Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   18   19   20   21   22   23   24   25   26

83 
 
olmalı  və  bu  kimi  hallarla  rastlaşarsa  dərhal  bu  barədə  birbaşa 
rəhbərinə məlumat verməlidir. 
VI. Məlumatların təhlükəsizliyinin təmin olunması 
29. Əməkdaş dövlət sirrini və qanunla mühafizə edilən digər sirri 
həmişə, o cümlədən işdən çıxdıqdan sonra da saxlamalıdır. 
30.  Qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla, 
əməkdaş  xidməti  vəzifələrinin  icrası  ilə  bağlı  vətəndaşların, 
habelə digər əməkdaşların şəxsi həyatı barədə ona məlum olmuş 
məlumatların konfidensiallığını təmin etməlidir. 
31.  Əməkdaşlar  qeyri-qanuni  məlumat  əldə  olunmasının 
qarşısını  almaq  məqsədilə  istifadəsində  olan,  Maliyyə 
Monitorinqi  Xidməti  üzrə  ümumi  şəbəkəyə  qoşulmuş  və  ya 
qoşulmamış  kompyüterlərdəki  məlumatları  qorumağa,  öz  şəxsi 
maraqları  naminə,  habelə  həmin  əməkdaş  tərəfindən  vəzifə 
öhdəliklərinin  icra  edilməsi  ilə  əlaqədar  olmayan  digər 
məqsədlər üçün istifadə etməməlidirlər. 
32.  Əməkdaşlar  istər  elektron  versiyada,  istərsə  də  digər 
formada  saxlanılma  formasından  asılı  olmayaraq  bank, 
kommersiya və dövlət sirrini qorumalıdırlar. 
33.  Əməkdaşlar  onların  istifadəsinə  verilmiş  kompyüterlərə 
məxsus  şifrənin  məxfiliyini  qorumalı,  şifrəni  digər  şəxslərə 
verməməli  və  digər  əməkdaşların  şifrəsindən  istifadə 
etməməlidirlər. 
34.  Maliyyə  Monitorinqi  Xidməti  üzrə  ümumi  şəbəkəyə 
qoşulmuş  və  ya  qoşulmamış  kompyüterlərdəki  məlumatlardan 
xidməti  istifadə  ilə  bağlı  verilmiş  şifrələrin  məxfiliyi  bu  və  ya 
digər  səbəblərdən  pozulduqda  əməkdaş  bu  barədə  birbaşa 


84 
 
rəhbərinə  və  ya  İnformasiya  texnologiyaları  şöbəsinə  məlumat 
verməli və həmin şifrədən istifadə kodu bağlanmalıdır. 
VII. Başqa fəaliyyətlə məşğul olma 
35.  Əməkdaş  elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyəti  istisna 
olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. 
36.  Əməkdaş  elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul 
olmaq  üçün  Maliyyə  Monitorinqi  Xidmətinin  rəhbərliyinə  bu 
qaydalara  əlavə  olunmuş  forma  üzrə  ərizə  ilə  (Əlavə  №  1) 
müraciət etməlidir. 
37. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün 
ərizə  hər  il  yenilənməlidir.  Əgər  yenilənmək  üçün  heç  bir  ərizə 
təqdim  olunmayıbsa,  elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyəti  ilə 
məşğul  olmaq  bu  Qaydaların  tələblərinin  pozulması  kimi 
qiymətləndirilir. 
38. 
Əməkdaşlar 
Maliyyə 
Monitorinqi 
Xidmətindəki 
fəaliyyətlərinə  və  iş  qabiliyyətlərinə  mənfi  təsir  göstərən  kənar 
fəaliyyətdən çəkinməlidirlər. 
VIII. İctimaiyyətlə qarşılıqlı əlaqə 
39.  Əməkdaş  Maliyyə  Monitorinqi  Xidməti  tərəfindən  müəyyən 
edilmiş hallarda və qaydada, Maliyyə Monitorinqi Xidmətinin və 
onun  vəzifəli  şəxslərinin  fəaliyyəti  barədə  ictimaiyyəti 
məlumatlandıran 
kütləvi 
informasiya 
vasitələri 
nümayəndələrinin  doğru  (dürüst)  məlumatlar  almasına 
köməklik göstərməlidir. 
40.  Əməkdaşlar  Maliyyə  Monitorinqi  Xidmətinin  işi  və  siyasəti 
haqqında  kütləvi-informasiya  vasitələrinə  yalnız  Maliyyə 


85 
 
Monitorinqi  Xidmətinin  rəhbərliyi  ilə  razılaşdırılmaqla  müvafiq 
məlumat verə bilərlər. 
IX. Məhkəmələrdə və sorğular zamanı ifadə vermə 
41.  Əməkdaşlar  xidməti  vəzifələri  və  yaxud  sair  məsələlər 
barəsində  təhqiqat  və  istintaq  orqanlarına  və  ya  məhkəməyə 
ifadə  vermək  üçün  dəvət  edildikləri  halda  bu  barədə  dərhal  öz 
birbaşa  rəhbərlərinə  məlumat  verməlidirlər.  Onlar  da  öz 
növbəsində  Maliyyə  Monitorinqi  Xidmətinin  rəhbərliyini 
məlumatlandırmalıdırlar. 
X. Əməkdaşların iş vaxtı bəzi davranışları 
42.  Əməkdaş  inzibati  binada,  o  cümlədən  iş  otaqlarında  digər 
əməkdaşların  işləmələrinə  mane  olan  hərəkətlərə  (telefonla  və 
ya  digər  əməkdaşlarla  yüksək  səslə  danışmaq,  mobil  telefon 
zənglərini  yüksək  səs  rejimində  saxlamaq  və  digər  bu  kimi 
hərəkətlərə) yol verməməlidir. 
43.  Əməkdaşlar  inzibati  binada  olarkən  siqaret,  narkotik 
vasitələr və psixotrop maddələr, spirtli içkilər qəbul etmələri yol 
verilməzdir. 
44. Əməkdaş hər zaman səliqəli olmalı və iş vaxtı işgüzar (rəsmi) 
üslubda geyinməyə üstünlük verməlidir. 
XI. Əməkdaşların xidmətdənkənar davranışı 
45.  Əməkdaş  şəxsi  həyatında  ümumqəbul  olunmuş  ictimai 
davranış normalarına əməl etməlidir. 
46.  Əməkdaş  «Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və 
ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 
maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında»  Azərbaycan 


86 
 
Respublikasının  Qanununda  müəyyən  edilmiş  monitorinq 
iştirakçıları  və  monitorinqdə  iştirak  edən  digər  şəxslər  ilə 
maraqların  toqquşması  hallarına  yol  verməməlidir.  Əməkdaş 
kredit təşkilatlarında olan maliyyə öhdəlikləri barəsində Maliyyə 
Monitorinqi Xidmətinin rəhbərliyini məlumatlandırmalıdır. 
47.  Əməkdaş  öz  ailə  üzvlərinin,  habelə  sosial  və  digər 
münasibətlərin  onun  xidməti  fəaliyyətinə  təsir  etməsinə  yol 
verməməlidir. 
48.  Əməkdaş  heç  bir  seçkili  və  ya  digər  təyinatlı  vəzifələr  tuta 
bilməz. 
XII. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin 
olunması 
49.  Əməkdaşlar  bu  Qaydaların  müddəalarına  müvafiq  şəkildə 
hərəkət etməlidir. 
50.  Əməkdaş  tərəfindən  bu  Qaydalara  əməl  olunması  üçün 
davranışının  uyğunluğu  onun  özü,  birbaşa  və  ya  yuxarı  rəhbəri 
tərəfindən müntəzəm təhlil edilir və bu əsasda müvafiq tədbirlər 
görülür. 
51.  Əməkdaşlar  tərəfindən  bu  Qaydalara  əməl  olunmasına 
ümumi nəzarət İcra aparatı vasitəsilə həyata keçirilir. 
52.  Bu  Qaydaların  tələblərinə  əməl  etməklə  bağlı  əməkdaşın 
üzərinə düşən öhdəliklər bunlardır: 
52.1. hər bir əməkdaş bu Qaydaların bütün müddəaları ilə tanış 
olmalı, onların konkret halda necə tətbiq olunduğunu bilməlidir


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə