Tik d avraniş k odeksləRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/26
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#319
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

69 
 
5.2.  İşçi  xidməti  vəzifələrini  icra  edərkən  bütün  hallarda  dövlət 
maraqlarını  və  ictimai  marağı  öz  şəxsi  maraqlarından  üstün 
tutmalıdır.  Vergi  orqanlarının  nüfuzunun,  vergi  işçisinin  adının 
yüksəldilməsinə,  vergi  ödəyicilərinin  vergi  orqanlarına  olan 
inamlarının artırılmasına çalışmalıdır.  
5.3.  İşçilər  xidməti  vəzifələrini  icra  edərkən  və  ya  işdən  kənar 
vaxtında  peşə  xidmətinin  adını  uca  tutmalı,  iş  yerində,  asudə 
vaxtlarında,  ictimaiyyət  arasında  və  ailə-məişət  daxilində  vergi 
orqanının nüfuzuna xələl gətirən hərəkətlərə yol verməməlidir.  
5.4.  İşçi  öz  fəaliyyətini  işə  götürülərkən  bağlamış  olduğu  əmək 
müqaviləsi,  mövcud  vergi  siyasəti  və  vergi  qanunvericiliyi 
əsasında qurmalı, bu fəaliyyətə xələl gətirə biləcək hərəkətlərdən 
çəkinməlidir.  Onun  iş  fəaliyyəti  ilə  əlaqədar  almış  olduğu 
tapşırıqlar ailə üzvlərinin, yaxın qohumlarının və digər ona yaxın 
şəxslərin  iş  fəaliyyətini  əhatə  etmiş  olduğu  halda,  xidməti 
fəaliyyətini dayandırır və təxirə salmadan bu barədə ona tapşırıq 
verən şəxsə məlumat verməlidir.  
5.5.  İşçinin  Kodeksin  tələblərini  pozmasını  hər  hansı  bir 
müddəanı  başa  düşməməsi  ilə  əlaqələndirilməsi  onu 
məsuliyyətdən azad etmir.  
5.6.  Əməkdaşların  xarici  görünüşü  ətrafdakıların  onlara 
münasibətinə  və  vəzifələrinin  yerinə  yetirilməsinə  təsir  etdiyi 
üçün  geyim  forması  onların  vəzifəsinə,  müəyyən  edilmiş 
standartlara uyğun, təmiz və səliqəli olmalıdır.  
 
Fəsil 6. Hədiyyələr və digər imtiyazlar  
 
6.1. Əgər işçiyə təqdim olunan hədiyyələr birbaşa və ya dolayısı 
ilə  onun  xidməti  vəzifəsinə  təsir  göstərmək  üçün  nəzərdə 
tutulmuşdursa, o bu hədiyyələri qəbul etməməlidir.  
6.2. Heç bir rəis tabeliyində olan işçidən şəxsi istifadəsi üçün heç 
bir dəyərli əşya, hədiyyə, ianə və ya maddi yardım istəməməlidir.  
6.3.  Heç  bir  işçi  xidməti  vəzifəsinin  icrasının  müqabilində  vergi 
ödəyicisi olan fiziki və ya hüquqi şəxsdən qiymətli şey ala bilməz.  


70 
 
İşçi  tərəfindən  alınmış  borclar  borc  verən  şəxs  tərəfindən 
müəyyən edilmiş müddətdə qaytarılmalıdır.  
6.4. Heç bir işçi, müstəsna hallar istisna olmaqla, özündən yüksək 
vəzifədə olan şəxsə qiymətli əşya (hədiyyə) verə bilməz.  
6.5. Müstəsna hallarda, yəni birbaşa rəisin və ya işçinin ad günü, 
evlənmə günü, uşağı olması, xəstələnməsi, daha yüksək vəzifəyə 
təyin  olunması  və  s.  ilə  əlaqədar  ona  işçi  və  ya  digər  şəxs 
tərəfindən verilən əşyanın (hədiyyənin) dəyəri əlli beş manatdan 
artıq olmamalıdır.  
6.6.  Vəzifəli  şəxs  xidməti  vəzifələrinin  icrası  ilə  əlaqədar  bir  il 
ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli 
beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə 
bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti 
vəzifəsini  (səlahiyyətlərini)  həyata  keçirdiyi  vergi  orqanına 
məxsus hesab edilir.  
6.7. Tutduğu mövqeyi nəzərə alaraq işçi ona təklif oluna biləcək 
rüşvətlər  və  ya  göstərilə  biləcək  təzyiqlərə  qarşı  ayıq-sayıq 
olmalıdır.  
6.8. İşçi xidməti vəzifəsini icra edərkən ona hər hansı bir qiymətli 
hədiyyə, hər hansı imtiyaz, yaxud üstünlüklər təklif olunarsa işçi 
bu  barədə  öz  rəisinə  yazılı  məlumat  verməli,  məlumat  rəis 
tərəfindən  dərhal  Daxili  təhlükəsizlik  idarəsinin  rəisinə 
çatdırılmalıdır. 
6.9.  Vergi  orqanının  rəhbəri  tərəfindən  səlahiyyətləndirildiyi 
hallardan  başqa  digər  hallarda  işçilərə  nazirliyə  məxsus  olan 
avadanlıqlardan istifadə olunması qadağandır.  
6.10.  Vergi  orqanının  əməkdaşının  ailə  üzvləri  və  ya  yaxın 
qohumları  ilə  Vergilər  Nazirliyi  üçün  hər  hansı  bir  işin 
görülməsinə  dair  qanunvericiliyin  tələblərinə  zidd  olan 
müqavilənin bağlanması yolverilməzdir.  
6.11.  Vergi  orqanlarının  vəzifəli  şəxslərinə  xidməti  fəaliyyəti  ilə 
əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulmayan hər hansı 
imtiyazların və güzəştlərin əldə edilməsi qadağan olunur.  
 
Fəsil 7. Kompüterdən istifadə və məlumat təhlükəsizliyi  


71 
 
 
7.1.  İşçilər  qeyri-qanuni  məlumat  əldə  olunmasının  qarşısını 
almaq  məqsədilə  istifadəsində  olan,  nazirlik  üzrə  ümumi 
şəbəkəyə  qoşulmuş  və  ya  qoşulmamış  kompüterlərdəki 
məlumatları qorumağa, öz şəxsi maraqları naminə, habelə həmin 
vergi  işçisi  tərəfindən  vəzifə  öhdəliklərinin  icra  edilməsi  ilə 
əlaqədar  olmayan  digər  məqsədlər  üçün  istifadə  etməməyə 
borcludurlar.  
7.2.  İşçilər  istər  elektron  versiyada,  istərsə  də  digər  formada 
saxlanılma  formasından  asılı  olmayaraq  vergi  ödəyicilərinə  dair 
məlumatları, o cümlədən kommersiya sirrini qorumalıdırlar.  
7.3.  İşçilər  onlara  məxsus  parolun  məxfiliyini  qorumalı,  parolu 
digər  şəxslərə  verməməli  və  digər  işçilərin  parolundan  istifadə 
etməməlidirlər.  
7.4.  Nazirlik üzrə  ümumi  şəbəkəyə  qoşulmuş və  ya  qoşulmamış 
kompüterlərdəki  məlumatlardan  xidməti  istifadə  ilə  bağlı 
verilmiş  parolların  məxfiliyi  bu  və  ya  digər  səbəblərdən 
pozulduqda  işçi  bu  barədə  rəisinə  yazılı  məlumat  verməli  və 
həmin paroldan istifadə kodu bağlanmalıdır.  
7.5. Elektron formatda bəyannamələrin təqdim edilməsi ilə bağlı 
vergi  ödəyicilərinə  xüsusi  alqoritm  vasitəsilə  verilən  kod,  parol 
və  şifrələrin  verilməsi  ilə  bağlı  prosedur  qaydalara  əməl 
olunmalı və məxfilik qorunmalıdır.  
 
Fəsil 8. Digər sahələrdə çalışma  
 
8.1.  Vergi  işçisi  qanunvericiliklə  icazə  verilən  sahələrdən  başqa 
heç bir sahədə sahibkarlıq fəaliyyətlə məşğul ola bilməzlər.  
8.2. İşçi kənar sahədə işləmək üçün rəhbərliyə bu Kodeksə əlavə 
olunmuş formalı ərizə ilə müraciət etməlidir.  
8.3. Kənar sahədə çalışmaya dair ərizə hər il yenilənməlidir. Əgər 
yenilənmək  üçün  heç  bir  ərizə  təqdim  olunmayıbsa,  kənar 
sahədə  çalışma  Kodeksin  tələblərinin  pozulması  kimi 
qiymətləndirilir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə