52
Maddə 12.
Cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət
etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin
qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi
münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli,
başqalarını da buna sövq etməməlidir.
Maddə 13.
Icrasının mümkün olamayacağını qabağcadan bildiyi (və ya
bilməli olduğu) öhdəlikləri (borc pul, kirayə və s.), üzərinə
götürməməlidir. Üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdiril-
miş şərtlərə uyğun icra etməlidir.
Maddə 14.
Iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət
rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib
vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma
hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa
rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir.
Birbaşa rəislərinin ilk çağırışı ilə, eləcə də, təbii fəlakətlər, geniş
miqyaslı texnogen qəzalar, yanğınlar, iğtişaşlar və sair fövqəladə
hadisələr baş verdikdə çağırışsız xidmət yerinə gəlməlidir.
Xidmətdə olarkən vaxtını xidməti vəzifələrindən kənar işlərə sərf
etməməlidir.
Maddə 15.
Yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə,
dərhal
bu
barədə
xidmət
etdiyi
orqanın
rəisini
məlumatlandırmalıdır. Müəyyən edilmiş qaydada icazə almadan
yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə
çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir.
Maddə 16.
53
Özünə və həmkarlarına qarşı tələbkar olmalı, Davranış
Kodeksində müəyyən olunmuş qaydaların daxili işlər
orqanlarının hər hansı əməkdaşı tərəfindən pozulması halları ilə
rastlaşdıqda, onların aradan qaldırılması üçün tədbir görməli,
zərurət yarandıqda bu haqda aidiyyəti üzrə məlumat verməlidir.
Maddə 17.
Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya
yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı,
obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir.
Maddə 18.
Kriminal və müəmmalı həyat tərzi keçirən, o cümlədən
cinayətkar aləmdə tanınmış və nüfuza malik şəxslərlə xidməti
zərurətlə bağlı olmayan
əlaqələr yaratmamalı, şəxsi
münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşmələrə
getməməlidir.
Maddə 19.
Öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti
məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların səlahiyyət
dairəsinə aid məsələlərə, icraatında olan sənəd və materialların
həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurətdən irəli
gəlməyən maraq göstərməməlidir.
Subordinasiya qaydalarını gözləməli, şikayət halları istisna
olmaqla, DIN-in rəhbərliyinə yalnız birbaşa rəisləri vasitəsi ilə
müraciət etməlidir.
Maddə 20.
Xidməti vəzifələrindən və xidməti mövqeyindən şəxsi
məqsədlərlə istifadə etməməli, xidməti zərurətlə bağlı olmayan
hallarda daxili işlər orqanları əməkdaşı olmasını qabartmamalı,
xidməti vəsiqəsini yersiz təqdim etməməlidir.
Maddə 21.
54
Xidmətdə və həyatda təvazökar olmalı, vəzifə üzrə irəli çəkilməsi,
mükafatlandırılması, imtiyazların əldə edilməsi üçün müəyyən
olunmuş qaydalara zidd yollar axtarmamalı, kənar vasitəçilərin
bu məsələyə müdaxiləsini qətiyyətlə rədd etməlidir.
Maddə 22.
Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların
əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra
intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına
xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və
«Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam
nizamnaməsi»ndə müəyyən olunmuş qaydada intizam
məsuliyyəti doğurur.
İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş
intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya
araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli
şəxs tərəfindən müəyyən edilir.
55
Azərbaycan Respublikasi Dövlət
Gömrük Komitəsinin Kollegiyasinin
15 may 2001-ci il tariхli 02/01 sayli
qərari ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli
şəхsinin şərəf kodeksi
Ümumi müddəalar
Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəхsinin
Şərəf Kodeksi (bundan sonra «Şərəf Kodeksi») gömrük
əməkdaşının əхlaq prinsiplərini və onun davranış qaydalarını
müəyyən edir. Özünə gömrük orqanının əməkdaşı peşəsini
seçmiş Azərbaycan Respublikasının vətəndaşı gömrük orqanına
хidmətə daхil olarkən Şərəf Kodeksinin norma və müddəalarını
yerinə yetirməyi öz öhdəsinə götürür.
Bu Kodeks gömrük orqanının vəzifəli şəхsinin əхlaq normalarını
dəqiq və aydın şəkildə təyin etməklə yanaşı, şəхsi məsuliyyət,
qanuna riayət edilməsi, özünə və başqalarına münasibət
prinsiplərini müəyyən edir, ictimaiyyətlə münasibətdə etik və
digər məsələlərin həllinə dair vəzifələri özündə əks etdirir.
Azərbaycan Respublikasının gömrük orqanının vəzifəli şəхsi öz
Vətəninə, Konstitusiyaya və Andına sadiq olmalı, dövlətin
iqtisadi maraqlarını və təhlükəsizliyini qorumalıdır. Vətənə
məhəbbət, öz peşəsinə sədaqət gömrük əməkdaşının хidmətinin
başlıca prinsipləridir.
Gömrük əməkdaşı adını qorumaq, onu şərəflə daşımaq, Vətənə
sədaqətlə хidmət etməklə bu adı doğrultmaq lazımdır.
Gömrük orqanının vəzifəli şəхsi хalqımızın mənəvi və əхlaqi
dəyərlərini uca tutmalı, yeni yaranmış və formalaşmış
Azərbaycan gömrüyünün ən yaхşı ənənələrini daim qorumalı və
inkişaf etdirməlidir.
1. Şəхsi məsuliyyət
Dostları ilə paylaş: |