Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   18   19   20   21   22   23   24   25   26

75 
 
14.4.  Hər  bir  rəis  tabeliyində  olan  işçilərdən  aldığı  qəbzin 
surətini  çıxarmalı  və  10  gün  ərzində  orijinal  nüsxələri  etik 
davranış  məsələləri  üzrə  səlahiyyətli  şəxsə  təhvil  verməlidir. 
Qəbzlərin  surəti  rəisdə  qalmalı  və  növbəti  yeniləşməyə  qədər 
saxlanılmalıdır.  Etik  davranış  məsələləri  üzrə  səlahiyyətli  şəxs 
orijinal nüsxəni işçinin şəxsi qovluğunda saxlamalıdır. 
14.5. Hər bir işçi ildə bir dəfə qəbzi yeniləməli və yenilənmiş, bu 
sənədə əlavə olunmuş formalı qəbzi yeni il başlayandan sonrakı 
10 gün ərzində öz rəisinə təqdim etməlidir.  
 
Fəsil 15. Kodeksin tələblərinin pozulmasına görə məsuliyyət  
 
15.1.  Vergi  orqanları  əməkdaşları  bu  Kodeksin  müddəalarına 
müvafiq  şəkildə  hərəkət  etməlidirlər.  Kodeksin  tələblərinin 
pozulmasına  görə  vəzifəsindən  asılı  olmayaraq  işçilərə 
qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehi verilir.  
15.2. Kodeksin hər hansı müddəasının pozulmasına görə intizam 
tənbehi verilərkən aşağıdakılar nəzərə alınır:  
- müddəanın pozulmasının dərəcəsi;  
-  müddəanın  pozulmasının  nazirliyin  işinin  effektivliyinə  təsir 
göstərməsi;  
- işçinin əmək stajı və ailə vəziyyəti;  
- işçi və ya üçüncü tərəfdən təqdim olunmuş izahat;  
-  araşdırma  zamanı  aşkar  edilmiş  hər  hansı  yüngülləşdirici 
faktor;  
- işçinin birbaşa rəisinin verdiyi xasiyyətnamə.  
 
 


76 
 
Azərbaycan Respublikasının Mərkəzi Bankı 
yanında  Maliyyə  Monitorinqi  Xidmətinin 
direktorunun 2010-cu il 1 iyun tarixli F-019 
nömrəli Əmri ilə təsdiq edilmişdir. 
 
Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə 
Monitorinqi Xidmətinin əməkdaşlarının etik  
davranış Qaydaları 
 
I. Ümumi müddəalar 
1.  Bu  Qaydalar  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı 
yanında  Maliyyə  Monitorinqi  Xidmətinin  (bundan  sonra  – 
Maliyyə  Monitorinqi  Xidməti)  əməkdaşlarının  xidmət  etikası  və 
xidmətdən  kənar  davranışının  normalarını,  prinsiplərini  və 
onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. 
2.  Bu  Qaydalar  Maliyyə  Monitorinqi  Xidmətinin  bütün 
əməkdaşlarına (bundan sonra – əməkdaş) şamil edilir. 
3.  Əməkdaş  öz  fəaliyyətində  qanunçuluq,  humanizm  və 
demokratik prinsipləri, yüksək etik davranış normalarını rəhbər 
tutaraq bu Qaydalara əməl etməyə borcludur. 
II.  Əməkdaşlar  üçün  müəyyən  edilmiş  etik  davranış 
prinsipləri 
4.  Əməkdaş  xidməti  fəaliyyətini  həyata  keçirdikdə  insanların 
hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə 
və işgüzar nüfuzuna hörmətin təmin olunmasını (qorunmasını və 
müdafiəsini) rəhbər tutmalıdır. 
5.  Əməkdaş  insanların  hüquq  və  azadlıqlarını,  qanuni 
maraqlarını pozan, onların şərəf və ləyaqətini, həmçinin işgüzar 


77 
 
nüfuzunu  ləkələyə  biləcək  qərarlar  qəbul  etməməli  və 
hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. 
6.  Əməkdaş  insan,  cəmiyyət  və  dövlətin  maraqları  naminə  öz 
xidməti vəzifələrini səmərəli şəkildə yerinə yetirməyə borcludur. 
Öz  xidməti  vəzifələrini  yerinə  yetirərkən  əməkdaş  səmimi, 
çalışqan,  intizamlı  və  təşəbbüskar  olmalıdır.  Əməkdaş  bütün 
hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 
7.  Əməkdaş  onun  xidməti  vəzifəsinə  aid  olmadığı  hallarda, 
işlədiyi  və  digər  dövlət  orqanlarının,  onların  rəhbərlərinin 
fəaliyyəti  ilə  əlaqədar  (qanunsuz  fəaliyyət  istisna  olmaqla) 
tənqidi  ictimai  mülahizələrdən,  çıxışlardan  və  onların 
fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. 
7.1.  Əməkdaş  açıq  çıxışlarla  bağlı  Maliyyə  Monitorinqi  Xidməti 
tərəfindən  müəyyən  olunmuş qaydalara  əməl  etməli  və  xidməti 
vəzifəsi  ilə  əlaqədar  olaraq  qanunvericiliklə  nəzərdə  tutulmuş 
məhdudiyyətlərə əməl etməlidir. 
8.  Əməkdaş  ünsiyyətdə  olduğu  bütün  şəxslərlə,  o  cümlədən 
birbaşa  və  yuxarı  rəhbəri,  həmkarları  və  ya  tabeliyində  olan 
şəxslərlə  davranışında  nəzakətli,  xeyirxah,  diqqətli  və  təmkinli 
olmalıdır. 
9. Əməkdaş peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri 
qəbul  etməli,  qiymətləndirməli  və  onlardan  düzgün  nəticə 
çıxarmalıdır. 
10.  Əməkdaş  xidməti  vəzifəsini  yerinə  yetirərkən,  o  cümlədən 
qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman: 
10.1.  irqinə,  milliyyətinə,  dilinə,  dininə,  cinsinə,  sosial 
mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya 
digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər 


78 
 
qrupunun  üstünlüyünə  yaxud  belə  üstünlüyün  əldə  edilməsi 
üçün şəraitin yaradılmasına yol verməməlidir
10.2.  xidməti  vəzifələrinin  yerinə  yetirilməsi  zamanı  siyasi 
bitərəfliyə əməl etməyə borcludur
10.3. özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti 
vəzifələrinin  yerinə  yetirilməsinə  təsirinə  yol  verməməli  və  bu 
cür təsir üçün şərait yaratmamalıdır; 
10.4.  öz  vəzifələrindən  kənar,  o  cümlədən  başqa  əməkdaşların 
səlahiyyətlərinə  aid  məsələlərə  müdaxilə  etməməli,  onların 
icraatında  olan  sənədlərin  icrasına  təsir etməyə  cəhd  etməməli, 
maraq göstərməməlidir. 
11.  Əməkdaş  Azərbaycan  Respublikasının,  Maliyyə  Monitorinqi 
Xidmətinin  və  vəzifəsinin  nüfuzunu  möhkəmləndirməyə, 
əməkdaş adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. 
12.  Əməkdaş  xidməti  vəzifələrinin  icrası  ilə  bir  araya  sığmayan 
və  onun  adına  xələl  gətirə  biləcək,  habelə  Maliyyə  Monitorinqi 
Xidmətinin  nüfuzunu  aşağı  sala  biləcək  hərəkətlərə  yol 
verməməli,  hər  hansı  etik  normaların  pozuntusu  təsiri 
bağışlayan hərəkətlərdən çəkinməlidir. 
13.  Əməkdaş  etik  davranış  qaydalarının  onun  tərəfindən 
pozulması  nəticələrini  aradan  qaldırmalı,  ictimai  etimadın 
bərpası üçün tədbirlər görməlidir. 
14.  Əməkdaş  öz  fəaliyyətini  Azərbaycan  Respublikasının 
qanunvericiliyi  ilə  müəyyən  olunmuş  səlahiyyətlər  çərçivəsində 
və peşəkarlıqla yerinə yetirməyə borcludur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə