87
52.2. hər hansı bir əməkdaşın bu Qaydaların hər hansı bir hissəsi
ilə bağlı sualı yaranarsa onda o yazılı və ya şifahi şəkildə birbaşa
rəhbərinə və ya İcra aparatına müraciət etməlidir;
52.3. hər bir Əməkdaş bu Qaydaların orijinal nüsxəsini aldıqdan
sonra 10 gün ərzində onun alınmasına və bu Qaydaların bütün
bəndlərini qəbul etməsinə dair bu Qaydalara əlavə olunmuş
formalı qəbzi (Əlavə № 2) imzalayaraq, bu Qaydaları aldığı tarixi
qeyd etməli və qəbzin orijinalını İcra aparatına təqdim etməlidir.
53. Bu Qaydaların tələblərinin pozulmasına görə vəzifəsindən
asılı olmayaraq əməkdaşlar qanunvericilikdə nəzərdə tutulmuş
intizam məsuliyyətinə cəlb edilir.
88
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi 21
dekabr 2012-ci il tarixli 04-AS nömrəli
qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi və tabeliyində olan ASAN xidmət mərkəzlərində
qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları
1. Ümumi müddəalar
1.1.
Azərbaycan
Respublikasının
Prezidenti
yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzlərində
qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”
Azərbaycan Respublikası Qanununun 21.2.8-ci maddəsinə uyğun
olaraq hazırlanmış və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyində (bundan sonra Dövlət Agentliyi) qulluq keçən
dövlət qulluqçularının (bundan sonra - dövlət qulluqçuları) etik
davranış qaydalarını və onlara əməl edilməsi ilə bağlı
münasibətləri müəyyən edir.
1.2. Bu Qaydalar ASAN xidmət mərkəzlərində qulluq keçən digər
dövlət orqanlarının əməkdaşlarına şamil edilmir.
1.3. Bu Qaydaların məqsədləri aşağıdakılardan ibarətdir:
1.3.1. Dövlət Agentliyinin və dövlət qulluğunun nüfuzunun
artırılması, vətəndaşların Agentliyə və dövlət qulluqçularına
etimadının yüksəldilməsi;
89
1.3.2. Dövlət Agentliyinin və dövlət qulluqçularının fəaliyyətində
səmərəliliyin və şəffaflığın artırılması, korrupsiyanın və
maraqların toqquşmasının qarşısının alınması;
1.3.3. Dövlət Agentliyində qulluq keçən dövlət qulluqçuları
tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin
edilməsi, onların üzərinə qanunvericiliklə qoyulmuş vəzifələrin
layiqincə yerinə yetirilməsi, vətəndaşların Dövlət Agentliyinin
dövlət qulluqçularından gözlənilən davranışlar barədə
məlumatlandırılması.
2. Dövlət qulluqçusunun xidməti və xidmətdən kənar
davranışı
2.1. Dövlət qulluqçularının xidməti davranışı qanunvericiliklə
ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin
yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət Agentliyinin
dövlət qulluqçularının xidməti davranışı “Dövlət qulluqçularının
etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının
Qanunu və bu Qaydalarla müəyyən edilmiş etik davranış
qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
2.2. Dövlət qulluqçusu vicdanlı davranış tələbinin pozulması
hallarına yol verməməli:
2.2.1. xidməti vəzifəsini həyata keçirərkən süründürməçilik
hallarına yol verməməli və bu cür halların əmələ gəlməsinə
şərait yaratmamalı;
2.2.2. şəxslərin qəbulundan əsassız olaraq imtina etməməli, şəxs
aidiyyəti üzrə müraciət etməmişdirsə, ona hara müraciət etməsi
barədə məsləhətlər verməli, daxil olmuş müraciətləri mahiyyəti
üzrə cavablandırmalıdır.
90
2.3. Dövlət qulluqçusu peşəkarlıq və fərdi məsuliyyətin
artırılması ilə bağlı:
2.3.1. öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan
xidməti məsələlərə müdaxilə etməməli;
2.3.2. xidməti vəzifələrini diqqətli, dəqiqlik və peşəkarlıqla
yerinə yetirməli və bu zaman prinsipial, qərəzsiz, obyektiv və
məsuliyyətli olmalı;
2.3.3. iş vaxtı ərzində iş rejiminin pozulmasına səbəb olan
hərəkətlərə yol verməməlidir.
2.4. Dövlət qulluqçusu loyallıq prinsipinin tələblərinə əməl
etməli:
2.4.1. rəhbərlikdə, kollektivdə və ictimaiyyətdə həqiqətə uyğun
olmayan, dövlət orqanının və dövlət qulluqçusunun nüfuzuna
xələl gətirən və ya gətirə biləcək məlumatları yaymamalı;
2.4.2. dövlət orqanının fəaliyyətinə aid hər hansı iş barədə
məlumatı yalnız rəhbər tərəfindən icazə verildiyi halda rəsmi
açıqlamalı;
2.4.3. mətbuata birbaşa müsahibə verməməli və müsahibə ilə
bağlı təklif aldıqda sorğunu məsul şəxsə yönəltməlidir.
2.5. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, Dövlət
Agentliyinin
və
dövlət
qulluğunun
nüfuzunu
möhkəmləndirməyə çalışmalı, bu istiqamətdə:
2.5.1. qanunvericilikdə müəyyən edilən hallar istisna olmaqla,
xidməti fəaliyyətini həyata keçirən zaman dövlət dilində
danışmalı;
Dostları ilə paylaş: |