72
8.4. Kənar sahədə işə qəbul olunmanın müddəti ərizədə öz əksini
tapmalıdır. Ərizədə göstərilmiş müddəti keçən hər hansı bir
məşğuliyyətə görə yeni təsdiq olunma lazımdır. Əgər
məşğulluğun müddətinin uzadılması məlumdursa, yeni təsdiq
olunma ilə bağlı təqdim olunmuş ərizə əvvəlki təsdiq olunmuş
müddət başa çatmamışdan əvvəl təqdim olunmalıdır. Əgər
müddətin uzadılması üçün səbəb əvvəlki müddətin sonuna qədər
məlum deyilsə, yeni ərizə təqdim edilməli və fəaliyyət təqdim
olunmuş yeni ərizə təsdiq olunanadək davam etdirilməlidir.
8.5. Kənar sahədə işləmə müddətinin artırılması barədə xahiş
qəbul olunmadıqda işçi ona bu barədə yazılı münasibət
bildirilməsi ilə əlaqədar əvvəlki təsdiq olunmuş müddət başa
çatdığı gündən sonrakı gün həmin işdən çıxmalı və kənar sahədə
məşğulluğu dayandırmalıdır.
8.6. İşçilər vergi orqanlarındakı fəaliyyətlərinə və iş
qabiliyyətlərinə mənfi təsir göstərən kənar fəaliyyətdən
çəkinməlidirlər.
Fəsil 9. İctimaiyyətlə qarşılıqlı əlaqə
9.1. İşçilər nazirliyin işi və siyasəti haqqında kütləvi-informasiya
vasitələrinə nazirlik tərəfindən müəyyən edilmiş qaydada
məlumat verə bilərlər.
Fəsil 10. Məhkəmələrdə və sorğular zamanı ifadə vermə
10.1. İşçilər xidməti vəzifələri və yaxud sair məsələlər barəsində
təhqiqat və istintaq orqanlarına və ya məhkəməyə ifadə vermək
üçün dəvət edildikləri halda bu barədə dərhal öz birbaşa
rəislərinə məlumat verməlidirlər. Onlar da öz növbəsində daha
yuxarı vəzifəli rəisləri məlumatlandırmalıdırlar.
10.2. Rəislər işçiləri tərəfindən xidməti fəaliyyətlə və xidməti
vəzifəsi ilə bağlı ifadə vermək və ya sənəd təqdim etməyə dair
icazə istənildikdə işçiyə icazə verməzdən əvvəl özlərindən
vəzifəcə yüksək vəzifəli şəxsdən məsləhət almalıdırlar.
73
Fəsil 11. Xidməti vəsiqədən və vizit kartından istifadə etmə
11.1. İşçi xidməti vəsiqədən və Vergilər Nazirliyi sistemində
fəaliyyətini, vəzifəsini, xidməti telefon nömrələrini və digər
xidməti məlumatlarını əks etdirən vizit kartından yalnız rəsmi
məqsədlər üçün istifadə edə bilər.
11.2. İşçinin xidməti vəsiqəsindən birbaşa və ya dolayısı ilə hər
hansı bir şəxsə təsir göstərmək, özünün və ailə üzvlərinin, habelə
başqalarının mənfəət əldə edilməsi üçün istifadə oluna bilməz.
Fəsil 12. Vergi orqanı əməkdaşlarının nalayiq hərəkətləri
barədə məlumatın verilməsi
12.1. İşçilər rəhbərliyə öz iş yoldaşları və ya tabelikdə olan işçilər
barəsində bilərəkdən yalan və ya təhrif olunmuş məlumatlar
(onların vəziyyətini yaxşılaşdıran və ya pisləşdirən) verməməli,
məlumatı verməzdən əvvəl bütün imkanlarından istifadə edərək
onun düzgün olub-olmamasını müəyyən etməlidirlər.
12.2. İşçi bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı
üzündən digər işçinin vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran
məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş
qaydada məsuliyyət daşıyır.
Fəsil 13. Nazirliyin etik davranış məsələləri üzrə səlahiyyətli
şəxsi
13.1. Nazirlikdə Kadr siyasəti və hazırlığı idarəsinin rəisi etik
davranış məsələləri üzrə səlahiyyətli şəxs sayılır və onun
səlahiyyətli şəxs təyin olunması əmrlə təsdiq edilir.
13.2. Etik davranış məsələləri üzrə səlahiyyətli şəxsin funksiyası
nazirliyin hər hansı bir əməkdaşının Kodeksin konkret halda
tətbiqi ilə əlaqədar, həmçinin nalayiq hərəkətə yol vermiş işçi ilə
bağlı qərar çıxarmalı olan rəhbər işçilərə məsləhət verməkdir.
74
13.3. Etik davranış məsələləri üzrə səlahiyyətli şəxs Kodeksin
tələblərinə riayət etməyən işçilərə intizam tənbehi verilməsi,
habelə bu tələbləri yerinə yetirən işçilər barəsində
həvəsləndirmə tədbirləri görülməsi barədə təqdimat hazırlayır
və nazirliyin rəhbərliyinə təqdim edir.
13.4. Etik davranış məsələləri üzrə səlahiyyətli şəxs:
- Kodeksin tələblərini pozmuş işçilərdən və digər işçilərin
nalayiq hərəkətləri barədə məlumat vermiş şəxslərdən izahatlar
alır;
- onlara lazımi suallar verir;
- yol verilmiş və ya yol verilə biləcək pozuntunun səbəblərini
araşdırır, pozuntunun xarakterini və işçiyə verilməli olan intizam
tənbehinin növünü müəyyən edir;
- Kodeksin tələblərini pozmuş işçilərin nalayiq hərəkətləri
barədə daxil olmuş məlumatları və ya sənədləri araşdırma
aparılması üçün nazirliyin aidiyyəti struktur vahidinə və ya
bölməsinə göndərir, araşdırmanın nəticələrindən asılı olaraq
nazirliyin rəhbərliyinə təkliflər verir.
Fəsil 14. Kodeksin tələblərinə əməl etməklə bağlı işçinin
üzərinə düşən öhdəliklər
14.1. Hər bir işçi Kodeksin bütün müddəaları ilə tanış olmalı,
onların konkret halda necə tətbiq olunduğunu bilməlidir.
14.2. Hər bir işçi Kodeksi aldıqdan sonrakı 10 gün ərzində
sənədlə tanış olmalı və zərurət yarandıqda və ya Kodeksin hər
hansı bir hissəsini başa düşmədikdə özünün birbaşa rəisinə və ya
nazirliyin etik davranış məsələləri üzrə səlahiyyətli şəxsinə
bununla bağlı yazılı və ya şifahi formada müraciət etməlidir.
14.3. İşçi Kodeksin orijinal nüsxəsini aldıqdan 10 gün sonra onun
alınmasına və Kodeksin bütün bəndlərini başa düşməsinə dair bu
sənədə əlavə olunmuş formalı qəbzi imzalayaraq Kodeksi aldığı
tarixi qeyd etməli və onu özünün birbaşa rəisinə təqdim
etməlidir.
Dostları ilə paylaş: |