsləhətlər  verməli,  daxil  olmuş  müraciətləri  mahiyyəti 
üzrə cavablandırmalıdır. 


90 
 
2.3.  Dövlət  qulluqçusu  peşəkarlıq  və  fərdi  məsuliyyətin 
artırılması ilə bağlı
2.3.1.  öz  xidməti  vəzifələrinin  icrası  ilə  birbaşa  bağlı  olmayan 
xidməti məsələlərə müdaxilə etməməli
2.3.2.  xidməti  vəzifələrini  diqqətli,  dəqiqlik  və  peşəkarlıqla 
yerinə  yetirməli  və  bu  zaman  prinsipial,  qərəzsiz,  obyektiv  və 
məsuliyyətli olmalı; 
2.3.3.  iş  vaxtı  ərzində  iş  rejiminin  pozulmasına  səbəb  olan 
hərəkətlərə yol verməməlidir. 
2.4.  Dövlət  qulluqçusu  loyallıq  prinsipinin  tələblərinə  əməl 
etməli: 
2.4.1.  rəhbərlikdə,  kollektivdə  və  ictimaiyyətdə  həqiqətə  uyğun 
olmayan,  dövlət  orqanının  və  dövlət  qulluqçusunun  nüfuzuna 
xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalı; 
2.4.2.  dövlət  orqanının  fəaliyyətinə  aid  hər  hansı  iş  barədə 
məlumatı  yalnız  rəhbər  tərəfindən  icazə  verildiyi  halda  rəsmi 
açıqlamalı; 
2.4.3.  mətbuata  birbaşa  müsahibə  verməməli  və  müsahibə  ilə 
bağlı təklif aldıqda sorğunu məsul şəxsə yönəltməlidir. 
2.5.  Dövlət  qulluqçusu  Azərbaycan  Respublikasının,  Dövlət 
Agentliyinin 
və 
dövlət 
qulluğunun 
nüfuzunu 
möhkəmləndirməyə çalışmalı, bu istiqamətdə
2.5.1.  qanunvericilikdə  müəyyən  edilən  hallar  istisna  olmaqla, 
xidməti  fəaliyyətini  həyata  keçirən  zaman  dövlət  dilində 
danışmalı; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə