42
penitensiar müəssisələrdə və istintaq təcridxanalarında
saxlanılan şəxslərlə davranışda tibb işçiləri üçün ümumqəbul
olunmuş deontologiya qaydalarına ciddi əməl etməklə yanaşı,
azadlıqdan məhrum etmə yerlərinin spesifik xüsusiyyətlərini
nəzərə almalıdır;
penitensiar müəssisələrdə və istintaq təcridxanalarında
saxlanılan şəxslərlə davranışda onlara hər hansı bir səbəbdən
ayrı-seçkilik qoymadan öz peşə etikası çərçivəsində tibbi xidmət
göstərilməsini təmin etməli, onların fiziki və psixi sağlamlığının
qayğısına qalmalıdır;
həkim sirrinin saxlanılması və xidməti fəaliyyəti ilə əlaqədar
malik olduğu məlumatların yayılmaması üzrə ümumi qaydalara
əməl etməlidir.
7. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin
olunması
7.1. Ədliyyə işçisi tərəfindən etik davranış qaydalarına əməl
olunması üçün davranışının həmin qaydalara uyğunluğu onun
özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil
edilir və bu Qaydalarla müəyyən edilmiş tədbirlər görülür.
7.2. Etik davranış qaydalarına əməl olunmasına nəzarət müvafiq
ədliyyə orqanının rəhbəri tərəfindən həmin orqanın kadr
xidməti vasitəsilə həyata keçirilir.
7.3. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar
həyata keçirilir:
ədliyyə işçilərinin xidməti davranışlarının bu Qaydalarla
müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət
və onun təhlili aparılmalıdır;
ədliyyə işçiləri arasında onların tutduqları vəzifələrə uyğun
olaraq vəzifə bölgüsü aparılmalıdır;
rəhbər işçilər tərəfindən tabeliyində olan şəxslər hüquqa və
hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə
və qərarlar qəbul etməyə sövq edilməməlidir;
43
ədliyyə orqanlarına və onların struktur bölmələrinə kadrların
seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə
əməl edilməlidir;
etik davranış qaydalarının pozulmasının qarşısının alınması və
profilaktikası üzrə tədbirlər görülməlidir;
ədliyyə işçilərinə etik davranış qaydaları izah edilməli və
müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl
olunmasına dair onlara tövsiyələr verilməlidir;
etik davranış qaydalarını pozan ədliyyə işçilərinin intizam
məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir;
etik davranış qaydaları və ədliyyə işçiləri tərəfindən həmin
qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik
olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq
üçün tədbirlər görülməlidir;
etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata
keçirilmiş
tədbirlər
barədə
maraqlı
tərəflər
məlumatlandırılmalıdır;
etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan
qaldırılması, habelə ədliyyə orqanına ictimai etimadın artırılması
üçün tədbirlər görülməlidir;
etik davranış qaydalarına əməl olunması ilə bağlı
qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələr həyata
keçirilməlidir.
7.4. Etik davranış qaydalarının pozulması ədliyyə işçisinin
intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
7.5. Ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi
qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata
keçirilir.
7.6. Bu Qaydaların müddəalarının ədliyyə işçisi tərəfindən
pozulması barədə şikayət və ya digər məlumat daxil olduqda
xidməti yoxlama (intizam icraatı) başlanıla bilər.
Ədliyyə işçisi barəsində xidməti yoxlama (intizam icraatı)
aparılarkən ona verilən sualları tam, səmimi və obyektiv
cavablandırmalıdır.
44
7.7. Xidməti yoxlama (intizam icraatı) zamanı ədliyyə işçisi
tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin
əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş ədliyyə
orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat
verməlidir.
7.8. Ədliyyə işçilərinin etik davranışı ilə bağlı bu Qaydalarla
nəzərdə tutulmayan məsələlər "Dövlət qulluqçularının etik
davranış qaydaları haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə tənzimlənir.
45
Vəkillər Kollegiyasının 08 dekabr
2012-ci il tarixli Konfransı tərəfindən
təsdiq olunmuşdur.
Vəkillərin davranış qaydaları haqqında
ƏSASNAMƏ
Fəsil 1. Ümumi müddəalar
Maddə 1. Əsasnamənin əhatə dairəsi
1.1.
Bu qaydalar vəkil statusuna malik olan bütün şəxslərə şamil edilir.
1.2.
Hər bir vəkil qanunun aliliyi, insan hüquqlarını, demokratik
prinsipləri və yüksək davranış qaydalarını rəhbər tutaraq, bu
Əsasnamənin müddəalarına əməl etməyə borcludur.
Maddə 2. Əsasnamənin məqsədləri
2.1. Bu Əsasnamənin məqsədləri aşağıdakılardan ibarətdir:
2.1.1.
vəkillərin və vəkil qurumlarının nüfuzunun artırılması,
vətəndaşların vəkil qurumlanna və vəkillərə etimadının yüksəldilməsi;
2.1.2.
vəkil qurumları və vəkillərin fəaliyyətində səmərəliliyin
artırılması.
Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi
3.1.
Vəkillərin davranışı qanunvericiliklə ona verilmiş hüquqların
həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar
fəaliyyətidir. Vəkilərin davranışı bu Əsasnamə ilə müəyyən edilmiş
davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
3.2.
Vəkillərin davranışı "Vəkillər və vəkillik fəaliyyəti haqqmda"
Azərbaycan Respublikasının Qanunu, Vəkillər Kollegiyasının
Nizamnaməsi, bu Əsasnamə və vəkilin fəaliyyətini tənzim edən digər
normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.
Fəsil 2. Davranış qaydaları
Maddə 4. Vicdanlı davranış
4.1.
Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz
vəzifələrini səmərəli yerinə yetirməyə borcludur.
Dostları ilə paylaş: |