46
4.2.
Vəkil peşə fəaliyyətini həyata keçməklə bağlı hər bir şəxs üçün
vicdanlılıq nümunəsi olmalıdır.
Maddə 5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması
5.1.
Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsi və yüksək peşəkarlıq
səviyyəsində yerinə yetirməyə borcludur.
5.2.
Vəkil, davranış və öz peşəkar fəaliyyəti ilə vəkilliyə hüquqi və fıziki
şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
Maddə 6. Loyallıq
6.1.
Vəkil peşə fəaliyyətini həyata keçirərkən, vəkilliyin nüfuzunu
aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
6.2.
Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə
tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
Maddə 7. İctimai etimad
7.1.
Vəkil
vəkillik
fəaliyyətinin
nüfuzunu
artırmağa
və
möhkəmləndirməyə borcludur.
7.2.
Vəkil davranış qaydalarının onun tərəfindən pozulması
nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası
üçün tədbirlər görməyə borcludur.
Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf
və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin
işgüzar nüfuzuna hörmət
8.1.
Vəkillərin fəaliyyəti insanların hüquq, azadlıq və qanuni
maraqlarının təmin olunmasına və müdafiəsinə xidmət etməlidir.
8.2.
Vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan,
onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə
(və ya hərəkətsizliyə) yol verməməlidir.
8.3.
Vəkil vəzifələrinin icrası ilə bağlı fıziki şəxslərin, habelə dövlət
qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş
məlumatların konfidensiallığını təmin etməlidir.
8.4.
Vəkil hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və
onlann işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya
hərəkətsizliyə) yol verməməlidir.
Maddə 9. Mədəni davranış
47
Vəkil bütün şəxslərə münasibətdə nəzakətli, diqqətli və səbirli
olmalıdır.
Maddə 10. Qərəzsizlik
10.1.
Vəkil, vəzifəsini yerinə yetirərkən irqinə, milliyətinә, dilinə,
cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə
münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə
mənsubiyyətinə görə üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi
üçün şəraitin yaradılmasına yol verməməlidir.
10.2.
Vəkil, vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə
əməl etməyə borcludur.
Maddə 11. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya
güzəştlərin əldə edilməsinə yol verilməməsi
Peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkillərin, qanuna zidd
olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə
etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır.
Maddə 12. Məlumatlardan istifadə
12.1.
Vəkil xidməti informasiyanın yayılması qaydalarına əməl
etməlidir.
12.2.
Vəkil peşə fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatlardan şəxsi
maraqları üçün istifadə edə bilməz.
Maddə 13. İctimai və siyasi fəaliyyət
Vəkilin ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə
mənsubiyyəti, onun vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə
şübhə doğurmamalıdır.
Fəsil 3. Etik davranış qaydalarının həyata keçirilməsinin
təmin olunması
Maddə 14. Davranış qaydalarının pozulmasına görə məsuliyyət
Davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb
edilməsi üçün əsasdır.
48
Azərbaycan Respublikası daxili
işlər nazirinin 08.04.2005-ci il
tarixli 130 №-li Əmri ilə təsdiq
edilmişdir.
DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ ETİK
DAVRANIŞ KODEKSİ
Ümumi müddəalar
Dövlətin ictimai-siyasi həyatının mühüm sahələrindən olan
hüquq-mühafizə fəaliyyətinin məqsədyönlü təşkili və həyata
keçirilməsi, hüquq-mühafizə orqanları əməkdaşlarının şəxsi,
mənəvi və işgüzarlıq keyfiyyətlərindən, insanlarla ünsiyyət
yaratmaq, onların inam və etibarını qazanmaq bacarığından
bilavasitə asılıdır.
Yalnız bu kimi keyfiyyətlərə, o cümlədən dəyanətə və saf
mənəviyyata, öz həmkarları və əhali arasında hörmətə və nüfuza
malik, dövlətə, xalqa və xidməti borca sədaqətli olan daxili işlər
orqanlarının əməkdaşları insanların etibarını qazanıb onların
dəstəyinə arxalana bilər.
Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi
(bundan sonra Davranış kodeksi) – əməkdaşların göstərilən
meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-
əxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi
olan norma və müddəaları müəyyən edir.
Hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq,
insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş
mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət
prinsiplərini və Davranış kodeksi ilə müəyyən edilmiş norma və
qaydaları rəhbər tutmalıdır.
Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşları
Davranış kodeksini dərindən öyrənməli və onun tələblərinə
sözsüz əməl edəcəkləri barədə üzərlərinə öhdəlik (əlavə №1)
götürməlidirlər. Öhdəlik əməkdaşın şəxsi işinə əlavə olunur.
Dostları ilə paylaş: |